Məhkəmə qərarları › İş №2(018)-496/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-496/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-496/2023 11.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması barədə» mülki işə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Problemli kreditlərin hüquqi təqibi departamentinin Məhkəmələrlə iş şöbəsinin rəisi Elsevər Əkbərov Cavabdeh qarşı «kredit borcunun qaytarılması barədə» iddia verərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 13542 (on üç min beş yüz qırx iki) manat, 46 (qırx altı) qəpik əsas, 1613 (bir min altı yüz on üç) manat, 67 (altmış yeddi) qəpik faiz, cəmi 15156 (on beş min bir yüz əlli altı) manat, 13 (on üç) qəpik məbləğində borcun və ödənilmiş 135 (bir yüz otuz beş) manat 47 (qırx yeddi) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Problemli kreditlərin hüquqi təqibi Məhkəmələrlə iş şöbəsinin rəisi Elsevər Əkbərov məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 sentyabr 2021-ci il tarixli, RGTK4134484A176 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 83 (səksən üç) ay müddətə, illik 20 (iyirmi) faiz ödmək şərti ilə 14578 (on dörd min beş yüz yetmiş səkkiz) manat, 89 (səksən doqquz) qəpik məbləğində kredit verilmişdir. Cavabdeh isə müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 01 mart 2023-cü il tarixə İddiaçı ASC-yə 10 sentyabr 2021-ci il tarixli, RGTK4134484A176 saylı kredit müqaviləsinə əsasən 13542 (on üç min beş yüz qırx iki) manat, 46 (qırx altı) qəpik əsas borc, 1613 (bir min altı yüz on üç) manat, 67 (altmış yeddi) qəpik faiz borcu olmaqla, cəmi 15156 (on beş min bir yüz əlli altı) manat, 13 (on üç) qəpik məbləğində borcu yaranmışdır. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, onunla 10 sentyabr 2021-ci il tarixli, RGTK4134484A176 saylı kredit müqaviləsinə əsasən ona 83 (səksən üç) ay müddətə, illik 20 (iyirmi) faiz ödmək şərti ilə 14578 (on dörd min beş yüz yetmiş səkkiz) manat, 89 (səksən doqquz) qəpik məbləğində kredit verilmişdir. Lakin, maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Məhkəmə proses iştirakçısının izahatını, iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 135 (bir yüz otuz beş) manat 47 (qırx yeddi) qəpik dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş 10 sentyabr 2021-ci il tarixli, RGTK4134484A176 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 83 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 14578 (on dörd min beş yüz yetmiş səkkiz) manat, 89 (səksən doqquz) qəpik məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 01 mart 2023-cü il tarixə, 10 sentyabr 2021-ci il tarixli, RGTK4134484A176 saylı kredit müqaviləsi üzrə 13542 (on üç min beş yüz qırx iki) manat, 46 (qırx altı) qəpik əsas borc, 1613 (bir min altı yüz on üç) manat, 67 (altmış yeddi) qəpik faiz borcu olmaqla, cəmi 15156 (on beş min bir yüz əlli altı) manat, 13 (on üç) qəpik borcu vardır. Mülki işə əlavə edilmiş 15 noyabr 2022-ci il tarixli 16/79671 saylı bildirişdən görünür ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 sentyabr 2021-ci il tarixli, RGTK4134484A176 saylı kredit müqaviləsi öhdəliklərini icra etməmiş və nəticədə Cavabdeh 01 mart 2023-cü il tarixə, 10 sentyabr 2021-ci il tarixli, RGTK4134484A176 saylı kredit müqaviləsi üzrə 13542 (on üç min beş yüz qırx iki) manat, 46 (qırx altı) qəpik əsas borc, 1613 (bir min altı yüz on üç) manat, 67 (altmış yeddi) qəpik faiz borcu olmaqla, cəmi 15156 (on beş min bir yüz əlli altı) manat, 13 (on üç) qəpik borcu yaranmışdır. Ona görə də, həmin borc Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 85 (səksən beş) manat dövlət rüsumu da, iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1.Cavabdeh 10 sentyabr 2021-ci il tarixli, RGTK4134484A176 saylı kredit müqaviləsi üzrə, 13542 (on üç min beş yüz qırx iki) manat, 46 (qırx altı) qəpik əsas borc, 1613 (bir min altı yüz on üç) manat, 67 (altmış yeddi) qəpik faiz borcu olmaqla, cəmi 15156 (on beş min bir yüz əlli altı) manat, 13 (on üç) qəpik məbləğindəki borc pul alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin.

2. Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 135 (bir yüz otuz beş) manat, 47 (qırx yeddi) qəpik pul alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar