Məhkəmə qərarları › İş №2(018)-493/2023

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-493/2023

03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-493/2023 03.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X2 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3690,22 manat, 1438,64 manat əsas borc , 1055,91manat faiz borcu, 830,47 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 365,20 manat faiz borcu və iş üzrə ödənilmiş 57 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh, Zamin1 Sərhəd oğlu və Zamin2dn müştərək qaydada tutularaq, ləğv prosesində olan “ Zaminbank ASC-yə ödənilməsi barədə qətnamə çıxarımasını xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iddianı müdafiə edərək, iddialarının təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsini onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh ilə arasında bağlanmış 8121 nomrəli, 19 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak mallarının alınması məqsədi ilə 36 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Həmçinin cavabdehə kredit verilərkən Zamin1 və Zamin2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Hazırda cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmir, kredit borcunu ödəməkdən yayınır. Odur ki, cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3690,22 manat, 1438,64 manat əsas borc , 1055,91 manat faiz borcu, 830,47 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 365,20 manat faiz borcu və iş üzrə ödənilmiş 57 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh, Zamin1 Sərhəd oğlu və Zamin2dn müştərək qaydada tutularaq, ləğv prosesində olan “Zaminbank ASC-yə ödənilməsi barədə qətnamə çıxarımasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul edərək bildirdi ki, qarşı tərəf ilə barışıq sazişi imzalamışlar və barışıq sazişini məhkəməyə təqdim edərək, məhkəmədən barışıq sazışını təsdiq etməyi xahiş etdi. Tərəflər aşağıdakı məzmunda barışıq sazişi imzalamış və məhkəməyə təqdim etmişlər: 8121 №-li 19 yanvar 2015-ci iltarixli kredit müqaviləsi üzrə 1.438,64 (min dörd yüz otuz səkkiz manat, 64 qəpik) manat əsas, 1.055,91 (min əlli beş manat, 91 qəpik) manat faiz, 830,47 (səkkiz yüz otuz manat, 47 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 365,20 (üç yüz altmış beş manat, 20 qəpik) manatfaiz borcu, cəmi 3.690,22 (üç min altı yüz doxsan manat, 22 qəpik) manat məbləğində borcun olmasını iddiaçı və cavabdeh təsdiq edirlər. İddiaçı Həbiyev ElmanTalıb oğlunun banka ünvanlandığı ərizəsini nəzərə alaraq 8121 №-li 19 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə güzəşt olaraq kredit üzrə cəmi 1.960,00 (bir min doqquz yüz altmış) manat məbləğində borcun cavabdeh tərəfindən ilkin olaraq 250 (iki yüz əlli) manat ödəməklə, qalan 1.710,00 (bir min yeddi yüz on) manat borcun 24 (iyirmi dörd) ay müddətinə aylıq ödənişlə, hər ay 72,00(yetmiş iki) manat ödənilməsinə möhlət verilməsini təsdiq edir. Tərəflər razılaşırlar ki, 8121 №-li 19 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə iddia ərizəsində qalan cəmi 1.730,22 (bir min yeddi yüz otuz manat, 22 qəpik) manat məbləğində faiz, cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış borc iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehə tam şəkildə güzəşt edilir. Hər ay ödəniləcək məbləğ cavabdeh tərəfindən 2 dəfə lazımınca icra edilməməsi Sazişin bu 2.2-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. Cavabdeh Həbiyev ElmanTalıb oğlu ona verilən ödəniş şərtlərini pozduğu halda 8121 №-li 19 yanvar 2015-ci iltarixli kredit müqaviləsi üzrə güzəş olunan cəmi 1.730,22 (bir min yeddi yüz otuz manat, 22 qəpik) manat məbləğində faiz, cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış borcun güzəşt edilməsi ləğv edilir və həmin məbləğ 1.960,00 (bir min doqquz yüz altmış) manat məbləğində borcun qalığı ilə birlikdə banka cavabdehlər tərəfindən ödənilir. Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, tərəflər arasında barışıq sazişi əldə olunduğuna görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsaslanaraq Azərbaycan Respublikası MPM-nin 216-220 və 223-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə tərəflər arasında bağlanmış aşağıda göstərilən məzmunda barışıq sazişi təsdiq edilsin. 8121 №-li 19 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1.438,64 (min dörd yüz otuz səkkiz manat, 64 qəpik) manat əsas, 1.055,91 (min əlli beş manat, 91 qəpik) manat faiz, 830,47 (səkkiz yüz otuz manat, 47 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 365,20 (üç yüz altmış beş manat, 20 qəpik) manatfaiz borcu, cəmi 3.690,22 (üç min altı yüz doxsan manat, 22 qəpik) manat məbləğində borcun olmasını iddiaçı və cavabdeh təsdiq edirlər. İddiaçı Həbiyev ElmanTalıb oğlunun banka ünvanlandığı ərizəsini nəzərə alaraq 8121 №-li 19 yanvar 2015-ci iltarixli kredit müqaviləsi üzrə güzəşt olaraq kredit üzrə cəmi 1.960 (bir min doqquz yüz altmış) manat məbləğində borcun cavabdeh tərəfindən ilkin olaraq 250 (iki yüz əlli) manat ödəməklə, qalan 1.710 (bir min yeddi yüz on) manat borcun 24 (iyirmi dörd) ay müddətinə aylıq ödənişlə, hər ay 72 (yetmiş iki) manat ödənilməsinə möhlət verilməsini təsdiq edir. Tərəflər razılaşırlar ki, 8121 №-li 19 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə iddia ərizəsində qalan cəmi 1.730,22 (bir min yeddi yüz otuz manat, 22 qəpik) manat məbləğində faiz, cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış borc iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehə tam şəkildə güzəşt edilir. Hər ay ödəniləcək məbləğ cavabdeh tərəfindən 2 dəfə lazımınca icra edilməməsi Sazişin bu 2.2-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. Cavabdeh Həbiyev ElmanTalıb oğlu ona verilən ödəniş şərtlərini pozduğu halda 8121 №-li 19 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə güzəş olunan cəmi 1.730,22 (bir min yeddi yüz otuz manat, 22 qəpik) manat məbləğində faiz, cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış borcun güzəşt edilməsi ləğv edilir və həmin məbləğ 1.960 (bir min doqquz yüz altmış) manat məbləğində borcun qalığı ilə birlikdə banka cavabdehlər tərəfindən ödənilir. İş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar