Məhkəmə qərarları › İş №2(018)-409/2024

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-409/2024

25.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-409/2024 25.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Aliment miqdarının artırılması tələbi barədə” mülki iş üzrə keçirilən məhkəmə baxışı iclasında MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək Astara Rayon Məhkəməsinin 23 iyun 2023-ci il tarixli, 2(018)-690/2023 nömrəli qətnaməsi ilə qət edilmiş, 10 iyun 2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay uşaq üçün 170 (bir yüz yetmiş) manat sabit pul sabit pul məbləğində olan aliment miqdarı dəyişdirilərək (artıraraq) hər ay uşaq üçün 300 (üç yüz) manat olmaqla müəyyən edilməsi və bu məbləğin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə hec bir məlumat verməmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, mümkün iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmişdir, işə mayət üzrə baxılmasını tələb etmir. Belə olan halda məhkəmə hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.7-ci maddəsinə əsasən işə iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-cü maddəsinin göstərişini rəhbər turaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “Aliment miqdarının artırılması tələbi barədə” iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. İddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 100 (bir yüz) manat ona qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mübariz Məmmədov. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ MƏHKƏMƏ BAXİŞ İCLASİNİN PROTOKOLU 24 aprel 2024-cü il İş №-2(018)-409/2024 Astara şəhəri Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə məhkəmənin baxış iclası keçirilir. Sədrlik edən saat 15:15-da məhkəmə iclasını açıb, İddiaçı Cavabdeh qarşı “Aliment miqdarının artırılması tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxılacağını elan edir. Sədrlik edən məhkəmə iclasına çağırılan şəxslərdən kimlərin gəlib-gəlməməsi barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi: tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən yerində qısa müşavirədən sonra qərara alır. İşə tərəflərin iştirakı olmadan baxılsın. Sədrlik edən mülki işin materiallarını nəzərdən keçirib məhkəmənin müşavirə otağına getdiyini elan edir. Sədrlik edən müşavirəyə gedir. Sədrlik edən müşavirədən qayıdır. Sədrlik edən işin baxılmamış saxlanılması barədə qərardadı elan edib saat 15:20-da məhkəmə iclasını bağlı elan edir. Sədrlik edən: Məhkəmə iclas katibi: Tərtib edildi: 24 aprel 2024-cü il

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar