Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-410/2024 15.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Fai qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(018)-501/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment alınaraq 31 oktyabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatana kimi saxlanılması üçün, həmçinin ödənilmiş 55 (əlli beş) manat mediasiya xərcinin və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun cavabdehdən alınaraq xeyrimə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Astara Rayon Məhkəməsinin 2(018)-501/2022 saylı, 04 may 2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 01 aprel 2022-ci il tarixdən başlayaraq hər ay 160 (bir yüz altmış) manat aliment cavabdehdən alınıb ona verilməsi qət edilmişdir. Cavabdeh mütəmadi olmasada alimenti ödəmişdir. Hazırda iki ay aliment borcu vardır. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iki il müddət keçmiş, uşaq böyümüş, gündəlik tələbatı artmışdır. Uşaq hazırda məktəbə gedir. Buda əlavə xərclərin artmasına səbəbdir. Məhz bu səbəbdən ödənilən sabit pul məbləğində aliment pulu uşağın tələbatını ödəmir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Astara Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(018)-501/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment alınaraq 31 oktyabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatana kimi saxlanılması üçün, həmçinin ödənilmiş 55 (əlli beş) manat mediasiya xərcinin və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun cavabdehdən alınaraq xeyrimə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh nümayəndəsi X3 iddianı qismən qəbul edərək bildirdi ki, iddianı qismən 180 manat məbləğdə qəbul edirlər. Əlavə olaraq bildirdi ki, cavabdeh uşaqla görüşməyə onlara imkan vermir. Göstərilənləri nəzərə alaraq, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh nümayəndəsi X2 dinləyib,iş materiallarını tam, hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 04 may 2022-ci il tarixli 2(018)-501/2022 saylı qətnaməsinə əsasən iddiaçı X5 Cavabdeh ilə birgə nikahlarından doğulmuş 31 oktyabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 01 aprel 2022-ci il tarixindən başlayaraq hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment Cavabdeh tutulub iddiaçı X6 verilməsi qət edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətinin sürətindən görünür ki, İddiaçı xx xxxx 1995ci il tarixdə anadan olub. İş materiallarında olan Astara şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında qanuna əsasən, 2023cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, iddiaçının uşağların saxlanılmasında çətinlik çəkdiyi və mövcud iqtisadi şərait nəzərə alınaraq, iddia qismən təmin edilməli, olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı veriməli və Cavabdeh mediasiya xərci üçün ödənilmiş 55 (əlli beş) manat və dövlət rüsumu üçün ödənilmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli 2(018)-501/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Cavabdeh mediasiya xərci üçün ödənilmiş 55 (əlli beş) manat və dövlət rüsumu üçün ödənilmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-410/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-410/2024
15.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver