Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-440/2023 03.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı «borcun tutulması barədə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «X1 Azərbaycan» QSC-nin Hüquq Departamentinin aparıcı hüquqşunası Ayxan Eyvazov Cavabdeh qarşı «borcun tutulması barəsinə dair» iddia verərək Cavabdeh əsas məbləğ üzrə 1846 (bir min səkkiz yüz qırx altı) manat, 27 (iyirmi yeddi) qəpik, faiz borcu üzrə 105 (bir yüz beş) manat, 76 (yetmiş altı) qəpik, cərimə borcu üzrə 31 (otuz bir) manat, 79 (yetmiş doqquz) qəpik, cəmi 1983 (bir min doqquz yüz səksən üç) manat, 82 (səksən iki) qəpik məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 39 (otuz doqquz) manat, 83 (səksən üç) qəpik dövlət rüsumunun iddiaçı «X1 Azərbaycan» QSCnin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı «X1 Azərbaycan» QSC ilə cavabdeh arasında bağlanmış 10 iyun 2022-ci il tarixli “Kredit müqaviləsi”-nin 1.2-ci maddəsinin şərtlərinə əsasən Bank tərəfindən Cavabdeh istehlak yönümlü 2000( iki min) manat məbləğində pul ayrılmışdır və o, 24 ay müddətində kreditin əsas məbləği və ona illik 15% dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməlidir. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Nəticədə Cavabdeh Banka əsas məbləğ üzrə 1846 (bir min səkkiz yüz qırx altı) manat, 27 (iyirmi yeddi) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu üzrə 105 (bir yüz beş) manat, 76 (yetmiş altı) qəpik, cərimə borcu üzrə 31 (otuz bir) manat, 79 (yetmiş doqquz) qəpik, cəmi 1983 (bir min doqquz yüz səksən üç) manat, 82 (səksən iki) qəpik məbləğində borcu yaranmışdır. Cavabdehə dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı «X1 Azərbaycan» QSC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 39 (otuz doqquz) manat, 83 (səksən üç) qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 10 iyun 2022-ci il tarixli “Kredit müqaviləsi”-ndən görünür ki, «X1 Azərbaycan» QSC tərəfindən borcalan Cavabdeh 24 ay müddətinə, illik 15% ödəmək şərti ilə istehlak yönümlü 2000 (iki min) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 21 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 10 iyun 2022-ci il tarixli “Kredit müqaviləsi” üzrə 1846 (bir min səkkiz yüz qırx altı) manat, 27 (iyirmi yeddi) qəpik, faiz borcu üzrə 105 (bir yüz beş) manat, 76 (yetmiş altı) qəpik, cərimə borcu üzrə 31 (otuz bir) manat, 79 (yetmiş doqquz) qəpik, cəmi 1983 (bir min doqquz yüz səksən üç) manat, 82 (səksən iki) qəpik, cəmi 1983 (bir min doqquz yüz səksən üç) manat, 82 (səksən iki) qəpik məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş 14 oktyabr 2022-ci il tarixli bildiriş məktubundan görünür ki, cavabdehə 10 iyun 2022-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış borcunu 5 (beş) iş günü müddətində Banka ödəməli olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 10 iyun 2022-ci il tarixli “Kredit müqaviləsi” üzrə iddiaçının iddia etdiyi 31 (otuz bir) manat, 79 (yetmiş doqquz) qəpik məbləğində dəbbə pulu azaldılaraq 03 (üç) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 39 (otuz doqquz) manat, 83 (səksən üç) qəpik dövlət rüsumunun onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10 iyun 2022-ci il tarixli “Kredit müqaviləsi” üzrə 1846 (bir min səkkiz yüz qırx altı) manat, 27 (iyirmi yeddi) qəpik, faiz borcu üzrə 105 (bir yüz beş) manat, 76 (yetmiş altı) qəpik, cərimə borcu üzrə 03 (üç) manat, cəmi 1955 (bir min doqquz yüz əlli beş) manat, 03 (üç) qəpik və 39 (otuz doqquz) manat, 83 (səksən üç) qəpik ödənilmiş dövlət rüsumu alınıb iddiaçı «X1 Azərbaycan» QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-440/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-440/2023
03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver