Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-350/2023 11.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı böyük icra məmuru X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, zədələnmiş elektron vasitənin dəyəri 2277 (iki min iki yüz yetmiş yeddi) manat, 40 (qırx) qəpik məbləğdə pulun alınaraq X1 hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı böyük icra məmuru X5 iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstəmişdi ki, Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(018)-105/2022 sayli hökmü ilə Astara rayonunun, Ərçivan qəsəbəsində anadan olmuş, Astara rayonunun, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla, Astara rayonu, Şahağacı kəndində yaşayan, xx xxxxx 1982-ci il təvəllüdlü Cavabdeh (FİN:OXZ5V8G) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 (iki) il, 08 (səkkiz) ay, 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cavabdeh cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cavabdeh üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara rayonu Şahağacı kəndində yerləşən fərdi yaşayış evini axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. Cavabdeh üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İddiaçınə həvalə edilmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli,1(018)-105/2022 saylı hökmü və hökmün icrası barədə göstəriş xx.xx.2022-ci il tarixdə şöbədə icraata götürülmüş və məhkum Cavabdeh barəsində 67/2022 saylı şəxsi iş açılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçındə qanunvericiliyin tələblərinə uyğun qeydiyyata götürülmüşdür. xx.xx.2022-ci il tarixdə ona elekron nəzarət vasitəsi tətbiq edilmişdir. Şöbədə qeydiyyata götürülan zaman məhkum Cavabdeh hüquq və vəzifələri, cəzanın icrası qaydaları və şərtləri izah edilmiş, hökmlə üzərinə qoyulmuş vəzifələri və bu vəzifələrin yerinə yetirilməsindən boyun qaçırılmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı barədə ona xəbərdarlıq olunmuşdur. Həmin tarixdə ona elekron nəzarət vasitəsi tətbiq edilmişdir. Məhkum Cavabdeh 1 ədəd 35655669 nömrəli mobil qurğu, 1 ədəd 078CE06083 nömrəli elektron qolbağ və 1 ədəd mobil qurğu üçün nəzərdə tutulmuş enerji adapteri təhvil verilmişdir. Məhkum Cavabdeh tətbiq olunmuş ENV-sinin xx.xx.2023-cü il tarixdən işləmədiyi müəyyən olunmuş və Cavabdeh xx.xx.2023-ci il tarixdə İddiaçınə dəvət olunaraq ENV-sinə baxış keçirilmişdir. Baxıs zamanı ENV-sinin mobil qurğusunun korpusunda vizual olaraq görülan aralanma aşkar edilmişdir.Bununla bağlı Cavabdeh izahatı alınmış və o izahatında mobil qurğunun suya düşdüyünü və qurutmaq üçün mobil qurğunun arxasında şrupu açarkən onu sındırdığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və Təminat idarəsi tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli, D-8/115 saylı məktuba əsasən məhkum Cavabdeh tətbiq edilmiş “ATTENTİ" markalı elektron nəzarət vasitəsinin dəyəri 2277,40 manat təşkil edir. Odur ki, Cavabdeh Kerim oglundan zədələnmiş elektron vasitəsinin dəyərini təşkil edən 2277,40 manat məbləğdə pulun alınaraq X2 ərizəyə əlavə edilmiş müvafiq hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı böyük icra məmuru X4 dinləyib, iş materiallarında olan ekspert rəyini nəzərdən keçirərək, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli,1(018)-105/2022 saylı hökmdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ED-M-№96-21 saylı qiymətləndirmə məktubundan görünür ki, Probasiya xidmətinin qeydiyyatında olan “Attenti” markalı elektron nəzarət vasitəsinin dəyəri 2277 (iki min iki yüz yetmiş yeddi) manat, 40 (qırx) qəpik dəyərində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh tətbiq edilmiş elektron qolbağa baxış keçirilən zaman onun kəmərinin qırılması müəyyən edilmişdir. Məhkum Cavabdeh tətbiq edilmiş “ATTENTİ” markalı elektron nəzarət vasitəsinin dəyəri 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik təşkil edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə təmin edilməli və Cavabdeh 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti alınıb X1 M/H:AZ41NABZ******************** VÖEN:**********, KOD:210005 SWİFT:CTREAZ22 Bakı şəhər Maliyyə İdarəsi H/H:AZ66CTRE********************, VÖEN:********** hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 qəpik məbləğində pul vəsaiti alınıb X1 M/H: AZ41NABZ******************** VÖEN:**********, KOD:210005 SWİFT:CTREAZ22 Bakı şəhər Maliyyə İdarəsi H/H:AZ 66CTRE********************, VÖEN:********** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-350/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-350/2023
11.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver