Məhkəmə qərarları › İş №2(018)-46/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-46/2025

30.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-46/2025 30.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X13 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və həmdə İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Avtomobil X8, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Astara rayon Ərçivan qəsəbə İnzibati ərazi dairəsi və Astara rayon Ərçivan Bələdiyyəsinə qarşı təbii fəlakət nəticəsində dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Avtomobil X8, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Astara rayon Ərçivan qəsəbə İnzibati ərazi dairəsi və Astara rayon Ərçivan Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Avtomobil X8, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Astara rayon Ərçivan qəsəbə İnzibati Ərazi Dairəsi və Astara rayon Ərçivan Bələdiyyəsindən müştərək qaydada onlara dəymiş 2150 (iki min əlli) manat və ödənilmiş 42 (qırx iki) manat pul vəsaitinin alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə İddiaçı1 iddialarını müdafiə edərək, iddialarının təmin edilməsini xahiş etdi. Məhkəmədə İddiaçı2 iddialarını müdafiə edərək, iddialarının təmin edilməsini xahiş etdi. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində göstəmişlər ki, 2001-ci il buraxılışlı "Mercedes- Benz" markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 xüsusi mülkiyyətindədir. Həmin avtomobil etibarnamə əsasında o idarə edirəm. 17 noyabr 2023-cü il tarixdə, saat 10 rədələrində onun idarə etdiyi "Mercedes-Benz" markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil Astara rayonun Ərçivan qəsəbəsində hərəkətdə olarkən qəflətən iri gövdəli ağac aşaraq avtomobilin qarşısına düşmüş, nəticədə avtomobilə ciddi ziyan dəymişdir. Hadisə yerinə polis əməkdaşları gələrək 92 nömrəli arayış tərtib etmiş, həmçinin hadisə yerində foto şəkillər çəkmişlər. Əgər aşmış ağaca vaxtında nəzarət olunsaydı belə hadisə baş verməzdi. Belə ki, "X7" Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Azərbaycan Avtomobil Yolları X1 3.1.10-cu bəndinə əsasən Agentlik bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında xüsusi istifadə rejimi təmin edilməsi vəzifəsini yerinə yetirir. Cavabdehlər Azərbaycan Avtomobil X8, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Astara rayon Ərçivan qəsəbə İnzibati Ərazi Dairəsi və Astara rayon Ərçivan Bələdiyyəsindən müştərək qaydada onlara dəymiş 2150 (iki min əlli) manat və ödənilmiş 42 (qırx iki) manatın alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə cavabdeh Azərbaycan Respublikası Avtomobil X5 nümayəndəsi Nümayəndə Bəxtiyar oğlu xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı1 və İddiaçı2 cavabdeh X3 Dövlət Agentliyinə və digərlərinə qarşı dəymiş zərərin ödənilməsi barədə mülki iş üzrə cavabdeh qismində "xxxx" MMC-nin əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı1 nümayəndəsi və həmçinin İddiaçı2 dinləyib, iş materiallarında olan ekspert rəyini nəzərdən keçirərək, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialında olan xx.xx.2023-cü il tarixli Astara rayon Polis Şöbəsinin sənədindən görünür ki, İddiaçı2 xx.xx.2023-cü il tarixdə Astara rayonu, Ərçivan qəsəbə yolunda etibarnamə ilə idarə etdiyi Mersedes markalı, 90BM768 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolun ehtiyyat hissəsində yerləşən 1 (bir) ədəd palıd ağacı güclü küləyin təsirindən avtomobilin ön hissəsinə aşmışdır. Baş vermiş təbii fəlakət zamanı müəyyən olunmuşdur ki, baş vermiş hadisədə inzibati xəta tərkibi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/4280 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "X6 VÖEN: **********" tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2001-ci il buraxılışlı "Mercedes-Benz" markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1640 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti- 1090 manat, təmir-bərpa işlərinin qiyməti- 550 manat təşkil edir. İş materialında olan xx.xx.2023-cü il tarixli 077909 nömrəli aktdan görünür ki, İddiaçı2 məxsus “90BM768” qeydiyyat nişanlı “Mersedes Benz E220” minik markalı avtomobilə baxış keçirilmiş və 2150 (iki min yüz əlli) manat dəyərində ziyan müəyyən edilmişdir. İş materialında olan 92 nömrəli arayışdan görünür ki, Astara rayonu Ərçivan qəsəbəsində təbii fəlakət nəticəsində iri gövdəli ağacın aşması nəticəsində İddiaçı2 məxsus “90BM768” qeydiyyat nişanlı “Mersedes Benz E220” minik markalı avtomobildə qeyd edilən əzintilər yaranmışdır. İş materialında olan BD376521 seriya və nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2001-ci il istehsal tarixli “90BM768” qeydiyyat nişanlı “Mersedes Benz E220” minik markalı avtomobil İddiaçı1 məxsusdur. İş materialında olan ƏN-Vİ 505831 seriya və nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə sənədinin surətindən görünür ki, İddiaçı1 2001-ci il istehsal tarixli “90BM768” qeydiyyat nişanlı “Mersedes Benz E220” minik markalı avtomobili idarə etmək hüququnu xx.xx.2027-ci il tarixədək İddiaçı2 etibar etmişdir. İş materialında olan AF104148 seriya və nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 B kateqoriyası üzrə sürücülük hüququna sahibdir. İş materialında olan Astara RİHB-nın Səncərədi kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 1350 nömrəli arayışından görünür ki, İddiaçı2 Astara rayonu Alaşa kəndində yaşayır. İş materialında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. İş materialında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1997-ci il tarixdə anadan olmuşdur. İş materialında olan AR-İİİ 460277 seriya və nömrəli etibarnamə sənədindən görünür ki, İddiaçı1 etibarnamədə göstərilən hüquqlarını xx.xx.2025-ci il tarixədək İddiaçı2 etibar etmişdir. İş materialında olan mədaxil qəbzindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən məhkəməyə iddia verilməsi üçün 42 (qırx iki) manat məbləğdə dövlət rüsumu üçün ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə Astara rayonu, Ərçivan qəsəbə yolunda İddiaçı2 etibarnamə əsasında idarə etdiyi İddiaçı1 məxsus "Mercedes- Benz" markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edən zaman qəflətən iri gövdəli ağacı aşaraq avtomobilin üzərinə düşməsi nəticəsində avtomaşına 1640 (min altı yüz qırx) manat zərər dəymişdir. Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə görə, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır. Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının qanununun 13.4-cü maddəsinə görə, yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, məhz mülkiyyətində olan yaşıllıqların mövcud olan mülkiyyət sahibləri yaşıllıqların götürülməsi ilə əlaqədar müvafiq rəyin verilməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilməlidir. Hazırkı işin hallarından görünür ki, hadisənin baş verdiyi Astara rayonu Ərçivan qəsəbəsindən keçən yol dövlət mülkiyyətinə aid olmaqla həmin yolda təhlükəsizliyin təmin edilməsi vəzifəsi Azərbaycan Respublikası Avtomobil X5 üzərinə düşür. X7 Azərbaycan Respublikasının qanununun 15-1-ci maddəsinə görə, avtomobil yollarının qorunma (mühafizə) zolaqları avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, avtomobil yolunun mühafizəsi, perspektiv inkişafı, təmiri, yenidən qurulması, saxlanılması üçün nəzərdə tutulmuş, habelə yolkənarı xidmət obyektlərinin yerləşdiyi ərazini əhatə edir. Azərbaycan Avtomobil X5 Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.10-cu bəndinə görə, avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında xüsusi istifadə rejimini təmin edir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnamənin 3.0.50-ci bəninə əsasən, aidiyyəti qurumlarla birlikdə ekoloji təhlükəsizliyi təmin etmək, təbii ekoloji sistemlərə təsərrüfat fəaliyyəti və digər fəaliyyət nəticəsində dəyə biləcək zərərin qarşısını almaq üçün tədbirlər görmək Nazirliyin vəzifələrindəndir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlmə hallarından biri zərərin vurulması kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinin tələbinə görə, Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun zərərvuranın hüquqa zidd davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. İşin halları və qanunvericiliyin qeyd edilən müddəalarına əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Avtomobil X4 dəymiş ziyana görə 1640 (min altı yüz qırx) manat dəymiş zərər və dövlət rüsumu üçün ödənilmiş 42 (qırx iki) manat məbləğdə pul vəsaiti alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, cavabdeh Azərbaycan Respublikası Avtomobil X4 100 (yüz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE**********002088501 hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Avtomobil X4 dəymiş ziyana görə 1640 (min altı yüz qırx) manat dəymiş zərər və dövlət rüsumu üçün ödənilmiş 42 (qırx iki) manat məbləğdə pul vəsaiti alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Cavabdeh Azərbaycan Respublikası Avtomobil X4 100 (yüz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE**********002088501 hesabına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar