Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-355/2023 15.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X1 oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» tələbi barədə iddia verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 05 iyun 2018-ci il tarixli, **********01944187 saylı kredit müqaviləsi üzrə 216,37 manat əsas borc, 88,96 manat faiz borcu, cəmi 305,33 manat və 30 manat dövlət rüsumunun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 ilə 05 iyun 2018-ci il tarixli, **********01944187 saylı kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti 1500 manat məbləğində kredit xətti ayrılmılşdır. Borcun təminatı olaraq Cavabdeh2 ilə 05 iyun 2018-ci il tarixli, Z-**********01944187 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit borclarını banka ödəməkdən yayınmış, beləliklə də 05 iyun 2018--ci il tarixli, **********01944187 saylı kredit müqaviləsi üzrə 216,37 manat əsas borc, 88,96 manat faiz borcu, cəmi 305,33 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır.
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 05 iyun 2018-ci il tarixli, **********01944187 saylı kredit müqaviləsindən görünür ki, təşkilat Cavabdeh1 1500 manat məbləğində kredit xətti ayrılmışdır.
2. 05 iyun 2018-ci il tarixli, Z-**********01944187 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2018-ci il tarixli, **********01944187 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün kreditor qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və üzərinə məsuliyyət götürmüşdür. 3.İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş arayışdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 banka 05 iyun 2018-ci il tarixli, **********01944187 saylı kredit müqaviləsi üzrə 216,37 manat əsas borc, 88,96 manat faiz borcu, cəmi 305,33 manat borcu vardır.
4. Ödəniş tapşırığından görünür ki, İddiaçı X2 Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən iddiaçı banka olan borc cavabdehlərdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 05 iyun 2018-ci il tarixli, **********01944187 saylı kredit müqaviləsi üzrə 216,37 (iki yüz on altı manat, otuz yeddi qəpik) manat əsas borc, 88,96 (səksən səkkiz manat, doxsan altı qəpik qəpik) manat faiz borcu, cəmi 305,33 (üç yüz beş manat, otuz üç qəpik) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zamin İbrahimov