Məhkəmə qərarları › İş №2(018)-427/2024

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-427/2024

28.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-427/2024 28.02.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «əvvəllər müəyyən edilmiş alimentin miqdarının artırılması tələbi»nə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Astara Rayon Məhkəməsində iddia qaldıraraq, Astara Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli, 2(018)-617/219 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olduğu üçün ərizənin yolverilməzliyinə görə qəbul etməkdən imtina edilməli, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Astara Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(018)-292/2024 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı Astara Rayon Məhkəməsində iddia qaldıraraq, Astara Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli, 2(018)-617/219 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının azaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qərardaddan görünür ki, həmin mülki işin məhkəmə baxışı 11 mart 2024-cü il tarixə, saat 11:00-a təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda qeyd olunan qanunvericilik aktı normalarına və işin hallarına qiymət verən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarlmaqla, iddiaçıya müvafiq tələblə hazırki cavabdeh olduğu 2(018)-292/2024 saylı mülki işdə qarşılıqlı iddia qaldıra bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 153.2.4, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «əvvəllər müəyyən edilmiş alimentin miqdarının artırılması tələbi»nə dair iddia ərizəsinin qəbulundan imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, cavabdeh olduğu 2(018)-292/2024 saylı mülki işdə iddiaçı kimi Cavabdeh qarşı «əvvəllər müəyyən edilmiş alimentin miqdarının artırılması tələbi»nə dair qarşılıqlı iddia qaldıra bilər. Qərardaddan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar