Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-363/2023 05.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məhkəmə iclasının katibi X1 oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borc məbləğinin ödənilməsi tələbinə dair» mülki işə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun qaytarılmasına dair» məhkəmədə iddia qaldırmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh 19 may 2022-ci tarixli, RGTK 5348395A226 nömrəli kredit müqaviləsinə əsasən illik 20 faiz ödənilməsi şərtilə, 72 ay müddətinə 5745,89 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borc alan krediti qəbul etməyi və kredit üzrə hesablanacaq faizləri hər ay banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və nəticədə oların İddiaçı Açıq Səhmdar Cəmiyyətinə kredit müqaviləsi üzrə 5745,89 (beş min yeddi yüz qırx beş manat, səksən doqquz qəpik) manat əsas, 770,24 (yeddi yüz yetmiş manat iyirmi dörd qəpik) manat faiz borcu, ümumilikdə 6516,13 (altı min beş yüz on altı manat, on üç qəpik) manat borcu yaranmışdır. Qeyd edilən xüsüsatları əsas gətirərək, Cavabdeh 5745,89 (beş min yeddi yüz qırx beş manat, səksən doqquz qəpik) manat əsas, 770,24 (yeddi yüz yetmiş manat iyirmi dörd qəpik) manat faiz borcu, ümumilikdə 6516,13 (altı min beş yüz on altı manat, on üç qəpik) manat və 85.16 (səksən beş manat, on altı qəpik) manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək, iddia tələblərini müdafiə etdiklərini, işə onların iştirakı olmadan baxaraq iddialarının təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Bu halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş iddiaya baxaraq, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə aşağıda qeyd olunan sənədləri sübut növü kimi qəbul edir:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19 may 2022-ci tarixli, RGTK5348395A226 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə illik 20 faiz ödənilməsi şərtilə, 72 ay müddətinə 5745,89 manat məbləğində kredit vermişdir.
2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh banka 19 may 2022-ci tarixli, RGTK5348395A226 nömrəli kredit müqaviləsi üzrə 5745,89 (beş min yeddi yüz qırx beş manat, səksən doqquz qəpik) manat əsas, 770,24 (yeddi yüz yetmiş manat iyirmi dörd qəpik) manat faiz borcu, ümumilikdə 6516,13 (altı min beş yüz on altı manat, on üç qəpik) manat borcu vardır.
3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xəbərdarlıq məktublarının məzmunundan görünür ki, Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdar etmişdir.
4. Ödəniş tapşırığından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 85,16 (səksən beş manat, on altı qəpik) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh müqavilə üzrə öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş və beləliklə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borcu yaranmışdır. Ona görə də, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı banka olan borcu Cavabdeh alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 85,16 (səksən beş manat, on altı qəpik) manat Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 19 may 2022-ci tarixli, RGTK5348395A226 nömrəli kredit müqaviləsi üzrə 5745,89 (beş min yeddi yüz qırx beş manat, səksən doqquz qəpik) manat əsas, 770,24 (yeddi yüz yetmiş manat iyirmi dörd qəpik) manat faiz borcu, ümumilikdə 6516,13 (altı min beş yüz on altı manat, on üç qəpik) manat və 85,16 (səksən beş manat, on altı qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Zamin İbrahimov