Məhkəmə qərarları › İş №2(018)-49/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-49/2025

24.04.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-49/2025 24.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X11 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ona düşən payı hissəsində mülkiyyət hüquqlarının həyata keçirilməsində cavabdeh tərəfindən edilən süni maneələr aradan qaldırılması, torpağı kordinantlarının müəyyən edilməsi, gediş-gəliş yolunun açılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara şəhəri., Z.Bünyadov küçəsi, ev 10-da yerləşən 0.06 hektar torpaq sahəsində ona düşən payının hissəsində onun mülkiyyət hüquqlarının həyata keçirilməsində, koordinatların və gediş-gəliş yolunun müəyyən edilməsi Cavabdeh tərəfindən edilən süni maneələr aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun və Cavabdeh birgə mülkiyyətində ünvan 1 ünvanında yerləşən 0.06 hektar torpaq sahəsi vardır. Bu barədə xx.xx.2022-ci il tarixli qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Lakin cavabdeh süni maneələr törədərək torpaq sahəsinin ona çatan hissəsində mülkiyyət hüquqlarını həyata keçirməyinə imkan verməmişdir. Cavabdehdən törədiyi maneələrin aradan qaldırılmasını dəfələrlə tələb etsədə bu onun mülkiyyət hüquqlarını həyata keçirməyə imkan vermir. Halbu ki, yuxarıda qeyd etdiyi Çıxarışa əsasən onun mübahisəli torpaq sahəsində 1/7 hissə payı vardır. Astara şəhəri. Z.Bünyadov küçəsi, ev 10-da yerləşən 0.06 hektar torpaq sahəsində ona düşən payının hissəsində onun mülkiyyət hüquqlarının həyata keçirilməsində, koordinatların və gediş-gəliş yolunun müəyyən edilməsi Cavabdeh tərəfindən edilən süni maneələr aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə Cavabdeh bildirdi ki, mülki işə mahiyyəti üzrə baxılmasını və iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh dinləyərək, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materialında olan xx.xx.2023 saylı Azərbaycan Respublikası Astara RİHB-nın Astara şəhər İƏDÜN-nin arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materialında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildə anadan olmuşdur. İş materialında olan xx.xx.2023-cü il tarixli AR-İİİ № 175310 nömrəli etibarnamə sənədindən görünür ki, İddiaçı etibarnamədə göstərilən səlahiyyətlərini xx.xx.2025-ci ilədək Nümayəndə etibar etmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 (yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarış sənədinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,06 ha fərdi yaşayış sahəsi paylı mülkiyyət üzrə İddiaçı, Cavabdeh və digər şəxslərə cəmi altı nəfərə məxsusdur. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/9791 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3765/2024 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və xx.xx.2013-cü il tarixli, **********14-10301 reyestr nömrəli Texniki Pasporta əsasən X1 və qeyrilərinin paylı mülkiyyətlərində olmuş 0.06 ha torpaq sahəsindən digər mülkiyyətçilərin paylarına düşən hissələri X5 tərəfindən xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması muqaviləsi əsasında əldə edilməsi müəyyən olunmuşdur. Son olaraq sözügedən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində Cavabdeh (6/7 hissə- 0.05142 ha) və X2 (1/7 hissə-0,00857 ha) hüquqlarının xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və 27.05 2022-ci il tarixli, **********14-10301 reyestr nömrəli Texniki Pasporta əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması müəyyən olunmuş və həmin 0,06 ha həyətyanı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. X2 mülkiyyətində olan qeyd olunan 0,00857 ha torpaq sahəsinin isə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən paylı mülkiyyətdə olan 0,06 ha həyətyanı torpaq sahəsinin tərkib hissəsi olmask va torpaq sahəsinin bölünməsinə dair "Bölgű eskızı mövcud olmadığından həmin 0.00857 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinátlaǝyyən etmək mümkün olmamışdır.İqtisadiyyat NazirliyiyanındaƏmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 23 11 2024-cü il tarixli, 3-21-3-43/2-3765/2024 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindan 01 06 2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa və xx.xx.2022-ci il tarixli **********14-10301 reyestr nomreli Texniki Pasporta əsasən X3 və X4 paylı mülkiyyətlərində olan 0.08 ha həyətyanı torpaq sahəsi üzərində dövlət reyestrində qeydiyyata alınmış 728 kv m ölçüdən ibarət fərdi yaşayış evinin və köməkçı tikililərin (fərdi yaşayış evinə bitişik qarajın, ayaqyolunun) mövcud olmasını, mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən torpaq sahəsinin yalnız bir istiqamətdən yol ilə həmsərhə olmasını, digər istiqamətlərdən isə qonşu sahələr ilə həmsərhəd olmasını və tikililərin planlı yerləşməsi nəzərə alındıqda boş qalan hissəyə ayrıca yolun mövcud olmamasını nəzərə alaraq, X3 və X2 paylı mülkiyyətlərində olan 006 ha həyətyanı torpaq sahəsinin paylara uyğun ölçüdə naturada təcrid şəklində bölunməsinin texnikicəhətdənmümkünolmadığımüəyyənolunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cu il tarixli, 3-21-3-43/2-3765/2024 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 01.06 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və 27 05.2022-ci il tarixli **********14-10301 reyestr nömrəli Texniki Pasporta əsasən Cavabdeh və X4 paylı mülkiyyətlərində olan 0.06 ha həyətyanı torpaq sahəsindən iddiaçı X2 payının 0.00857 ha olması müəyyən olunmuşdur. Qeyd olunan 0.00857 ha torpaq sahəsinın sözügedən Çıxarışla paylı mülkiyyətdə olan 0.06 ha həyətyanı torpaq sahəsinin tərkib hissəsi olması və torpaq sahəsinın bölünməsinə dair "Bölgü eskizi" movcud olmadığından həmin 0,00857 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə venrini və eyni zamanda gediş-gəliş yolunu müəyyənləşdirmək mümkün olmamışdır. Beləliklə, məhkəmə baxışı iclasında və ekspert rəyindən müəyyən olunmuşdur ki, ********** qeydiyyat nömrəli Çıxarışa və 27 05.2022-ci il tarixli **********14-10301 reyestr nömrəli Texniki Pasporta əsasən Cavabdeh və X4 paylı mülkiyyətlərində olan 0.06 ha həyətyanı torpaq sahəsindən iddiaçı X2 payının 0.00857 ha olması müəyyən olunmuş,qeyd olunan 0.00857 ha torpaq sahəsinın sözügedən Çıxarışla paylı mülkiyyətdə olan 0.06 ha həyətyanı torpaq sahəsinin tərkib hissəsi olması və torpaq sahəsinın bölünməsinə dair "Bölgü eskizi" movcud olmadığından həmin 0,00857 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə venri və eyni zamanda gedişgəliş yolunu müəyyənləşdirmək mümkün olmadığından, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı ona düşən payı hissəsində mülkiyyət hüquqlarının həyata keçirilməsində cavabdeh tərəfindən edilən süni maneələr aradan qaldırılması, torpağı kordinantlarının müəyyən edilməsi, gediş-gəliş yolunun açılması tələbinə dair iddiası təmin olunmamalıdır. Məhkəmə iddia tələbini rədd edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmədə iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Şərh edilənləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/9791 saylı, xx.xx.2025-ci il tarixli rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı ona düşən payı hissəsində mülkiyyət hüquqlarının həyata keçirilməsində cavabdeh tərəfindən edilən süni maneələr aradan qaldırılması, torpağı kordinantlarının müəyyən edilməsi, gediş-gəliş yolunun açılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı ona düşən payı hissəsində mülkiyyət hüquqlarının həyata keçirilməsində cavabdeh tərəfindən edilən süni maneələr aradan qaldırılması, torpağı kordinantlarının müəyyən edilməsi, gediş-gəliş yolunun açılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar