Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-406/2023 13.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı «borc tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin PİKÜMİD-nin Regional Məhkəmə Hüquq şöbəsinin baş hüquqşunası Elməddin Məmmədov Cavabdeh qarşı «borc tələbinə dair» iddia verərək, Cavabdeh iddiaçının xeyrinə 1059 (min əlli doqquz) manat, 16 (on altı) qəpik əsas məbləğ üzrə, 129 (yüz iyirmi doqquz) manat, 25 (iyirmi beş) qəpik faiz üzrə, 11 (onbir) manat, 53 (əlli üç) qəpik cərimə, cəmi 1199 (on bir min doqquz yüz doxsan doqquz) manat, 94 (doxsan dörd) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 32 (otuz iki) manat, 64 (altmış dörd) lqəpik məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 53nkNFT/22 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a 36 ay müddətinə illik 20% ödəmək şərtilə 1133 (on bir min otuz üç) manat məbləğində kredit verilmişdir. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" ASCnin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 32 (otuz iki) manat, 64 (altmış dörd) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 18 fevral 2022-ci il tarixli, 53nkNFT/22 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 36 ay müddətinə illik 20% ödəmək şərtilə 1133 (on bir min otuz üç) manat məbləğində kredit verilmişdir. “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 28 fevral 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh 53nkNFT/22 saylı kredit müqaviləsi üzrə 1059 (min əlli doqquz) manat, 16 (on altı) qəpik əsas məbləğ üzrə, 129 (yüz iyirmi doqquz) manat, 25 (iyirmi beş) qəpik faiz üzrə, 11 (onbir) manat 53 (əlli üç) qəpik cərimə, cəmi 1199 (on bir min doqquz yüz doxsan doqquz) manat, 94 (doxsan dörd) qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş 21 fevral 2023-cü il tarixli bildirişdən görünür ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 18 fevral 2022-ci il tarixli, 53nkNFT/22 saylı kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 18 fevral 2022-ci il tarixli 53nkNFT/22 saylı müqaviləsi üzrə iddiaçının iddia etdiyi 11 (onbir) manat, 53 (əlli üç) qəpik məbləğində dəbbə pulu silinərək 2 (iki) manat 53 (əlli üç) qəpik həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 32 (otuz iki) manat, 64 (altmış dörd) qəpik dövlət rüsumunun onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 18 fevral 2022-ci il tarixli, 53nkNFT/22 saylı kredit müqaviləsi üzrə 1059 (min əlli doqquz) manat 16 (on altı) qəpik əsas məbləğ, 129 (yüz iyirmi doqquz) manat, 25 (iyirmi beş) qəpik faiz, 2 ( iki) manat 53 (əlli üç) qəpik cərimə, cəmi 1190 (min yüz doxsan) manat 53 (əlli üç) qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 32 (otuz iki) manat, 64 (altmış dörd) qəpik məbləğində pul vəsaiti alınıb iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim:İlqar Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-406/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-406/2023
13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver