Məhkəmə qərarları › İş №2(018)-366/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-366/2024

29.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-366/2024 29.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X1 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayon Siyəkü kənd sakini Cavabdeh Lələ qızı tərəfindən protez dişləriminin sındırılması nəticəsində vurulmuş 1000(bir min) manatının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı qismən müdafiə edərək bildirdi ki, cavabdeh tərəfindən döyülən zaman üst protezinin ön damağ hissəsinin kiçik bir hissəsi və alt protezi isə ortadan sınıb, onların dəyəri 400-500 mant təşkil edir. İddiasının qismən 400-500 manat məbləğdə təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstəmişdi ki, Astara rayon məhkəməsinin 3(018) -69/2024 saylı, xx.xx.2024 saylı qərarına görə Cavabdeh AR İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300(üç yüz) manat cərimə-edilmişdir.Astara rayon məhkəməsinin 3(018) -69/2024 saylı, xx.xx.2024 saylı qərarına görə Cavabdeh Lələ qızı məni döymüş və döymə nəticəsində protez dişləri sinmişdir. Halhazırda protez dişlərini bərpa etmək üşün 1000 (bir min) manat pul tələb olunur.Protez dişlərinin sınması Cavabdeh Lələ qızının hərəkətləri ilə bağlı olmuş və bunları Astara rayon məhkəməsinin 3(018) -69/2024 saylı, xx.xx.2024 saylı qərarıda təsdiq edir.Astara rayon Siyəkü kənd sakini Cavabdeh Lələ qızı tərəfindən protez dişləriminin sındırılması nəticəsində vurulmuş 1000(bir min) manatının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək bildirdi, dava zamanı onun tərəfindən iddiaçıya heç bir xəsarət yetirilməmişdir. Davadan sonra da iddia ağzında protez ilə gəzmişdir. Ona görə də, ona qarşı verilmiş iddianın rədd edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarında olan ekspert rəyini nəzərdən keçirərək, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi təqsirli bilinərək 300 manat məbləğdə cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Astara Rayon İHB-nın Siyəkü kənd inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Astara rayonu, Siyəkü kəndində yaşayır. İş materiallarında olan AZE0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Astara rayonu, Hamuşam kəndində anadan olmuşdur. İş materiallarında olan AZE******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1976-cı il tarixdə Astara rayonu, Siyəkü kəndində anadan olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə qonşusuhazırda İddiaçı döyərək ona xəsarətlər yetirmişdir.Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi təqsirli bilinərək 300 manat məbləğdə cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilərək, Cavabdehn dəymiş ziyana görə 400 (dörd yüz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehn dəymiş ziyana görə 400 (dörd yüz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar