Məhkəmə qərarları › İş №2(018)-451/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-451/2025

25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-451/2025 25.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X7 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh, nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 16000 (on altı min) manat məbləğində pulun və ödənilmiş 141,4 (yüz qırx bir manat qırx qəpik) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, iddiasının təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh tamyır. Cavabdeh anası Səmayə Cəfərova ilə rəfiqə olmuşlar. Günel 30 iyun 2023-cü ildə ona yaxınlaşaraq pula ehtiyacı olduğunu və ondan 1000 (min) manat borc pul istədiyini bildirmiş və müddətə borcu qaytarmasına söz vermişdi). O, Cavabdeh tanıdığıı üçün ona 1000 (min) manat borc vermiş. Daha sonra, yəni 2024cü ilin yanvar ayında Cavabdeh ona bildirdı ki, 15000 (on beş min) mana pul lazımdır. O, isə Cavabdeh demişdir ki, istədiyı pul onda yoxdur. Dah sonra o, 31.01 2024-cü il ona məxsus olan qızıl-zinət əşyalarını girov qoyub bankdan 9000 (doqquz min) manat kredit götürmüş və özündə 6000 (altı min manatla birlikdə, ümumilikdə 15000 (on beş min) manat pulu Cavabdeh borc vermişdir. Ümumilikdə cavabdehin ondan 16000 (on alt min) manat borcu vardır. Lakin cavabdehlə razılaşdıqları müddət ərzində borcu ona qaytarmadı. O, Cavabdeh pulumu tələb etmiş, Cavabdeh ona qəbz yazılı verərək qısa müddət ərzində borcunu qaytarmasını bildirdi, lakin cavabdeh müxtəlif bəhanələr gətirərək məndən aldığı borcları bu günə qədər ödəməmişdir. Cavabdeh ümumilikdə 16000 (on altı min) manat məbləğində pulun və ödənilmiş 141,4 (yüz qırx bir manat qırx qəpik) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, o,iddiaçıdan 1000 manat alıb. 15000 mant alınması barədə qəbz onun tərəfindən yazılmayıb.Ona qarşı verilmiş iddianı qismən təmin etməyi məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh nümayəndəsi X4 bildirdi ki, qızı Günel iddiaçıdan cəmi 1000 manat alıb və qəbz verib.. 15000 mant alınması barədə qəbz qızı tərəfindən yazılmayıb və həmin pul ona verilməyib.Ona qarşı verilmiş iddianı qismən təmin etməyi məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı, Cavabdeh və nümayəndəsi X2 dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh İddiaçı 15000 (on beş min) manat borc pul almışdır. İş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh İddiaçı 1000 (bir min) manat borc pul almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, № MQxxxxxxx-70856 saylı kredit və girov müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 9000 (doqquz min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/874 ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 22(018)-451/2025 nömrəli mülki işin 8-ci vərəqində Cavabdeh adından olan borc qəbzindəki dama – dama dəftər vərəqi üzərində “Cavabdeh üç min götürmüşəm oktyabrda. dekabr ayının 15 min manat borc götürdüm. qısa müddətdə qaytarmağa söz verəm İmza Cavabdeh” yazıları - Cavabdeh tərəfindən icra olunmuşdur. İş materiallarında olan AA6652967 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Astara rayon İHB-nın yanında Astara şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, GPP ********** №-li mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsiylə əlaqədar 141 (yüz qırx bir) manat 40 qəpik rüsum ödəmişdir. “İnsan Hüquqları və X3 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qnunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmədə müəyyən edildi ki, İddiaçı Cavabdeh qəbzlər əsasında 16000 (on altı min) manat borc pul vermiş, lakin Cavabdeh borcu vəd verdiyi vaxtda iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 141 (yüz qırx bir) manat 40 qəpik dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənləri və cavabdehin iddianı qismən qəbul etməsininəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 16000 (on altı min) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 141 (yüz qırx bir) manat 40 qəpik məbləğdə pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Cavabdeh 16000 (on altı min) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 141 (yüz qırx bir) manat 40 qəpik məbləğdə pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 01(bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar