Məhkəmə qərarları › İş №2(018)-392/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-392/2023

18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-392/2023 18.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bank arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 331535-1-26760 saylı kredit müqaviləsi üzrə (5513 ( beş min beş yüz on üç) manat 50 qəpik əsas borc, 493 (dörd yüz doxsan üç) manat 04 qəpik faiz borcu, 46 (qırx altı) manat 50 qəpik cərimə borcu, cəmi 6053 (altı min əlli üç) manat 04 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 82 (səksən iki) manat 53 qəpik məbləğində pul vəsaiti tutulub İddiaçı ASCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X1 elekton qaydada ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə Bakı şəhərində məhkəmə prosesləri olduğu üçün məhkəmə iclasını onun iştirakı olmadan keçirərək iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi. İddiaçı ASC idddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 331535-1-26760 saylı kredit müqaviləsi imzalanmış, həmin müqavilə üzrə cavabdehə illik 21,90 manat faiz hesablanması şərti ilə 60 ay müddətinə 6.130 (altı min bir yüz otuz ) manat kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə ödənişləri vaxtında və lazımı qaydada icra etməmiş və nəticədə cavabdehin banka ümumilikdə 6.253,04(altı min iki yüz əlli üç manat dörd qəpik) manat borcu qalmaqdadır. Cavabdehə xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Odur ki, göstərilənləri nəzərə alaraq, 5,513,50 (beş min beş yüz on üç manat, əlli qəpik ) manat kredit borcu, 493,04(dörd yüz doxsan üç manat dörd qəpik) manat faiz borcu, 246,50( iki yüz qırx altı manat, əlli qəpik) cərimə borcu , ümumilikdə 6.253,04(altı min iki yüz əlli üç manat dörd qəpik) manat borcun və ödənilmiş 82,53 (səksən iki manat, əlli üç qəpik) manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, 331535-1-saylı kredit müqaviləsi imzalanmış, həmin müqavilə üzrə cavabdehə illik 21,90 manat faiz hesablanması şərti ilə 60 ay müddətinə 6.130 (altı min bir yüz otuz ) manat kredit verilmişdir. İş materiallarında olan 15 dekabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 331535-1-saylı kredit müqaviləsi üzrə İddiaçı ASC -yə 6.253,04(altı min iki yüz əlli üç manat dörd qəpik) manat kredit borcu vardır. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh 6.130 (altı min bir yüz otuz ) manat kredit verilmiş və aylar üzrə odəniş məbləğləri müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia ərizəsinə görə 82,53 (səksən iki manat, əlli üç qəpik) manat dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında İddiaçı ASC -dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı ASC -yə verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 82,53 (səksən iki manat, əlli üç qəpik) dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2021-ci il tarixli, 331535-1-26760 saylı kredit müqaviləsinə əsasən, 5513 ( beş min beş yüz on üç) manat 50 qəpik əsas borc, 493 (dörd yüz doxsan üç) manat 04 qəpik faiz borcu, 46 (qırx altı) manat 50 qəpik cərimə borcu, cəmi 6053 (altı min əlli üç) manat 04 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 82 (səksən iki) manat 53 qəpik məbləğində pul vəsaiti tutulub İddiaçı ASCnin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 331535-1-26760 saylı kredit müqaviləsinə əsasən, 5513 ( beş min beş yüz on üç) manat 50 qəpik əsas borc, 493 (dörd yüz doxsan üç) manat 04 qəpik faiz borcu, 46 (qırx altı) manat 50 qəpik cərimə borcu, cəmi 6053 (altı min əlli üç) manat 04 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 82 (səksən iki) manat 53 qəpik məbləğində pul vəsaiti tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar