Məhkəmə qərarları › İş №2(018)-320/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-320/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-320/2024 14.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, X1, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı nisyə götürülmüş malların pulunu və öhdəliyi icra etmədiklərinə görə faizlərin və cərimənin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3250 (üç min iki yüz əlli) manat, 250 (iki yüz əlli) manat penya, 2000 (iki min) manat cərimə və 1000 (min manat əsas borc) borcun və 52 manat 50 qəpik dövlət rüsumunun tutulub "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdi. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Əfraim oğlu 25 avqust 2022-ci il tarixdə "xxxx" MMC ilə malların nisiyə götürülməsi barədə №00000289 saylı müqavilə bağlamışdır. Eləmin müqaviləyə əsasən o, "xxxx" MMC - nin Astara mağazasından 3006 ( üç min altı) manat dəyərində Antakiya yataq mebeli nisiyə götürmüşdür. Eləmin müqavilədə ona ödəniş cədvəli təqdim edilmişdir və o, həmin ödəniş cədvəlində qeyd olunan məbləği müəyyən olunmuş müddətdə "xxxx" MMC-nin Astara fılalındakı mağazasına ödəməli idi. Həmin müqavilənin 2 - ci maddəsində qeyd edilir ki, “ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%- dək həcmdə “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Həmin müqavilənin 5 - ci maddəsində qeyd olıınıır ki, “Müştəri” ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, "GSTC” - nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və AZN məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. Müqavilə Hüseynov F.miıı Əfraim oğlu tərəfindən qeyd - şərtsiz imzalanmış və o, öhdəlik götürüb imzalamışdır ki. müqavilənin bəndləri mənə aydındır, tam razıyam və imzamla təsdiq edirəm. Lakin sonradan Cavabdeh müqavilənin şərtlərinə əməl etməmiş, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edir.Aparılmış hesablamya görə Emn Hüseynov 25. 08. 2023 - cü ilə qədər həmin borcdan 2006 AZN pul ödəmişdir. Ondan sonra o, nisiyyə götürdüyü mebelin pulunu ödəməmişdir. Müqavilənin 2- ci maddəsinə əsasən “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanırsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% - dək həcmdə “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Aylıq ödənilməmiş məbləq 167 manatdır, onunda günlük bir faizi 1 manat 67 qəpik, aylıq 1% 50 manatdır, ödənilmə 5 aydır aparılmır ki, həmin müddət ərzindədə 1% penyanın məbləği 250 manat təşkil edir. Həmin müqavilənin 5 - ci maddəsində qeyd olunur ki, Müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, GSTC - nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) AZN məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. X2 müqavilənin ödənilməmiş hissəsi 1000 (min ) manat təşkil edir ki, bununda iki qatı (200 %) 2000 ((iki min) manat təşkil edir. Cavabdeh Əfraim oğlunun "GSTC” MMC - yə ümumilikdə 3250 (üç min iki yüz əlli) manat (250 manat penya. 2000 manat cərimə və 1000 manat əsas borc) borcu vardır.Yuxarıda qeyd etdiklərimi rəhbər tutaraq Cavabdeh 3250 (üç min iki yüz əlli) manat, 250 (iki yüz əlli) manat penya, 2000 (iki min) manat cərimə və 1000 (min manat əsas borc) borcun və 52 manat 50 qəpik dövlət rüsumunun tutulub "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə mülki iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh Əfraim oğlu arasında bağlanmış 25 avqust 2022-ci il tarixli №00000289 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən borcluya 3006 ( üç min altı) manat dəyərində məhsul nisyə satılmış və məhsul cavabdehə təhvil verilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh Əfraim oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli SRFK6501399 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən borcluya 1605 manat dəyərində məhsul nisyə satılmış və məhsul cavabdehə təhvil verilmişdir İş materiallarında olan "xxxx" MMC-nin direktoru Rüfət Yaqubovun arayışından görünür ki, Cavabdeh QLOBAL SUPPLY TRADE COMPANY nin Astara mağazasından 3006 AZN dəyərində (Antakiya yataq mebeli) nisiyə müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdən götürmüşdür. Lakin ödəniş pul cədvəli xx.xx.2022-ci ildən başlayır O, həmin borcu xx.xx.2024-cü il tarixdən ödəyib qurtarmalıdı. Lakin həmin borcdan xx.xx.2023-cü il tarixə kimi 2006 AZN ödəmişdir. Ödənilməyən borc 1000 azn qalmışdır. İş materiallarında olan 53381 № ödəniş qəbzinin surətindən görünür ki, "xxxx" MMC iddia qaldırılması üçün 52.50 AZN dövlət rüsumu köçürülmüşdür. Beləliklə, tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Cavabdeh müqaviləyə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı əşyaların dəyərindən qalan məbləği hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilənin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 741 və 742.1-ci maddələrinə əsasən əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 428.4 və 743-cü maddələrinə əsasən əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 103 (yüz üç) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Şərh edilənləri və cavabdehin əmlak mənafelərini nəzərə alaraq, məhkəmə Cavabdeh 25 avqust 2022-ci il tarixli N00000289 saylı müqaviləyə əsasən 1000 (min) manat əsas borc, 250 (iki yüz əlli) manat peniya, 200 (iki yüz) manat cərimə və dövlət rüsumu üçün ödənilmiş 52 (əlli iki) manat 50 qəpik məbləğdə pul vəsaiti tutulub "xxxx" MMC-nin xeyrinə ödənilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 25 avqust 2022-ci il tarixli N00000289 saylı müqaviləyə əsasən 1000 (min) manat əsas borc, 250 (iki yüz əlli) manat peniya, 200 (iki yüz) manat cərimə və dövlət rüsumu üçün ödənilmiş 52 (əlli iki) manat 50 qəpik məbləğdə pul vəsaiti tutulub "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar