Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-442/2023 03.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X4 oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı «borc tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin PİKÜMİD-nin Regional Məhkəmə Hüquq şöbəsinin baş hüquqşunası Elməddin Məmmədov Cavabdeh qarşı «borc tələbi barədə» iddia verərək, cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 203,42 (iki yüz üç manat, qırx iki qəpik) manat əsas, 11,06 (on bir manat, altı qəpik) manat faiz, 0,07 (yeddi qəpik) manat, cəmi 214,55 (iki yüz on dörd manat, əlli beş qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC ilə cavabdeh X3 arasında bağlanmış 2468tkADJ/14 saylı xx.xx.2014-cü il tarixli kredir müqaviləsinə əsasən 84 ay müddətinə (60 ay kredit xətti, 24 ay kredit xx.xx.2021-ci il tarixədək 300 manat məbləğində kredit limiti ayırır, ona bank hesabı açır və plastik kartı təqdim edir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürür. Borcalan 23 may 2017-ci il tarixdə vəfat etmişdir. Astara Rayon Notariat Ofisinin məlumatına əsasən Cavabdeh mərhumun vərəsəsi olduğu müəyyən edilmişdir. Bu isə cavabdehlərin mərhumun hüquqi varisi olması anlanıma gəlir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır.
1. 06 may 2014-ci il tarixli, 2468tkADJ/14 saylı kredit müqaviləsindən görünür ki, X2 84 ay müddətinə 300 (üç yüz) manat məbləğində kredit limiti ayrılmışdır.
2. “Ölüm haqqında şəhadətnaməsi”nin surətindən görünür ki, X3 23 may 2017-ci il tarixdə vəfat etmişdir.
3. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, X1 vərəsələri kimi Cavabdeh tanınmışdır.
4. 15 fevral 2023-cü il tarixli arayışından görünür ki, X1 2468tkADJ/14 saylı kredit müqaviləsi üzrə 203,42 (iki yüz üç manat, qırx iki qəpik) manat əsas, 11,06 (on bir manat, altı qəpik) manat faiz, 0,07 (yeddi qəpik) manat, cəmi 214,55 (iki yüz on dörd manat, əlli beş qəpik) borcu vardır.
5. "xxxx" KB ASC ilə borcalan arasında bağlanmış 06 may 2014-ci il tarixli, 2468tkADJ/14 saylı kredit müqaviləsinə əsasən cavabdehlərin yarandığı öhdəlikərinin yerinə yetirilməsi xahiş olunmuşdur. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30,40 (otuz manat, qırx qəpik) dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1.-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1.-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1.-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsinə mirasın açılması barədə kreditorlara məlumat vermək vəzifəsi- vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30,40 (otuz manat, qırx qəpik) dövlət rüsumu da onun xeyrinə cavabdehdən müştərək qaydada tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 203,42 (iki yüz üç manat, qırx iki qəpik) manat əsas, 11,06 (on bir manat, altı qəpik) manat faiz, 0,07 (yeddi qəpik) manat, cəmi 214,55 (iki yüz on dörd manat, əlli beş qəpik) borc və ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) qəpik dövlət rüsumu alınıb iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Zamin İbrahimov