Məhkəmə qərarları › İş №2(018)-398/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-398/2023

29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-398/2023 29.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «Kredit müqaviləsi üzrə borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin nümayəndəsi X1 Cavabdeh qarşı «Kredit müqaviləsi üzrə borc tələbinə dair» tələbi barədə iddia verərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13 yanvar 2022-ci il tarixli, 331535-1-31064 saylı yenidən maliyyələşdirilən kreditin əsas şərtlərinə dair müştəri ərizəsinə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 2829 (iki min səkkiz yüz iyirmi doqquz) manat, 13 (on üç) qəpik məbləğində əsas borc, 164 (bir yüz altmış dörd) manat, 81 (səksən bir) qəpik məbləğində faiz borcu, 54 (əlli dörd) manat, 15 (on beş) qəpik məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 3048 (üç min qırx səkkiz) manat, 09 (doqquz) qəpik məbləğinin, 50 (əlli) manat, 48 (qırx səkkiz) qəpik məbləğində dövlət rüsumunun və onun ödənilməsi üçün 40 (qırx) qəpik məbləğində xidmət haqqının Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub həmin şərtləri qəbul edərək, 13 yanvar 2022-ci il tarixli, 331535-1-31064 saylı yenidən maliyyələşdirilən kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə Bank VTB (Azərbaycan)» ASC-yə müraciət etmiş və ona istehlak məqsədilə illik 25.90% hesablanması şərtilə, 60 ay müddətinə 3100 (üç min yüz) manat məbləğində kredit vəsaiti verilmişdir. Lakin, Cavabdeh 15 avqust 2022-ci il tarixdən icra etməmiş və nəticədə 15 dekabr 2022-ci il tarixindən cavabdehin banka 2829 (iki min səkkiz yüz iyirmi doqquz) manat, 13 (on üç) qəpik məbləğində əsas borc, 164 (bir yüz altmış dörd) manat, 81 (səksən bir) qəpik məbləğində faiz borcu, ümumilikdə isə 3048 (üç min qırx səkkiz) manat, 09 (doqquz)qəpik borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 50 (əlli) manat, 88 (səksən səkkiz) qəpik dövlət rüsumu ödəmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13 yanvar 2022-ci il tarixli, 331535-1-31064 saylı müqaviləsindən görünür ki, cavabdehə istehlak məqsədilə illik 25.90% hesablanması şərtilə, 60 ay müddətinə 3100 (üç min yüz) manat məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh banka 13 yanvar 2022-ci il tarixli, 331535-1-31064 saylı kredit müqaviləsi üzrə 2829 (iki min səkkiz yüz iyirmi doqquz) manat, 13 (on üç) qəpik məbləğində əsas borc, 164 (bir yüz altmış dörd) manat, 81 (səksən bir) qəpik məbləğində faiz borcu, 54 (əlli dörd) manat, 15 (on beş) qəpik məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 3048 (üç min qırx səkkiz) manat, 09 (doqquz) qəpik borcu vardır. İş materiallarında olan pretenziya məktubundan görünür ki, Cavabdeh 13 yanvar 2022-ci il tarixli, 331535-1-31064 saylı kredit müqaviləsi üzrə borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, iddiaçının iddia etdiyi 54 (əlli dörd) manat, 15 (on beş) qəpik məbləğində cərimə azaldılaraq 5 (beş) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 50 (əlli) manat, 88 (səksən səkkiz) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2829 (iki min səkkiz yüz iyirmi doqquz) manat, 13 (on üç) qəpik məbləğində əsas borc, 164 (bir yüz altmış dörd) manat, 81 (səksən bir) qəpik məbləğində faiz borcu, 05 (beş) manat cərimə borcu olmaqla, ümumilikdə isə 2998 (üiki min doqquz yüz doxsan səkkiz) manat, 94 (doxsan dörd) qəpik və 50 (əlli) manat, 88 (səksən səkkiz) qəpik ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia cərimə ilə bağlı 49 (qırx doqquz) manat, 15 (on beş) qəpik hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar