Məhkəmə qərarları › İş №2(018)-48/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-48/2024

24.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-48/2024 24.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zədələnmiş elektron vasitəsinin dəyərini təşkil edən 2277,40 manat pulun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi, probasiya üzrə böyük icra məmuru Nümayəndə məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(018)-162/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh üzərinə Astara və Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara rayonu, Şahağacı kəndində yerləşən fərdi evini axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuş və onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi İddiaçınə həvalə edilmişdir. Hökmün icrası barədə göstəriş 17 yanvar 2023-cü il tarixdə şöbədə icraata qəbul olunmuş , xx.xx.2023-cü il tarixdə məhkum qeydiyyata alınmış və həmin tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Qeydiyyata götürülən zaman məhkum Cavabdeh İddiaçındə hüquq və vəzifələri, cəzasının icrası qaydaları və şərtləri izah edilmiş, hökmlə üzərinə qoyulmuş vəzifələr və bu vəzifələrin icrasından boyun qaçırılmasının hüquqi nəticələri barədə məlumat verilmiş, o cümlədən üzərində elektron nəzarət vasitəsini daşımalı olduğunu,həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qayadaları,hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi,habelə elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı barədə ona xəbərdarlıq olunmuşdur. xx.xx.2023-cü il tarixdə məhkuma yeni komplekt, tərkibində 1 (bir) ədəd mobil qurğu, 1 (bir) ədəd sadə elektron qolbağ, 1 (bir) ədəd mobil qurğunun enerji adapteri təhvil verilmişdir və bu barədə müvafiq protokol tərtib edilərək imzalanmışdır. Məhkum Cavabdeh Şizad oğluna tətbiq olunmuş elektron nəzarət vasitələrinin 08 aprel 2023-cü il tarixdən işləmədiyi müəyyən olunmuş.10 aprel 2023-cü il tarixdə İddiaçınə dəvət olunaraq elektron nəzarət vasitələsinə baxış keçirilmişdir. Baxış zamanı elektron nəzarət vasitələrinin mobil qurğusunun korpusunun sağ aşağı hissəsində vizual olaraq görülən aralanma aşkar edilmişdir. Bununla bağlı Cavabdeh izahatı alınmış və o izahatında mobil qurğunu evdə qoyduğunu gəlib götürərkən ekranının yanıb söndüyünü səbəbini nədən qaynaqlandığını bilmədiyini bildirmişdir. Qanunvericiliyə uyğun olaraq həmin qurğuların qorunması, saz vəziyyətdə saxlanılması və istifadə etdiyi müddət ərzində maddi məsuliyyət daşıması barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Cavabdeh zədələdiyi “ATTENTİ” markalı elektron nəzarət vasitəsinin dəyəri 2277,40 manat təşkil edir. Ona görə də 2277,40 manat maddi zərərin Cavabdeh alınıb X1 müvafiq hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, İddiaçı ona qarşı «vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair» iddiasını qəbul etmir. Belə ki, elektron qolbağı zədələməməşdir.Elektron qolbağın işləməməsi onun ucbatından olmamışdır. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə İddiaçı nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 1(018)-162/2022 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.Cavabdeh üzərinə Astara və Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuş və onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi İddiaçınə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş 23 yanvar 2023-cü il tarixli protokolun məzmunundan görünür ki, İddiaçı əməkdaşları tərəfindən Cavabdeh 1 (bir) ədəd mobil qurğu, 1 (bir) ədəd sadə elektron qolbağ, 1 (bir) ədəd mobil qurğunun enerji adapteri təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsi tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh təhkim olunmuş bir ədəd elektron qolbağın dəyəri 2277,40 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddi qanunvericilik aktlarının bu normasına istinad edən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 2277,40 manat pul alınaraq İddiaçınə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 233-cü madələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2277,40 (iki min iki yüz yetmiş yeddi manat,qırx qəpik) manat pul alınaraq X1 Müxbir hesab: AZ41NABZ********************, VÖEN **********, KOD 210005, SWİFT:CTREAZ22, Bakı şəhər Maliyyə idarəsi Hesab nömrəsi AZ66CTRE********************, Səviyyə kodu 1, Təsnifat kodu 142330, Valyuta AZN, VÖEN ********** nömrəli hesaba ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar