Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-427/2023 17.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X5, iddiaçı "xxxx" KB ASC -nin cavabdeh X3 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair kiçik iddialara dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" KB ASC cavabdeh X3 qarşı “kredit borcunun ödənilməsi tələbi barədə” kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 müştərək qaydada 1293 (min iki yüz doxsan üç) manat, 8(səkkiz) qəpik əsas borc, 133 (yüz otuz üç) manat, 14 (on dörd) qəpik faiz borcu, cəmi 1426 (min dörd yüz iyirmi altı) manat, 94 (doxsan dörd) qəpik məbləğində borc pul və dövlət rüsumu 36 (otuz altı) manat, 17 (on yeddi) qəpik məbləğində pul "xxxx" KB ASC xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə arasında bağlanmış 5nkLKN/20 saylı, 10 yanvar 2020-ci il kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 12 faiz olmaqla, 17 ay müddətinə 1369 (min üç yüz altmış doqquz) manat məbləğində kredit limiti ayrılmışdır. Borcalan kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit məbləğini müəyyən olunmuş müddətə faizi birlikdə tələbkara qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borcalan 04 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. Mərhumun vərəsəsi olan X4 mərhumun hüquqi varisi sayıldığından kredit borcu olan 1293 (min iki yüz doxsan üç) manat, 8(səkkiz) qəpik əsas borc, 133 (yüz otuz üç) manat, 14 (on dörd) qəpik faiz borcu, cəmi 1426 (min dörd yüz iyirmi altı) manat, 94 (doxsan dörd) qəpik məbləğində borc pul və dövlət rüsumu 36 (otuz altı) manat, 17 (on yeddi) qəpik məbləğində pul borclu X2 alınıb "xxxx" KB ASC xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" KB ASC ilə borclu Cavabdeh ilə arasında 5nkLKN/20 saylı, 10 yanvar 2020-ci il kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 12 faiz olmaqla, 17 ay müddətinə 1369 manat kredit limiti ayrılmışdır. “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, X4 mərhum Cavabdeh hüquqi varisidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 36,17 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddia təmin edilsin. Cavabdeh X2 1293 (min iki yüz doxsan üç) manat 8 (səkkiz) qəpik əsas borc, 133 (yüz otuz üç) manat, 14 (on dörd) qəpik faiz borcu, cəmi 1426 (min dörd yüz iyirmi altı) manat 94 (doxsan dörd) qəpik məbləğində borc pul və dövlət rüsumu 36 (otuz altı) manat 17 (on yeddi) qəpik məbləğində pul iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamə, rəsmi qaydada verildiyi göndən bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-427/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-427/2023
17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver