Məhkəmə qərarları › İş №2(018)-347/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-347/2024

29.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-347/2024 29.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X11 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və xəstə uşağa görə əlavə xərc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan xx.xx.2017- ci il təvəllüdlü X2 yetkinlik yaına çatanadək saxlanılmalardan ötrü xeyrinə hər ay 250 manat sabit pul məbləğində aliment və əlavə xərclərə görə 150 manat tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Astara rayon məhkəməsinin 30 noyabr 2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah qeydi pozulmuş və birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X5 onun yanında saxlanılmış, eyni zamanda cavabdehdən birgə nikahdan olan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, 130 manat aliment alınıb ona verilməsi qət edilmişdir. Cavabdeh aliment borcunu ödəmir küllü miqdarda borcu yaranmışdır. Bu da hazırki çətin iqtisadi şəraitdə uşağın aylıq normal həyat şəraitlərini təmin etmir. Cavabdeh birgə nikahdan xx.xx.2017- ci il təvəllüdlü X2 yetkinlik yaına çatanadək saxlanılmalardan ötrü xeyrinə hər ay 250 manat sabit pul məbləğində aliment və əlavə xərclərə görə 150 manat tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib,iş materiallarını tam, hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətinin sürətindən görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdə anadan olub. İş materiallarında olan Astara RİHB-nın Kijəbə qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Astara rayonu, Ojəkəran kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Astara Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(018)- 810/2020 saylı qətnaməsindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çanadadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Nəhmətova (Kakayeva) Nigar İkraməli qızına verilməlidir. İş materiallarına əlavə edilmiş İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən verilmiş epikrizdən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X4 İnkişaf etaplarının ləngiməsi,uşaq serebral iflici, qarışıq forma.Autik spektr. Diaqnozu müəyyən edilmişdir. İş materiallarında olan xəstəlik tarixinin 117 № epikrizindən görünür ki, X1 iflici, qarışıq forma. Autik spektr xəstəsidir. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sesiyasında (İMS) iştirak edilməsi barədə arayışdan görünür ki, tərəflər mediasiya prosesində iştirak etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi ücün əsas məsuliyyəti valideynlər daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında qanuna əsasən, 2024cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci və 81.3-cü maddələrində göstərilmişdir ki, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmədə müəyyən edildi ki, xx.xx.2017-ci il təvəllüdlü X5 uşaq serebral iflici xəstəsidir. Məhkəmə hesab edir ki, iddiaçının övladının xəstə olmasını, uşağın saxlanılmasında çətinlik çəkdiyi və mövcud iqtisadi şərait nəzərə alınaraq, iddia qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli 2(018)-810/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, Cavabdeh X2 müalicəsi ilə bağlı hər ay 50 (əlli) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli 2(018)-810/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Cavabdeh X2 müalicəsi ilə bağlı hər ay 50 (əlli) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin. Cavabdehdən pulun tutulmasına qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablansın. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar