Məhkəmə qərarları › İş №2(018)-436/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-436/2023

25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-436/2023 25.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, iddiaçı Ləğv prosesində olan «Amrahbank” ASC-nin nümayəndəsi X1 və Cavabdeh1 və Baxşıyev Səxavət İgid oğlunun iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Baxşıyev Səxavət İgid oğluna qarşı «kredit borcunun qaytarılması barədə» iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin məhkəmələrlə iş şöbəsinin müdiri Azər Əmirov cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Baxşıyev Səxavət İgid oğluna qarşı «kredit borcunun qaytarılması barədə» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 dekabr 2022-ci il tarixə kimi kredit üzrə cəmi borcu 7937 (yeddi min doqquz yüz otuz yeddi) manat, 77 (yetmiş yeddi) qəpik-bundan 4848 (dörd min səkkiz yüz qırx səkkiz) manat əsas borcu, 2867 (iki min səkkiz yüz altmış yeddi) manat, 20 (iyirmi) qəpik faiz borcu, 03 (üç) manat, 48 (qırx səkkiz) qəpik cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 219 (iki yüz on doqquz) manat, 04 (dörd) qəpik faiz və iş üzrə ödənilmiş 99 (doxsan doqquz) manat, 38 (otuz səkkiz) qəpik dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Baxşıyev Səxavət İgid oğlundan müştərək qaydada tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan «Amrahbank” ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edib izahat verərək bildirdi ki, İddiaçı ASC-nin Lənkəran filialı ilə Cavabdeh1 arasında bağlanmış 30 yanvar 2020-ci il tarixli, ***- *******MK280120-03 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə gündəlik tələbat məqsədilə 24 (iyirmi dörd) ay müddətinə, illik 27% (iyirmi yeddi) ödənilmək şərtilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 və Baxşıyev Səxavət İgid oğlu oğlu ilə bağlanmış 30 yanvar 2020-ci il tarixli zaminlik müqaviləsi əsasında kredit müqaviləsinin icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdürlər. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin banka 27 dekabr 2022-ci il tarixə cəmi borcu 7937 (yeddi min doqquz yüz otuz yeddi) manat, 77 (yetmiş yeddi) qəpik-bundan 4848 (dörd min səkkiz yüz qırx səkkiz) manat əsas borcu, 2867 (iki min səkkiz yüz altmış yeddi) manat, 20 (iyirmi) qəpik faiz borcu, 03 (üç) manat, 48 (qırx səkkiz) qəpik cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 219 (iki yüz on doqquz) manat, 04 (dörd) qəpik faiz məbləğində borcu yaranmışdır. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirdi ki, İddiaçı ASC ilə bağlanmış 30 yanvar 2020-ci il tarixli, ***-*******MK280120-03 nömrəli kredit müqaviləsinə əsasən ona 24 (iyirmi dörd) ay müddətinə, illik 27% (iyirmi yeddi) ödənilmək şərtilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə borcunun bir hissəsini ödəmiş, lakin maddi imkanı olmadığına görə borcunu tamamilə ödəyə bilməmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Baxşıyev Səxavət İgid oğlu da əsasən Cavabdeh1 kimi izahat verməklə onun göstərdiklərini bir daha da təsdiq etdi. Mülki iş üzrə digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2020-ci il tarixli, 2-3(103)-130/2020 saylı qərarın surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu "xxxx" Açıq Səhmdar Cəmiyyəti ləğvedici təyin edilmişdir. Mülki işə əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 yanvar 2020-ci il tarixli, ***-*******MK280120-03 nömrəli müqavilədən görünür ki, Cavabdeh1 24 (iyirmi dörd) ay müddətinə, illik 27% (iyirmi yeddi) ödənilmək şərtilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş 30 yanvar 2020-ci il tarixli, ***-*******MK280120-03/ZM/1 nömrəli və 30 yanvar 2020-ci il tarixli, ***-*******MK280120-03/ZM/2 nömrəli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Baxşıyev Səxavət İgid oğlu kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə kredit müqaviləsinin icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdürlər. Mülki işə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, 30 yanvar 2020-ci il tarixli, ***-*******MK280120-03 nömrəli müqaviləsi üzrə aylıq ödəniş məbləği 271 (iki yüz yetmiş bir) manat 90 (doxsan) qəpik təşkil etmişdir. Mülki işə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 30 yanvar 2020ci il tarixli, ***-*******MK280120-03 nömrəli kredit müqaviləsinə əsasən 27 dekabr 2022-c il tarixə 4848 (dörd min səkkiz yüz qırx səkkiz) manat əsas borcu, 2867 (iki min səkkiz yüz altmış yeddi) manat, 20 (iyirmi) qəpik faiz borcu, 03 (üç) manat, 48 (qırx səkkiz) qəpik cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 219 (iki yüz on doqquz) manat, 04 (dörd) qəpik gecikmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi olmaqla, 7937 (yeddi min doqquz yüz otuz yeddi) manat, 77 (yetmiş yeddi) qəpik məbləğində borcu vardır. Mülki işə əlavə edilmiş bildirişdən görünür ki, cavabdehlərə 30 yanvar 2020-ci il tarixli, ***-*******MK280120-03 nömrəli müqaviləsi üzrə borcları olduğu barədə bildirilmişdir. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 99 (doxsan doqquz) manat, 38 (otuz səkkiz) qəpik məbləğində olan dövlət rüsumunu ödəmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 yanvar 2020-ci il tarixli, ***-*******MK280120-03 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə, illik 27% (iyirmi yeddi) ödənilmək şərtilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 və Baxşıyev Səxavət İgid oğlu ilə bağlanmış 30 yanvar 2020-ci il tarixli, ***-*******MK280120-03/ZM/1 nömrəli və 30 yanvar 2020-ci il tarixli, ***-*******MK280120-03/ZM/2 nömrəli zaminlik müqavilələri əsasında kredit müqaviləsinin icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdürlər. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 99 (doxsan doqquz) manat, 38 (otuz səkkiz) qəpik məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Baxşıyev Səxavət İgid oğluna qarşı «kredit borcunun qaytarılması tələbi barədə» iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Baxşıyev Səxavət İgid oğlundan müştərək qaydada 4848 (dörd min səkkiz yüz qırx səkkiz) manat əsas borcu, 2867 (iki min səkkiz yüz altmış yeddi) manat, 20 (iyirmi) qəpik faiz borcu, 03 (üç) manat, 48 (qırx səkkiz) qəpik cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 219 (iki yüz on doqquz) manat, 04 (dörd) qəpik gecikmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi olmaqla, 7937 (yeddi min doqquz yüz otuz yeddi) manat, 77 (yetmiş yeddi) qəpik məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş dövlət rüsumuna görə 99 (doxsan doqquz) manat, 38 (otuz səkkiz) qəpik məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC -nə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar