Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-35/2024 12.03.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Avtomobilinə dəymiş 12530 ( on iki min beş yüz otuz) manat məbləğində maddi ziyanın və ödənilmiş 128 manat dövlət rüsumunun Cavabdeh alinaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X4 iddianı müdafiə edərək iddialarının təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstəmişdi ki, 08 aprel 2023-cü il tarixdə saat 15:00 radələrində Salyan şəhəri ərazisindən keçən yolda Astara rayonu, Məcitməhəllə kəndində qeydiyyatda olan vəyaşayan Cavabdeh idarə etdiyi “Hyundai R320LC-7 Ekskavator” markalı, 21T581 dövlət qeydiyyat nişanli avtomobillə torpaq yükləyən zaman onun idarə etdiyi “Shacman” markali ** CO *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabina hissəsiilə toqquşmuşdur. Nəticədə onun yük avtomobilimə maddi ziyan vurulmuşdur. İXP5355837 saylı 08 aprel 2023-cü il tarixli protokolu ilə cavabdeh inzibati xətanı törətməkdə təqsirli bilinib və ona Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Daha sonra Salyan rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan RespublikasıİXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinin 400 manat miqdarında inzibati cərimə tətbiqedilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı mənim avtomobilinə maddi ziyan dəymişdir. X3 tərəfindən qəzadan sonra “Shacman” markalı ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilə baxişkeçirilərək, tərtib olunmuş ziyan aktına əsasən avtomobilə 12530 manat ziyan dəyməsi müəyyən edilmişdir. Cavabdehin təqsiri ucbatından mənə maddi ziyan dəymiş və həmin ziyan cavabdehdən alınaraq mənə verilməlidir. Ona görə də, məcbur olub məhkəmədə iddia qaldırıram. Avtomobilinə dəymiş 12530 ( on iki min beş yüz otuz) manat məbləğində maddi ziyanın və ödənilmiş 128 manat dövlət rüsumunun Cavabdeh alinaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianı qismən qəbul edərək bildirdi, onlar ekspert rəyi ilə razı deyillər. Belə ki, rəydə kabina təmamilə dəyişdirilməli olduğu qeyd edilmişdir. Lakin həm iddiaçı, həm də onlar tərəfindən təqdim edilən şəkilllərdən görünür ki, avtomobilin kabinasının dam hissəsi zədələnmişdir. Ona görə də, onlara qarşı verilmiş iddianın rədd edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi X2 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil dinləyib, iş materiallarında olan ekspert rəyini nəzərdən keçirərək, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İHB-nın Pirəkəşkül kənd inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Rəfiyev X6 rayonu, Qobustan kəndində yaşayır. İş materiallarında olan Salyan rayon DYPB-nin 08 aprel 2023-cü il tarixli protokolundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş xəta (xətaları) törətmişdir. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 24 avqust 1988-ci il tarixdə Şamaxı rayonunda anadan olmuşdur. İş materiallarında olan AZE0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh 02 avqust 1976-cı il tarixdə Astara rayonu, Qapıçıməhəllə kəndində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/9158/2023 nömrəli ekspert rəyindən görünür ki, X5 MMC avtoservis mərkəzi tərəfindən tərtib edilmiş qüsur akttındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Shacman” markalı ** CO *** dövlət qeydiyyat nişanlı yük, özüboşaldan avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7830,0 manat müəyyən edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edildiki, Cavabdeh 08 aprel 2023-cü il tarixdə Salyan şəhəri ərazisindən keçən yolda idarə etdiyi “Hyundai R320LC-7 Ekskavator” markalı, 21T581 dövlət qeydiyyat nişanli avtomobillə torpaq yükləyən zaman İddiaçı idarə etdiyi “Shacman” markali ** CO *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabina hissəsinə 7830 (yeddi min səkkiz yüz otuz) manat məbləğində zərər vurmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə və ekspert rəyinə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə qismən təmin edilərək, Cavabdeh dəymiş ziyana görə 7830 (yeddi min səkkiz yüz otuz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE**********002088501 hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 7830 (yeddi min səkkiz yüz otuz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE**********002088501 hesabına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-35/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-35/2024
12.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver