Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-421/2024 30.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X14 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçı nümayəndəsi X9 və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay hər uşağa 250 manat olmaqla cəmi 500 manat sabit pul məbləğində aliment alınaraq birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi həmçinin ödənilmiş 55 manat mediasiya xərcinin alınıb xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X9 iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Cavabdeh ilə faktiki olaraq 2012-ci ildə evlənmişlər, nikahlarını isə 18 okyabr 2013-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2013-cü il tarixdə X10 və xx.xx.2015-ci il tarixdə X11 adlı uşaqları anadan olmuşdur. Uşaqlar sağ və salamat olmaqla yanında yaşayırlar. Ailə həyatları uğurlu olmadığından aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh uşaqlarının saxlanılması üçün könüllü olaraq aliment ödəmədiyi üçün məhkəməyə aliment tələbi ilə müraciət etmişd və məhkəmə tərəfindən uşaqların saxlanılması üçün aliment qət edilmişdir.Belə ki, Astara rayon məhkəməsinin xx.xx.2015-c iil tarixli 2(018)-960/2015 saylı qətnaməsilə, məhkəmənin xx.xx.2014-cü il tarixli 2(018)-1265/2014 saylı qətnaməsinə dəyişiklik edilmiş hər uşağa 80 manat olmaqla cəmi 160 manat-sabit pul məbləğindəalimentin Cavabdeh alınaraq xeyrinə verilməsi qət edilmişdir. Maddi imkanı olmasına baxmayaraq alimenti ödəməmişdir. Odur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının yenidən artırılması üçün məhkəməyə müraciət etmişdir. Astara rayon məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(018)- 1555/2017 saylı qətnaməsilə alimentin miqdarı artırılmış xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 90 manat olmaqla 180 manat manat sabit pul məbləğində alimentin alınaraq xeyrinə verilməsi qət edilmişdir. Məhkəmənin qeyd edilən qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı hazırki vaxtda uşaqların tələbatını ödəmək iqtidarında deyildir. Belə ki, uşaqlar böyümüş, tələbləri artmışdır. Bundan başqa qiymətlər artmış, ərzaq və geyim paltarların qiyməti bahalaşmışdır.Cavabdeh fərdi əmək fəaliyyəti ilə məşğuldur. Onun kifayət qədər qazancı vardır. Maddi imkanı olmasına baxmayaraq alimenti ödəmir.Hamıya bəllidir ki, uşağın gündəlik zəruri qida və digər zəruri ehtiyacları artmışdır. Hesab edir ki, uşaqların maddi vəziyəti nəzərə alınmalı və alimentin miqdarı artırılmalıdır. Mediasiyanın tətbiqi ilə əlaqədar mediasiya Şurasına xx.xx.2024-cü il tarixdə müraciət etmiş. Mediasiya prosesinin tətbiqi barədə təklif xx.xx.2024-cü il tarixdə cavabdehə göndərilmiş və ilkin Mediasiya sesiyası xx.xx.2024-cü il tarixə saat 12:00 təyin edilmiş və keçilmişdir. Cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməmişdir. Medasiya xərci olaraq 55 manat ödəmişdir. Cavabdeh hər ay hər uşağa 250 manat olmaqla cəmi 500 manat sabit pul məbləğində aliment alınaraq birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi həmçinin ödənilmiş 55 manat mediasiya xərcinin alınıb xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh nümayəndəsi X5 iddianı qismən qəbul edərək bildirdi ki, iddianı qismən 110 manat məbləğdə qəbul edirlər. Göstərilənləri nəzərə alaraq, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi X6 və Cavabdeh nümayəndəsi X1 X2 dinləyib,iş materiallarını tam, hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(018)- 1555/2017 saylı qətnaməsinə əsasən Astara Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 90 (doxsan) manat məbləğində olmaqla, 180 (yüz səksən) manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətinin sürətindən görünür ki, İddiaçı qızı xx.xx.1995-cı il tarixdə anadan olub. İş materiallarında olan Astara RİHB-nın Kijəbə qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Astara rayon, Kijəbə qəsəbəsində yaşayır. İş materiallarında olan ilkin mediasiya sesiyasında (İMS) iştirak edilməsi barədə xx.xx.2024cü il tarixli MŞL-00193 № arayışdan görünür ki, tərəflər mediasiya prosesində iştirak etmiş və mediasiya prosesindən keçimşlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında qanuna əsasən, 2024cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, iddiaçının uşağların saxlanılmasında çətinlik çəkdiyi və mövcud iqtisadi şərait nəzərə alınaraq, iddia qismən təmin edilməli, olunmuş alimentin miqdarı dəyişdirilərək, Astara Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(018)-1555/2017 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşınadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə 300 (üç yüz) sabit pul məbləğində aliment alınıb İddiaçı verilməli, Cavabdeh mediasiya xərci üçün ödənilmiş 55 (əlli beş) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(018)-1555/2017 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşınadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə cəmi 300 (üç yüz) sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Cavabdeh mediasiya xərci üçün ödənilmiş 55 (əlli beş) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-421/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-421/2024
30.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver