Məhkəmə qərarları › İş №2(018)-381/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-381/2023

06.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-381/2023 06.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X7 Aslan oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və uşaq 3 yaşına çatana kimi saxlanması üçün aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara Rayon Məhkəməsinin 25 iyul 2022ci il tarixli (İş № 2(018)-761/2022)) Qətnaməsi ilə müəyyən olunmuş alimentin həcmini artıraraq, 09 oktyabr 2021-ci il tarixdə anadan olmuş X3 yetginlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğndə 250 (iki yüz əlli) manat və xx.xx.2021-ci il tarixdə anadan olmuş oğlum X5 3 yaşa çatana kimi uşağa qulluq üçün hər ay sabit pul məbləğində 100 (yüz) manat aliment alınaraq cəmi – 350 (üç yüz əlli) manat alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edəsiniz və yeni icra vərəqi verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı teleqram ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirib, iddiasının təmin olunması barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2008-ci il tarixdə el-adət ənənəsi ilə toy etmiş və faktiki nikaha girərək evlənmişlər. Nikahlarını isə 10 fevral 2017-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan 09 oktyabr 2021-ci il tarixdə X5 adlı uşaqları doğulmuşdur. Uşaqları doğulduqdan sonra cavabdehlə münasibətləri pisləşmiş, aralarındakı bütün münasibətlər pozulmuşdur. Cavabdehlə münasibətləri olmasa da, uşaq onun yanında qalmış, lakin cavabdeh uşaqla maraqlanmamış, uşaqa maddi köməklik göstərməmişdir. O, ailəsinin dağılmasını istəmədiyindən və cavabdehlə barışacağını güman edərək nikahların pozulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Lakin uşaqın saxlanılması üçün maddi imkanı olmadığından, cavabdehin qeydiyyatda olduğu ərazi üzrə Astara Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 09 oktyabr 2021-ci il tarixdə anadan olmuş oğlu X5 adlı uşaqın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay ödənilən sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə Qətnamə qəbul olunmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(018)-761/2022 qətnaməsi ilə “sabit pul məbləğində aliment tələbinə dair” iddia tələbinin qismən təmin olunaraq, 09 oktyabr 2021-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 22 may 2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Bahalaşma ilə əlaqədar uşaqın maddi təminatında çətinlik çəkdiyini bildirmişdir. Cavabdeh isə uşaqın saxlanılmasına maddi cəhətdən kömək etmədiyini uşaqın tələbatı isə günü-gündən artdığını, uşağı lazımı qaydada yeməklə, geyimlə təmin edə bilmədiyini bildirmişdir. Uşaqın saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin həcminin artırılması barədə “İlkin Mediasiya” şurasına müraciət etmiş və təyin olunmuş Mediatr “X1 İştirak etməsi üçün cavabdeh iştirak etməmişdir”. Bu barədə “X1 iştirak edilməməsi barədə 23 sentyabr 2022-ci tarixli arayış vermişdir. O, Mediasiya sessiyasında iştirak etmək üçün 50 (əlli) manat pul ödəmişdir. Odur ki, Astara Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli (İş № 2(018)-761/2022)) Qətnaməsi ilə müəyyən olunmuş alimentin həcmini artıraraq, 09 oktyabr 2021-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğndə 250 (iki yüz əlli) manat və xx.xx.2021-ci il tarixdə anadan olmuş oğlu X5 3 yaşa çatana kimi uşağa qulluq üçün hər ay sabit pul məbləğində 100 (yüz) manat aliment alınaraq cəmi – 350 (üç yüz əlli) manat alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edəsiniz və yeni icra vərəqi verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(018)- 761/2022 saylı qətnaməsinə əsasən birgə nikahdan 09 oktyabr 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 27 may 2022-ci il tarixindən başlayaraq Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Mülki işə əlavə edilmiş “Nikah haqqında şəhadətnaməsi”-nin surətindən görünür ki, Cavabdeh ilə X4 arasındakı nikah 10 fevral 2017-ci il tarixdə 312 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada “Babayeva” soyadı verilmişdir. Mülki işə əlavə edilmiş “Doğum haqqında şəhadətnaməsi”-nin surətindən görünür ki, 09 oktyabr 2021-ci il təvəllüdlü X5 adlı uşağın atası Cavabdeh kimi, anası isə İddiaçı kimi qeyd edilmişdir. Astara rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(018)-761/2022 saylı qətnaməsinə əsasən birgə nikahdan 09 oktyabr 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 27 may 2022-ci il tarixindən başlayaraq Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad alimentin ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında qanuna əsasən, 2023cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, iddiaçının uşağların saxlanılmasında çətinlik çəkdiyi və mövcud iqtisadi şərait nəzərə alınaraq, iddia qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(018)-761/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, 09 oktyabr 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün cavabdeh X2 hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli və Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü X3 3 yaşına çatanadək saxlanması üçün hər ay 50 (əlli) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli 2(018)-761/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü X3 3 yaşına çatanadək saxlanması üçün hər ay 50 (əlli) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilsin Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar