Məhkəmə qərarları › İş №2(018)-499/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-499/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-499/2023 18.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «Borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin nümayəndəsi Nazim Babayev Cavabdeh qarşı «Borc tələbinə dair» iddia verərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2734 (iki min yeddi yüz otuz dörd) manat, 31 (otuz bir) qəpik məbləğində əsas kredit borcu, 23 (iyirmi üç) manat, 02 (iki) qəpik kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 2757 (iki min yeddi yüz əlli yeddi) manat, 33 (otuz üç) qəpik borcu və 47 (qırx yeddi) manat, 58 (əlli səkkiz) qəpik ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli, Rest№012CASA193610016 saylı güzəştli kredit müqaviləsinə əsasən cavabdehə bir il güzəşt müddəti olmaqla, beş il müddətinə illik 1% dərəcəsi ilə 2734 (iki min yeddi yüz otuz dörd) manat, 31 (otuz bir) qəpik məbləğində kredit verilmişdir. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 20 fevral 2023-cü il tarixinə İddiaçı ASC-nə 2734 (iki min yeddi yüz otuz dörd) manat, 31 (otuz bir) qəpik əsas, 23 (iyirmi üç) manat, 02 (iki) qəpik faiz, cəmi 2757 (iki min yeddi yüz əlli yeddi) manat, 33 (otuz üç) qəpik borcu yaranmışdır. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASCnin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 47 (qırx yeddi) manat, 58 (əlli səkkiz) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 24 dekabr 2019-cu il tarixli, Rest№012CASA193610016 saylı güzəştli kredit müqaviləsindən görünür ki, Cavabdeh bir il güzəşt müdddəti olmaqla, beş il müddətinə illik 1% dərəcəsi ilə 2734 (iki min yeddi yüz otuz dörd) manat, 31 (otuz bir) qəpik məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 20 fevral 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh 24 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2734 (iki min yeddi yüz otuz dörd) manat, 31 (otuz bir) qəpik məbləğində əsas kredit borcu, 23 (iyirmi üç) manat, 02 (iki) qəpik kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 2757 (iki min yeddi yüz əlli yeddi) manat, 33 (otuz üç) qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş 08 fevral 2023-cü il tarixli sonuncu bildirişdən görünür ki, İddiaçı KB ASC ilə cavabdeh arasında bağlanmış 18 sentyabr 2019-cu il tarixli, Rest№012CASA193610016 saylı kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 47 (qırx yeddi) manat, 58 (əlli səkkiz) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 24 dekabr 2019-cu il tarixli, Rest№012CASA193610016 saylı güzəştli kredit müqaviləsi üzrə 2734 (iki min yeddi yüz otuz dörd) manat, 31 (otuz bir) qəpik məbləğində əsas kredit borcu, 23 (iyirmi üç) manat, 02 (iki) qəpik kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 2757 (iki min yeddi yüz əlli yeddi) manat, 33 (otuz üç) qəpik və 47 (qırx yeddi) manat, 58 (əlli səkkiz) qəpik ödənilmiş dövlət rüsumu alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar