Məhkəmə qərarları › İş №2(018)-317/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-317/2023

06.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-317/2023 06.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X1 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş 4000 mana məbləğində maddi ziyanın və ödədiyi 61 manat dövlət rüsumunun ondaı alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək, iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstəmişdi ki, Cavabdeh əvvəlcədən həmkəndlim və avtomobil təmiri ustası kimi tanıyırdı. Ford Mondeo markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobildə müəyyən problemlər olduğundan Cavabdeh ilə avtomobilin təmir olunmasında razılaşdıq. Həmin avtomobilin ehtiyat hissələri də çətin tapıldığından oğlum tərəfindən lazım olan ehtiyat hissələri alınmış və Cavabdeh təhvil verilmişdir. Bir müddət keçdikdən sonra Cavabdeh yaşadığı evə gedərək avtomobilin təmirinin nə vəziyyətdə olması ilə maraqlanmış. Həmin zaman ona məlum oldu ki, avtomobil sökülmüş, ehtiyat hissələri də yoxdur. Bunula bağlı Cavabdeh soruşduqda o, avtomobilin həyətində olarkən kiminsə tərəfindən söküldüyünü, hissələrinin oğurlandığını bildirmişdir. Lakin sonradan ona məlum oldu ki, Cavabdeh ona etibar edib həvalə etdiyimiz avtomobilin hissələrini sökərək başqa eyni model avtomobili təmir etmişdir. Cavabdeh hərəkə nəticədsində ona 4000 manat məbləğində maddi ziayan dəymişdir. Dəymiş ziyanı ödəməsini tələb etsə də Cavabdeh heç bir ödən] etməmişdir. Cavabdeh ona dəymiş 4000 mana məbləğində maddi ziyanın və ödədiyi 61 manat dövlət rüsumunun ondaı alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək bildirdi ki, avtomobil təmsil etdiyi şəxsdə təmirdə olduğu zaman avtomobilin hissələrinin təmsil etdiyi şəxs dəyişdirməyib və bu hal ekspert rəyi ilə müəyyən edilməyib. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Vəkil dinləyib, iş materiallarında olan ekspert rəyini nəzərdən keçirərək, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara rayon PŞ-nin 0909.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsinə cavab olaraq məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4053 nömrəli rəyindən görünür ki, 1998-cı il buraxılışlı “Ford Mondeo minik” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 990,0 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı məxsus 1998-cı il buraxılışlı “Ford Mondeo minik” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil təmir edilməsi üçün Cavabdeh təhvil verilmiş, “Ford Mondeo minik” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh olduğu zaman avtomobilə 990,0 manat ziyan vurulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə və ekspert rəyinə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilərək, Cavabdeh dəymiş ziyana görə 990 (doqquz yüz doxsan) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 30 manat məbləğində dövlət rüsmumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 990 (doqquz yüz doxsan) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar