Məhkəmə qərarları › İş №2(018)-403/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-403/2023

28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-403/2023 28.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması barədə» mülki işə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin PİKÜMİD-nin Regional Məhkəmə Hüquq şöbəsinin baş hüquqşünası Elməddin Məmmədov Cavabdeh qarşı «borc tələbi barədə» iddia verərək, cavabdehdən iddiaçının xeyrinə 1803 (bir min səkkiz yüz üç) manat, 70 (yetmiş) qəpik əsas məbləğ üzrə, 307 (üç yüz yeddi) manat, 58 (əlli səkkiz) qəpik faiz üzrə, 18 (on səkkiz) manat, 03 (üç) qəpik cərimə, cəmi 2129 (iki min bir yüz iyirmi doqquz) manat, 31 (otuz bir) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 41 (qırx bir) manat, 70 (yetmiş) qəpik məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə etdi və məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20 oktyabr 2021-ci il tarixli 1158nkLKN/21 saylı kredit və bank hesabı müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 25% ödəmək şərtilə 1849 (bir min səkkizz yüz qırx doqquz) manat məbləğində kredit verilmişdir. Cavabdeh isə həmin kreditdən məqsədli təyinata uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Həticədə Cavabdeh 31 yanvar 2023-cü il tarixə 1803 (bir min səkkiz yüz üç) manat, 70 (yetmiş) qəpik əsas məbləğ üzrə, 307 (üç yüz yeddi) manat, 58 (əlli səkkiz) qəpik faiz üzrə, 18 (on səkkiz) manat, 03 (üç) qəpik cərimə, cəmi 2129 (iki min bir yüz iyirmi doqquz) manat, 31 (otuz bir) qəpik borcu yaranmışdır. Borcunu ödəməsi barədə ona bildiriş göndərməsinə baxmayarq o, borcunu ödəməmişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi (səbəbləri) barədə Məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.5-ci maddəsinə əsasən hazırki mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 41 (qırx bir) manat, 70 (yetmiş) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 20 oktyabr 2021-ci il tarixli 1158nkLKN/21 saylı kredit və bank hesabı müqaviləsindən görünür ki, Cavabdeh istehlak məqsədləri üçün 36 ay müddətinə illik 25% ödəmək şərtilə 1849 (bir min səkkizz yüz qırx doqquz) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 31 yanvar 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh 20 oktyabr 2021-ci il tarixli 1158nkLKN/21 saylı kredit və bank hesabı müqaviləsi üzrə 1803 (bir min səkkiz yüz üç) manat, 70 (yetmiş) qəpik əsas məbləğ üzrə, 307 (üç yüz yeddi) manat, 58 (əlli səkkiz) qəpik faiz üzrə, 18 (on səkkiz) manat, 03 (üç) qəpik cərimə, cəmi 2129 (iki min bir yüz iyirmi doqquz) manat, 31 (otuz bir) qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 20 oktyabr 2021-ci il tarixli 1158nkLKN/21 saylı kredit və bank hesabı müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, müqavilə üzrə iddiaçının iddia etdiyi 18 (on səkkiz) manat, 03 (üç) qəpik məbləğində dəbbə pulu azaldılaraq 10 (on) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə müvafiq olaraq işə baxılması iləəlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin olunduğu və dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyi üçün iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 40 (qırx) manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 20 oktyabr 2021-ci il tarixli 1158nkLKN/21 saylı kredit və bank hesabı müqaviləsi üzrə 1803 (bir min səkkiz yüz üç) manat, 70 (yetmiş) qəpik əsas məbləğ üzrə, 307 (üç yüz yeddi) manat, 58 (əlli səkkiz) qəpik faiz üzrə, 10 (on) manat cərimə, cəmi 2121 (iki min bir yüz iyirmi bir) manat, 28 (iyirmi səkkiz) qəpik və ödənilmiş dövlət rüsumunun 40 (qırx) manat hissəsi alınıb iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. İddia cərimə ilə bağlı 08 (səkkiz) manat, 03 (üç) qəpik hissəsində və dövlət rüsumunun 01 (bir) manat, 70 (yetmiş) qəpik hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar