Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-5/2023 17.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Astara rayonu Səncərədi bələdiyyəsinə qarşı “Vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair” barədə iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh Astara rayonu Səncərədi bələdiyyəsina qarşı “Vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair” məhkəmədə iddia qaldıraraq, cavabdeh Astara rayonu, Səncərədi bələdiyyəsindən ümumilikdə həyətyanı torpaq sahəsində apardığı tikinti işlərinə görə 5307 manat və həmin torpaq torpaq sahəsində əkdiyi və becərdiyi meyvə, sitrus və dekorativ ağaclara görə 24688 manat vurulmuş zərərin alınıb xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, 28 dekabr 2004-cü il tarixdə torpaq sahəsinin ona ayrılması üçün o, Cavabdehnə müraciət etmişdir. 25 dekabr 2006-cı il tarixdə, 14 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair aktına əsasən Səncərədi bələdiyyəsi ərazisində 0.12 hektar torpaq sahəsinin İddiaçı satılması barədə 10 fevral 2005-ci il tarixli, 02 nömrəli qərar qəbul edilmişdir. Təhkim edilmiş həyətyanı torpaq sahəsi Səncərədi kəndinin mərkəzində yerləşən idman meydançası ilə məhəllə yolu arasında yerləşmişdir. O, həmin torpaq sahəsini gəlir mənbəyi kimi işlətmək istəmişdir. Lakin, Astara rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(018)-26/2020 nömrəli və Şirvan Apelyasiya Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(106)-164/2021 nömrəli qətnamələri ilə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən ona satılmış 0.12 hektar torpaq sahəsi bələdiyyə mülkiyyətində olmayan vətəndaşlara məxsus olan pay torpaq sahəsidir və o, həmin torpaq sahəsindən çıxarılmışdır. Nəticədə ona Səncərədi bələdiyyəsi tərəfindən ziyan dəymişdir. Belə ki, o, ayrılmış torpaq sahəsində 837 manat pul ödəyib 3x4 ölçüdə otaq və anbar, 1500 manat pul ödəyib ayaqyolu, torpaq sahəsinin hasarlanmasına 960 manat ödəyib, içməli su və suvarma məqsədilə qazılan quyuya 760 manat ödəyib, həyətyani sahəyə torpağın daşınmasına görə 1250 manat olmaqla, cəmi 5307 manat vəsaitinin xərcləmiş, həmin həyətdə 2004-ci il tarixdə 148 ədəd feyxoa ağacı, 1 ədəd əncil ağacı, 4 ədəd alma ağacı, 1 ədəd tut ağacı, 1 ədəd üzüm ağacı, 2 ədəd əzgil ağacı, 8 ədəd alça ağacı, 1 ədəd şaftalı, 2 ədəd şam ağacı, 2 ədəd palma ağacı və 2 ədəd heyva ağacı əkib becərmiş və bir feyxoa tinginin dəyəri 2 manat,calanın qazılması, torpağın suvarılması, mineral gübrənin verilməsi, ağacların bağlanmasına çəkilən xərclər bir ağac üçün 1 il ərzində 6 manat etmiş, bir ildə çəkilən xərc 6 manat 888 manat vəsait xərclənməklə, ümumilikdə 18648 manat məbləğində pul xərclənmişdir. Həmçinin qeyd etdi ki, hər feyxoa ağacından 25 kiloqram feyxoa məhsulu götürülməklə və bir kilo feyxoanın dəyərinin qiyməti 3700 manat məbləğində təşkil etdiyini bildirmişdir. Mütəxəssis rəyinə əsasən 0.12 hektar torpaq sahəsində 21 il ərzində əkib becərilmiş meyvə, sitrus və dekarotiv ağacların dəyəri və bar verməsinin dəyəri 24688 manat təşkil etmişdir. Beləliklə ümumilikdə ona cavabdeh tərəfindən həyətyanı torpaq sahəsində apardığı tikinti işlərinə görə 5307 manat və həmin torpaq torpaq sahəsində əkdiyi və becərdiyi meyvə, sitrus və dekorativ ağaclara görə 24688 manat məbləğində ziyan dəymişdir. O, mübahisəli torpaq sahəsindən çıxarıldıqdan sonra gəlirindən məhrum edilmişdir. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Cavabdeh Astara rayonu Səncərədi bələdiyyəsinin sədri Nihad Mürsəlizadə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. O, əvvəlki məhkəmə iclasında iştirak edərkən iddianı qəbul etmədi və göstərdi ki, İddiaçı qeyd edilən torpaq sahəsi satılarkən o, həmin bələdiyyənin üzvü olmamışdır. Həmçinin hesab edir ki, İddiaçı qeyd edilən torpaq sahəsinə müvafiq hüquqmüəyyənedici sənəd almadan iddia tələbində qeyd edilən işləri görməsinə görə iddia təmin edilə bilməz. Odur ki, o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında şahid qismində iştirak edən X4 ifadəsində bildirmişdir ki, o, İddiaçı arvadıdır. İddiaçı mübahisəli torpaq sahəsini Cavabdehndən almış, həmin torpaq sahəsində müxtəlif ağaclar əkmiş və tikililər inşa etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyib və iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş Astara rayon Səncərədi Bələdiyyə Başçısının dekabr ayının 2004-cü il tarixli, 2 nömrəli qərarından görünür ki, Səncərədi kənd sakini İddiaçı Səncərədi bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan yararlı torpaq sahəsindən həyətyanı məqsədi ilə 0.12 hektar torpaq sahəsinin satılması qərara alınmışdır. Mülki işə əlavə edilmiş 25 dekabr 2006-cı il tarixdə, 14 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair aktından görünür ki, Səncərədi bələdiyyəsi ərazisində 0.12 hektar torpaq sahəsinin İddiaçı satılması barədə 10 fevral 2005-ci il tarixli, 02 nömrəli qərar qəbul edilmişdir. Mülki işə əlavə edilmiş tikinti üzrə mütəxəssis V.S.Mirzəyev tərəfindən tərtib edilmiş rəydən görünür ki, İddiaçı məxsus həyətyanı torpaq sahəsində həyata keçirilmiş tikinti işlərinə cəmi 5307 manat vəsait xərclənmişdir. Mülki işə əlavə edilmiş kənd təsərrüfatı mütəxəssisi X.Əliyev tərəfindən tərtib edilmiş rəydən görünür ki, İddiaçı 0.12 hektar torpaq sahəsində 21 il ərzində əkib becərdiyi meyvə, sitrus və dekorativ ağacların dəyəri və bar vermə normativlərini hesablayaraq 24688 manat məbləğində təşkil etmişdir. Mülki işə əlavə edilmiş Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 07 sentyabr 2021-ci il tarixli, 2(018)-164/2021 nömrəli qətnaməsindən görünür ki, Astara rayon Məhkənməsinin 21 may 2020-ci il tarixli, 2(018)-26/2020 nömrəli qətnaməsi ilə Astara rayonu, Səncərədi kəndində yerləşən 1.12 hektar torpaq sahəsinin 0.19 hektar hissəsi İddiaçı qanunsuz sahibliyindən alınıb iddiaçılara qaytarılması qət edilmiş və apelyasiya şikayəti bu hissədə dəyişdirilmədən saxlanılmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası X2 tərəfindən verilmiş 28 iyun 2022-ci il tarixli qiymətləndirilmə rəyindən görünür ki, Astara rayonu, Səncərədi kəndi ərazisində yerləşən Cavabdeh 28 dekabr 2004-cü il tarixli aktla İddiaçı satdığı 0.12 hektar həyətyanı torpaq sahəsində yerləşən 1 ədəd üstü örtülmüş vəziyyətdə dərinliyi 5 m, diametri 1 m olan beton quyunun və 1 ədəd dərinliyi 1 m, diametri 1 m olan sambonun hazırlanmasına sərf olunan vəsait-345 manat müəyyən edilmişdir. Aparılmış tədqiqat zamanı müəyyən edilən 134 ədəd meyvə ağaclarına 2004-cü ildən etibarən aqrotexniki qulluq işlərinin həcmi də daxil olmaqla çəkilən xərc orta hesabla aşağıdakı kimi müəyyən edilir. - Feyxoa ağacı 130 ədəd - 6500 (130əd x 10il x 5m) manat; - Alça ağacı 1 ədəd - 30 (1əd x 10il x 3m) manat; - Əncir ağacı 1 ədəd - 30 (1əd x 10İİ x 3m) manat; - Heyva ağacı 1 ədəd - 30 (1əd x 10il x 3m) manat; - Əzgil ağacı 1 ədəd - 30 (1əd x 10il x 3m) manat. Qeyd: Digər meyvə ağaclarına illik qulluq xərci təxmini olaraq 3.00 manat məbləğində qeyd edilmişdir. Tədqiqat zamanı müəyyən edilən meyvə ağaclarının hər birinin hazırda məhsul verəcək vəziyyətdə olması müəyyən edildi. Həmin ərazidəki ağaclara vizual baxış zamanı göstərilən müddət ərzində məhsuldarlığı təxminən aşağıdakı kimi müəyyən edilmişdir: - Feyxoa ağacı - 130əd x 6il x 5kq = 3900kq məhsul; - Alça ağacı - 1əd x 6il x 16kq = 96kq məhsul; - Əncir ağacı - 1əd x 6il x 12kq = 72kq məhsul; - Heyva ağacı - 1əd x6il x 17kq = 102kq məhsul; - Əzgil ağacı - 1əd x 6il x 5kq = 30kq məhsul. Qeyd: Hər bir meyvə ağaclarının məhsul verməsi əkildiyi dövrdən yox, bar vermə dövründən hesablanmışdır. Bar vermə orta hesabla 4-cü ildən hesablanmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 dekabr 2022-cii l tarixli ekspert rəyindən görünür ki, Astara rayonu, Səncərədi kəndi ərazisində yerləşən İddiaçı tərəfindən təqdim olunan torpaq sahəsində məftil setka və armatur dirəklərdən ibarət hasar, ayaqyolu, quyu, gözətçi otağı və anbar tikililəri faktiki olaraq mövcud olmadığından həmin tikililərin inşasına çəkilmiş xərci müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyində Səncərədi kənd sakini İddiaçı Qada oğlu 2004-cü ildə Səncərədi bələdiyyəsi tərəfindən ona verilmiş 0,12 hektar həyətyanı torpaq sahəsində həyata keçirtdiyi tikinti işlərinə cəmi 5307 manat vəsait xərcləməsi göstərilmişdir. Astara rayonu Sənəcərədi kəndi ərazisində yerləşən Cavabdeh 28 dekabr 2004-cü il tarixli aktla İddiaçı satdığı 0,12 hektar həyətyanı torpaq sahəsində feyxoa ağaclarının sayı 148 ədəd olub, yetişdirilməsi üçün çalanın qazılması, peyinin verilməsi, suvarılması, mineral gübrənin verilməsi, şpaqatla bağlanması kimi aqrotexniki işlər olub, bir feyxoa ağacının bir illik məhsuldarlığı 25 kq olub, 148 ağac üçün məhsuldarlıq 148x25 kq= 3700 kq təşkil edir. - alma ağaclarının sayı 04 ədəd olub, gübrələmə, suvarma, xəstəlik və ziyanvericilərə qarşı mübarizə aqrotexniki tədbirlər görülməklə, bir alma ağacının bir illik məhsuldarlığı 25 kq olub, 04 ağac üçün məhsuldarlıq 04x25 kq= 100 kq təşkil edir. - həmin sahədə 01 ədəd əncir ağacı, 01 ədəd tut ağacı, 01 ədəd üzüm, 02 ədəd əzgi ağacı, 08 ədəd alça ağacı, 01 ədəd şaftalı ağacı, 02 ədəd şam ağacı, 02 ədəd palma ağacı 02 ədəd heyva ağacı olması müəyyən edilmişdir. Tədqiqata təqdim edilmiş Astara rayon məhkəməsinin 2(018)-94/2022 saylı mülki iş materialındakı mütəxəssis rəyində (səhifə 44-45) ağacların əkildiyi vaxtdan indiyə kimi 21 il vaxt keçməsi haqqında məlumat verilmişdir. Lakin göstərilən hər bir növ ağacın konkret olaraq hansı yaşda olması haqqında heç bir məlumat olmadığından qərardadda qoyulmuş “Astara rayonu Sənəcərədi kəndi ərazisində yerləşən Cavabdeh 28 dekabr 2004-cü il tarixli aktla İddiaçı satdığı 0,12 hektar həyətyanı torpaq sahəsində yerləşən feyxoa, alma, əncir, tut, üzüm, əzgil, alça, şaftalı, şam, palma və heyva ağaclarının yaşı nə qədərdir” sualı üzrə tədqiqat işləri aparılmadı. Tədqiqata təqdim edilmiş Astara rayon məhkəməsinin 2(018)-94/2022 saylı mülki iş materialındakı mütəxəssis rəyində (səhifə 44-45) 21 il öncə əkilmiş 148 ədəd feyxoa ağacının və 04 ədəd alma ağaclarının hər bir ağacının bir illik məhsuldarlığı barədə məlumat verilsədə həmin sahədə əkilmiş 01 ədəd əncir ağacı, 01 ədəd tut ağacı, 01 ədəd üzüm, 02 ədəd əzgil ağacı, 08 ədəd alça ağacı, 01 ədəd şaftalı ağacı, 02 ədəd heyva ağaclarının məhsuldarlığı barədə heç bir məlumat verilmədiyindən və 02 ədəd şam ağacı, 02 ədəd palma ağacları isə meyvə ağacları olmadığından qərardadda qoyulmuş “Astara rayonu Səncərədi kəndi ərazisində yerləşən Cavabdeh 28 dekabr 2004-cü il tarixli aktİa İddiaçı satdığı 0.12 hektar həyətyanı torpaq sahəsində yerləşən əncir, tut, üzüm, əzgil, alça, şaftalı, şam, palma və heyva ağaclarının məhsuldarlığı nə qədərdir?” sualı üzrə tədqiqat işləri aparılmadı. İş materialında olan məlumatlardan və rəyin məhkəmə-bioloji tədqiqat hissəsində göstərilənlərdən istifadə edilməklə, Astara rayonunun Səncərədi bələdiyyəsində yerləşən bağ sahəsində (0,12 hektar) mövcud olmuş, ümumilikdə 172 ədəd ağacların (yaşı və məhsuldarlu qeyd edilməyən ağaclar orta məhsuldar olduğu halda) orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 32210,00 manat müəyyən edilir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 120 (bir yüz iyirmi) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında proses iştirakçılarının izahatına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, Astara rayon Səncərədi Bələdiyyə Başçısının dekabr ayının 2004-cü il tarixli, 2 nömrəli qərarına və 25 dekabr 2006-cı il tarixdə, 14 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair aktına əsasən İddiaçı Cavabdehndən 0.12 hektar torpaq sahəsi almışdır. Lakin, sonradan məlum olmuşdur ki, Cavabdeh tərəfindən ona satılmış 0.12 hektar torpaq sahəsi bələdiyyə mülkiyyətində olmayan vətəndaşlara məxsus olan pay torpaq sahəsidir və o, həmin torpaq sahəsindən çıxarılmışdır. Nəticədə iddiaçıya cavabdeh tərəfindən ziyan vurulmuşdur. Belə ki, iş materiallarında olan ekspert və mütəxəssis rəylərindən məlum olur ki, həqiqətən də, cavabdeh tərəfindən satılmış torpaq sahəsində iddiaçı tikililər inşa etmiş və müxtəlif ağaclar əkib becərmişdir. Məhkəmə hesab edir ki, İddiaçı qeyd edilən torpaq sahəsinə müvafiq hüquqmüəyyənedici sənəd almadan ona satılmış 0,12 hektar torpaq sahəsində müvafiq ağaclar əkib, tikili tikmiş olsa da, cavabdeh Astara rayonu Səncərədi bələdiyyəsi tərəfindən vətandaşın mülkiyyətində olan torpaq sahəsi satılmış, İddiaçı isə cavabdeh Astara rayonu Səncərədi bələdiyyəsinə inanıb, qeyd edilən işləri görmüşdür. Bələdiyyə əməkdaşları tərrəfindən həmin işlərin görülməsi zamanı ona etiraz da edilməmişdir. Həticədə İddiaçı həmin torpaq sahəsindən çıxarılmasına görə həmin torpaq sahəsindən əldə etdiyi gəlirlərdən məhrum edilmiş və ona cavabdeh tərəfindən ziyan dəymişdir. Məhkəmə hesab edir ki, 16000 (on altı min) manat məbləğindəki vəsait vurulmuş ziyanın əvəzi üçün ağlabatan məbləğdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına müvafiq olaraq hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Hazırki mülki iş üzrə cavabdehin iddiaçıya mənəvi ziyan vurması faktı təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-in 21.3-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. Azərbaycan Respublikası MM-in 1096.2-ci maddəsinə müvafiq olaraq delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası MM-in 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinin 1 və 2-ci hissələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Konstitusiyanın 125-ci maddəsinin İİİ hissəsinə görə Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət mühakimə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. AR Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və s.) Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. İddia qismən təmin edildiyindən mütəxəssis rəyinin verilməsi üçün ekspertiza xərcini təşkil edən 300 (üç yüz) manat məbləğində pulun yarısı, yəni 150 (bir yüz əlli) manat hissəsi iddiaçıdan, digər 150 (bir yüz əlli) manat hissəsi isə cavabdehdən alınaraq X2” MMC-nin hesabına ödənilməlidir. Ekspert rəyinin verilməsi üçün ekspertiza xərcini təşkil edən 150 (bir yüz əlli) manat məbləğindəki pulun yarısı, yəni 75 (yetmiş beş) manat hissəsi iddiaçıdan, digər 75 (yetmiş beş) manat hissəsi isə cavabdehdən alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 115-ci maddəsinə əsasən ekspertiza xərci məhkəmə xərclərinə aiddir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin olunduğu üçün iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi Cavabdehndən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə Qət etdi: İddiaçı cavabdeh Astara rayonu Səncərədi bələdiyyəsinə qarşı “Vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddiası qismən təmin edilsin. Cavabdeh Astara rayonu Səncərədi bələdiyyəsindən 16000 (on altı min) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi cavabdeh Astara rayonu Səncərədi bələdiyyəsindən alınaraq İddiaçı ödənilsin. Mütəxəssis rəyinin verilməsi üçün ekspertiza xərcini təşkil edən 300 (üç yüz) manat məbləğində pulun yarısı, yəni 150 (bir yüz əlli) manat hissəsi İddiaçı, digər 150 (bir yüz əlli) manat hissəsi isə cavabdeh Astara rayonu Səncərədi bələdiyyəsindən alınaraq X2” MMC-nə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti sahil Filalı - Kod 201218 VÖEN **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37 NABZ 013501**********1944, VÖEN **********, Hesab AZ64AİİB400900C**********208 nömrəli hesaba ödənilsin. Ekspert rəyinin verilməsi üçün ekspertiza xərcini təşkil edən 150 (bir yüz əlli) manat məbləğindəki pulun yarısı, yəni 75 (yetmiş beş) manat hissəsi İddiaçı, digər 75 (yetmiş beş) manat hissəsi isə cavabdeh Astara rayonu Səncərədi bələdiyyəsindən alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-5/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-5/2023
17.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver