Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-449/2024 22.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X12 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçı və Cavabdeh Əfraş oğlunun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh Əfraş oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan olan 27 iyul 2014cü il təvəllüdlü X4 və 29 sentyabr 2017-ci il təvəlüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılmasından ötrü xeyrinə hər ay 500 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Astara rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən birgə nikahdan olan 27 iyul 2014-ci il təvəllüdlü X4 və 29 sentyabr 2017-ci il təvəllüdlü X5 adlı uşaqlarımız mənim yanımda saxlanılmış, eyni rzmanda cavabdehdən birgə nigahdan olan uşaqların yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 140 (yüz qırx) manat aliment alınıb ona verilməsi qət edilmişdir.Bu da hazırki çətin iqtisadi şəraitdə uşağın aylıq normal həyat şəraitlərini təmin etmir. Cavabdeh birgə nikahdan olan 27 iyul 2014-cü il təvəllüdlü X4 və 29 sentyabr 2017-ci il təvəlüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılmasından ötrü xeyrinə hər ay 500 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh Əfraş oğlunun nümayəndəsi X7 iddianı qəbul etməyərək bildirdi ki, hazırda alimenti ancaq ödəyə bilirlər.,əgər iddiaçı uşaqları saxlaya bilmirsə onlara versin, onlar saxlayarlar. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməməsini barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh Əfraş oğlunun nümayəndəsi X6 dinləyib,iş materiallarını tam, hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(018)- 1449/2012 saylı qətnaməsinə əsasən Astara Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Qasımov Alim Əliyaİsaev Böyükağa Seydağa oğlundan hər ay hər uşaq üçün 140 (yüz qırx) manat məbləğində olmaqla, 280 (iki yüz səksən) manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətinin sürətindən görünür ki, AA ******* İddiaçı xx.xx.1995-ci il tarixdə anadan olub. İş materiallarında olan Astara RİHB-nın Suparibağ kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Astara rayon, Suparibağ kəndində yaşayır. İş materiallarında olan ilkin mediasiya sesiyasında (İMS) iştirak edilməsi barədə xx.xx.2024cü il tarixli MŞL-0016693 № arayışdan görünür ki, iddiaçı mediasiya prosesində iştirak etmiş və mediasiya prosesindən keçmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında qanuna əsasən, 2024cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, iddiaçının uşağların saxlanılmasında çətinlik çəkdiyi və mövcud iqtisadi şərait nəzərə alınaraq, iddia qismən təmin edilməli, olunmuş alimentin miqdarı dəyişdirilərək, Astara Rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli 2(018)-1449/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılmaları üçün Cavabdeh Əfraş oğlundan hər ay hər uşağa 160 (yüz altmış) manat olmaqla, iki uşağa görə 320 (üç yüz) sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli 2(018)-1449/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılmaları üçün Cavabdeh Əfraş oğlundan hər ay hər uşağa 160 (yüz altmış) manat olmaqla, iki uşağa görə cəmi 320 (üç yüz) sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-449/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-449/2024
22.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver