Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-342/2023 02.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X18 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı və cavabdeh Astara rayon İcra Hakimiyyəti başçısının Ərçivan qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Astara rayon İH başçısının Ərçivan qəsəbə İnzibati Ərazi X1rşı “maddi ziyan və dövlət rüsumunun əvəzinin” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh Astara rayon İH başçısının Ərçivan qəsəbə İnzibati Ərazi X1rşı “maddi ziyan və dövlət rüsumunun əvəzi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Astara rayon İH başçısının Ərçivan qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyindən 2500 (iki min beş yüz) manat dəymiş ziyanın və 45 (qırx beş) manat 40 (qırx) qəpik dövlət rüsumunun cəmi 2545 (iki min beş yüz qırx beş) manat 40 (qırx) qəpik məbləğdə pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək iddiasənın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdi ki, o, Ərçivan qəsəbəsində həyat yoldaşı, uşaqları və nəvələri ilə birlikdə yaşayır. Ailə üzvləri ilə birlikdə fərdi təsərrüfatla və mal-qara saxlamaqla ailəsinin dolanışığını təmin edir. 19 oktyabr 2022-ci il tarixdə səhər saat 06:30 radələrində şəxsi təsərrüfatında olan bir baş cins inəyi və iki balasını yolun sağ ehtiyat hissəsindən müşayiət etməklə örüşə aparırdığını, onun yaşayış yeri magistral asfalt yoldan təxminən 40-50 metr məsafədə olduğunu, onun şəxsi təsərrüfatında olan bir baş inəyi iki balası ilə birlikdə asfalt yolun sağ tərəfi ilə müşayiət etməklə təxminən 700-800 metr piyada getdikdən sonra Ərçivan qəsəbə sakini X3 evinin yanında yerləşən, yəni körpünün yaxınlığında olan işıq dirəyinə çatanda inəyin balalarından biri işıq dirəyinin yanından keçərkən dirəyə toxunduğunu və dərhal yerə yıxıldığını bildirmişdir. Bundan sonra ana inək balasına yaxınlaşıb arxa tərəfdən onu yalamağa başladı və az sonra ana inək yerə yıxıldı. Bundan dərhal sonra ağzından qan gəldi, can verməyə başladı və bir dəqiqədən sonra öldü. Həmin vaxtı Ərçivan qəsəbə sakini X4 tez-tələsik çağırdığını, tələsik vəziyyəti ona başa saldığını və X16 şəbəkəsinə zəng etməklə cərəyanın kəsilməsini xahiş etdiyini bildirmişdir. Bütün bunlar təxminən iki dəqiqə ərzində baş verdi. Ana inək balasını arxa tərəfdən yalayandan sonra özü yerə yıxılıb ölsə də, az sonra balası yerindən durub heç nə olmamış kimi normal yeriməyə başladı. Sonrakı vaxtda o baş verən hadisənin rəsmiləşdirilməsi ilə əlaqədar Ərçivan qəsəbə İcra nümayəndəliyinə və Ərçivan bələdiyyəsinə məlumat vermiş və eyni zamanda Astara rayon Heyvan Sağlamlığı və Baytarliq Xidmətləri idarəsinin Epizootik Tədbirlər şöbəsinin aparıcı baytar həkimi X8 iştirakını təmin etməklə, münasibət bildirməsini və rəy verməsini xahiş etmişdir. Baytar həkimi Ağayev Məhəbbət tərəfindən verilmiş və iddia ərizəsinə əlavə olunan rəydən göründüyü kimi ona məxsus birbaş iri buynuzlu heyvan (inək) 19 oktyabr 2022-ci il tarixdə elektrik cərəyanı vurması nəticəsində tələf olmuşdur. Bundan əlavə qeyd etmişdir ki, hadisə baş verəndən sonra orada bilavasitə iştirak edən özəl baytar həkimi X9 və onun köməkçisi X6 iştirakı ilə akt tərtib olundu va həmin aktda onun özünəməxsus olan qara rəngli, bir baş iri buynuzlu heyvanı sahəyə apararkən qəsəbənin körpü adlanan massivində, X3 evinin yanında işiq dirəyindən keçən elektrik cərəyanı nəticəsində ölməsi halı rəsmiləşdirildi. Daha sonra qeyd etmişdir ki, 19 oktyabr 2022-ci il tarixdə ona məxsus olan bir baş inəyin ölməsi ilə bağlı ona təxminən 2500 manat ziyan dəymişdir. Məlumat üçün bildirir ki, həmin inək hər gün həyat yoldaşı tərəfindən iki dəfə sağılırdı və ən azından 10-11 litr süd verirdi. Diri çəkisi təxminən 500-550 kq olardi. Ona görə də tərəfindən həmin heyvana qoyulmuş 2500 manat pul əslində onun malik olduğu dəyərdən azdır. O, kasıb adam olduğunu, yaşının bu dövrünə qədər inzibatı orqanların və məhkəmənin harada yerləşməsi barədə heç məlumatı olmadığını, ona görə də həmin dövrdə Astara rayon Elektrik şəbəkəsinin rəhbərliyinə müraciət etməklə ona dəymiş ziyanın könüllü qaydada ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Lakin dəfələrlə müraciət etməyisinə baxmayaraq Astara rayon Elektrik şəbəkəsi dəymiş ziyanı ödəməkdən imtina etməkdə davam etmişdir. Ona görə də, 03 noyabr 2022-ci il tarixdə o, Astara rayon Elektrik şəbəkəsini cavabdeh qismində qeyd etməklə 2500 (iki min beş yüz) manat maddi ziyan, 45 (qırx beş) manat, 40 (qırx) qəpik dövlət rüsumunun cəmi 2545 (iki min beş yüz qırx beş) manat, 40 (qırx) qəpik pul tələbinə dair iddia ərizəsi əsasında Astara rayon Məhkəməsinə müraciət etdiyini bildirmişdir. Lakin məhkəmə iclasının gedişində müəyyən edildi ki, ona məxsus inəyin toxunduğu elektrik dirəyi küçə işıqlandırılmasında istifadə edilir və abonent kodu **********1 olan Ərçivan qəsəbə İcra nümayəndəliyinin balansındadır. İddia tələbi ilə məhkəməyə müraciət edənə qədər bu hal ona məlum olmadığından 03 noyabr 2022-ci il tarixdə o, Astara rayon Elektrik şəbəkəsinə qarşi iddia qaldırmışdır. Məhkəmə iclasinda Astara RİHB-nin Ərçivan qəsəbə İƏDN-nin cavabdeh olduğu müəyyən edildikdən sonra oərizə ilə məhkəməyə müraciət edib sənədlərin ona qaytarılmasını və iddia tələbinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Ona görə də Astara rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərardadına əsasən sənədlər ona qaytarılmış və iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bu baxımdan hazırda iddia tələbinə dəyişiklik etməklə yenidən məhkəməyə müraciət etmişdir. İddia tələbində etdiyi dəyişiklik onunla bağlıdır ki, 03 noyabr 2022-ci il tarixdə təqdim etdiyi iddia ərizəsində Astara rayon Elektrik şəbəkəsinı qeyd etdiyi halda, hazırda Astara RİHB-nin Ərçivan qəsəbə İƏDN cavabdeh kimi qeyd olunmuşdur. Odur ki, cavabdeh Astara rayon RİHB-nin Ərçivan qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyindən 2500 (iki min beş yüz) manat dəymiş ziyanın və 45 (qırx beş) manat, 40 (qırx) qəpik dövlət rüsumunun cəmi 2545 (iki min beş yüz qırx beş) manat, 40 (qırx) qəpik pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə cavabdeh Astara RİHB-nin Ərçivan qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin nümayəndəsi X10 iddianı qəbul etməyərək göstərdi ki, 2011-ci il tarixdən bəri işıq dirəkləri bələdiyyə vəsaiti hesabında olub və 3 (üç) il pulunu ödəyib. Hal-hazırda onlar işıq pulunu istehlakçı kimi ödədiklərini, lakin işıq dirəkləri Ərçivan qəsəbə İcra nümayəndəliyinin balansında deyil. Göstərilənləri nəzərə alaraq onlara qarşı verilmiş iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və cavabdeh Astara rayon İH başçısının Ərçivan qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin nümayəndəsi X5 dinləyib və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır və təmin olunmamalıdır. İş materiallarında olan Astara rayon Ərçivan qəsəbəsi tərəfindən verilmiş aktdan görünür ki, İddiaçı məxsus qara rəngli bir baş iri buynuzlu mal-qaranı sahəyə apararkən qəsəbənin körpü adlanan massivində X3 evinin yanında işıq dirəyindən keçən elektrik xəttindən ölməsini təsdiq edir. İşdə olan Astara rayon Heyvan Sağlamlığı və Baytarliq Xidmətləri idarəsinin Epizootik Tədbirlər şöbəsinin aparıcı baytar həkimi X12 tərəfindən verilmiş rəydən görünür ki, Astara rayon Ərçivan qəsəbə sakini İddiaçı məxsus bir baş iri buynuzlu heyvan 19 oktyabr 2022-ci il tarxidə ölmüşdür. İşdə olan Astara rayon Pensər bazarının direktoru tərəfindən verilmiş arayışdan görünür ki, Pensər bazarında 6 yaşında inəyin satış qiyməti 2500 (iki min beş yüz) manatdır. İşdə olan Astara rayon İH başçısının Ərçivan qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Babayev X13 qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 09 saylı təsərrüfatbaşı kitabının 761-ci səhifəsində qeydiyyatdadır. İşdə olan şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx xxxxxx 1951-ci il tarixdə Ərçivan qəsəbəsində anadan olmuşdur. İşdə olan Astara Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(018)-1445/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Astara rayon Elektrik şəbəkəsinə qarşı pul tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İşdə olan Cənub RETSİ X11 tərəfindən verilmiş arayışdan görünür ki, küçə işıqlanması X7 balansında deyil. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu“ N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il ı tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi İztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunur, digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Qərarına əsasən “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun ve dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərerçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri ve dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır." Konstitusiya məhkəməsinin istinad olunan qərarında birbaşa göstərilir ki, ona maddi zərərin (real zərərin və eldən çıxmış fayda) və mənəvi zərərin vurulmasını bu şəxs sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1096 və 1097-ci maddələrinin mənasından da görünür ki, maddi zərərin (real zərər və əldən çıxmış fayda) və mənəvi zərərin sübutetmə yükü ona zərərin vurulmasını iddia edən şəxsin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, babelə hüquqi şəxsin əmlakına ve ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmd ödənilməlidir. Məhkəmədə İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmədi və o, barədə sübutları məhkəməyə təqdim etmədi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə iş üzrə müəyyən olunmuş hallara tədbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Astara rayon RİHB-nin Ərçivan qəsəbə İnzibati Ərazi X1rşı “maddi ziyan və dövlət rüsumunun əvəzi” tələbi barədə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 82.3, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı cavabdeh Astara rayon İcra Hakimiyyəti başçısının Ərçivan qəsəbə İnzibati Ərazi X1rşı “maddi ziyan və dövlət rüsumunun əvəzinin” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-342/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-342/2023
02.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver