Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-409/2023 13.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı «borc tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin PİKÜMİD-nin Regional Məhkəmə Hüquq şöbəsinin baş hüquqşunası Elməddin Məmmədov Cavabdeh qarşı «borc tələbinə dair» iddia verərək, Cavabdeh iddiaçının xeyrinə 999 (doqquz yüz doxsan doqquz) manat, 43 (qırx üç) qəpik əsas məbləğ üzrə, 214 (iki yüz on dörd) manat, 39 (otuz doqquz) qəpik faiz üzrə, 07 ( yeddi) manat, 91 (doxsan bir) qəpik cərimə, cəmi 1223 (min iki yüz iyirmi üç) manat, 70 (yetmiş) qəpik borcun, 01 (bir) manat 97 (doxsan yeddi) qəpik komisyon haqqın və dövlət rüsumu olaraq ödənilmiş 32 (otuz iki) manat, 64 (altmış dörd) lqəpik məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 15283sSUM/21 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a 60 ay müddətinə (36 ay kredit xətti, 24 ay kredit) ayırmışdır. Kreditin ilkin limiti 10000 (on min) manat təyin edilmışdır. “Bank” “Borcalan”a bank hesabı (cari, kredit) açmış və ödəniş kartı təqdim etmiş, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür. Kredit xəttindən istifadəyə görə minimum 1% maksimum 6% nağdsız əməliyyatlar üzrə isə minimum 1% maksimum 6% komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı “Borcalan” tərəfindən əlavə olaraq ödənilir. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə onun "xxxx" ASCyə 999 (doqquz yüz doxsan doqquz) manat, 43 (qırx üç) qəpik əsas məbləğ üzrə, 214 (iki yüz on dörd) manat, 39 (otuz doqquz) qəpik faiz üzrə, 07 ( yeddi) manat, 91 (doxsan bir) qəpik cərimə üzrə, 01 (bir) manat 97 (doxsan yeddi) qəpik komisyon haqqı üzrə, cəmi 1223 (min iki yüz iyirmi üç) manat,70 (yetmiş) qəpik borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" ASCnin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 32 (otuz iki) manat, 64 (altmış dörd) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 26 yanvar 2022-ci il tarixli, 15283sSUM/21 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 60 ay müddətinə (36 ay kredit xətti, 24 ay kredit) ayırmışdır. Kreditin ilkin limiti 10000 (on min) manat təyin edilmışdır. “Bank” “Borcalan”a bank hesabı (cari, kredit) açmış ivə ödəniş kartı təqdim etmiş, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 26 yanvar 2023-ci il tarixli arayışından görünür ki, Cavabdeh 15283sSUM/21 saylı kredit müqaviləsi üzrə 999 (doqquz yüz doxsan doqquz) manat, 43 (qırx üç) qəpik əsas məbləğ üzrə, 214 (iki yüz on dörd) manat, 39 (otuz doqquz) qəpik faiz üzrə, 07 ( yeddi) manat, 91 (doxsan bir) qəpik cərimə, 01 (bir) manat 97 (doxsan yeddi) qəpik komisyon haqqı, cəmi 1223 (min iki yüz iyirmi üç) manat, 70 (yetmiş) qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş 21 oktyabr 2022-ci il tarixli bildirişdən görünür ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 26 yanvar 2022-ci il tarixli, 15283sSUM/21 saylı kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 26 yanvar 2022-ci il tarixli 15283sSUM/21 saylı müqaviləsi üzrə iddiaçının iddia etdiyi 07 ( yeddi) manat, 91 (doxsan bir) qəpik məbləğində dəbbə pulu silinərək 1 (bir) manat 91 (doxsan bir) qəpik həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 32 (otuz iki) manat, 64 (altmış dörd) qəpik dövlət rüsumunun onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 26 yanvar 2022-ci il tarixli, 15283sSUM/21 saylı kredit müqaviləsi üzrə 999 (doqquz yüz doxsan doqquz) manat 43 (qırx üç) qəpik əsas borc, 214 (iki yüz on dörd) manat 39 (otuz doqquz) qəpik faiz borcu, 91 (doxsan bir) qəpik cərimə, 01 (bir) manat 97 (doxsan yeddi) qəpik komisyon haqqı, cəmi 1216 (min iki yüz on altı) manat, 70 (yetmiş) qəpik borc, və dövlət rüsumu üçün ödənilmiş 32 (otuz iki) manat, 64 (altmış dörd) qəpik məbləğində pul vəsaiti alınıb iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:İlqar Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-409/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-409/2023
13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver