Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-513/2023 17.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «Kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi tələbinə dair» iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin nümayəndəsi Nazim Babayev Cavabdeh qarşı «Kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi tələbinə dair» iddia verərək 1.Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 40220***-*******02L saylı 22 fevral 2022-ci il tarixli əsas kredit limiti razılaşdırılmasının ləğv edilməsi; 2.Cavabdeh 13101 (on üç min bir yüz bir) manat, 77 (yetmiş yeddi) qəpik əsas kredit borcu, 67 (altmış yeddi) manat, 51 (əlli bir) qəpik kreditdən istifadəyə görə faiz borcu və 01 (bir) manat 65 (altmış beş) olmaqla, cəmi 13170 (on min bir yüz yetmiş) manat, 93 (doxsan üç) qəpik borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 129 (bir yüz iyirmi doqquz) manat 51 (əlli bir) qəpik dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 iddianı müdafiə edib izahat verərək bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 40220***- *******02L saylı 22 fevral 2022-ci il tarixli əsas kredit limiti razılaşdırılmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 22 fevral 2032-ci il tarixə kimi 50000 (əlli min) manat kredit limiti açılmışdır. Cavabdeh əsas kredit limiti razılaşdırılması çərcivəsibdə İddiaçı ASC-dən 22 fevral 2025-ci il tarixə kimi qaytarmaq şərti ilə, illik 15 (on beş) % ödəmək şərti ilə 15000 (on beş min) manat kredit verilmişdir. Cavabdeh banka hər ayın 22-dək 520 (beş yüz iyirmi) manat 12 (on iki) qəpik ödəməli olduğu halda bunu etməmişdir. Nəticədə Cavabdeh banka 06 mart 2023-cü il tarixə 13101 (on üç min bir yüz bir) manat, 77 (yetmiş yeddi) qəpik əsas kredit borcu, 67 (altmış yeddi) manat, 51 (əlli bir) qəpik kreditdən istifadəyə görə faiz borcu və 01 (bir) manat 65 (altmış beş) olmaqla, cəmi 13170 (on min bir yüz yetmiş) manat, 93 (doxsan üç) qəpik borcu yaranmışdır. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə tərəfin izahatını dinləyib işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 129 (bir yüz iyirmi doqquz) manat 51 (əlli bir) qəpik dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş 40220***-*******02L saylı 22 fevral 2022-ci il tarixli əsas kredit limiti razılaşdırılmasından və aktif kart hesabı vərəqəsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 22 fevral 2032-ci il tarixə kimi 50000 (əlli min) manat kredit limiti açılmış və 22 fevral 2025-ci il tarixə kimi qaytarmaq şərti ilə, illik 15 (on beş) % ödəmək şərti ilə 15000 (on beş min) manat kredit verilmişdir. Mülki işə əlavə edilmiş 06 mart 2023-cü il tarixli arayışından görünür ki, Cavabdehnın 40220***-*******02L saylı 22 fevral 2022-ci il tarixli əsas kredit limiti razılaşdırılması üzrə 06 mart 2023-cü il tarixə 13101 (on üç min bir yüz bir) manat, 77 (yetmiş yeddi) qəpik əsas kredit borcu, 67 (altmış yeddi) manat, 51 (əlli bir) qəpik kreditdən istifadəyə görə faiz borcu və 01 (bir) manat 65 (altmış beş) olmaqla, cəmi 13170 (on min bir yüz yetmiş) manat, 93 (doxsan üç) qəpik borcu vardır. Mülki işə əlavə edilmiş 17 fevral 2023-cü il tarixli pretenziyadan görünür ki, İddiaçı KB ASC ilə cavabdeh arasında bağlanmış 40220***-*******02L saylı 22 fevral 2022-ci il tarixli əsas kredit limiti razılaşdırılmasına əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 40220***-*******02L saylı 22 fevral 2022-ci il tarixli əsas kredit limiti razılaşdırılmasına cavabdehə İddiaçı ASC tərəfindən Cavabdeh 22 fevral 2032-ci il tarixə kimi 50000 (əlli min) manat kredit limiti açılmış və 22 fevral 2025-ci il tarixə kimi qaytarmaq şərti ilə, illik 15 (on beş) % ödəmək şərti ilə 15000 (on beş min) manat kredit verilmişdir. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 06 mart 2023-cü il il tarixə İddiaçı ASC-yə 13101 (on üç min bir yüz bir) manat, 77 (yetmiş yeddi) qəpik əsas kredit borcu, 67 (altmış yeddi) manat, 51 (əlli bir) qəpik kreditdən istifadəyə görə faiz borcu və 01 (bir) manat 65 (altmış beş) olmaqla, cəmi 13170 (on min bir yüz yetmiş) manat, 93 (doxsan üç) qəpik borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 129 (bir yüz iyirmi doqquz) manat 51 (əlli bir) qəpik dövlət rüsumu da, İddiaçı ASC-nin xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı «Kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi tələbinə dair» iddiası təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 40220***-*******02L saylı 22 fevral 2022-ci il tarixli əsas kredit limiti razılaşdırılması ləğv edilsin. Cavabdeh 40220***-*******02L saylı 22 fevral 2022-ci il tarixli əsas kredit limiti razılaşdırılması üzrə 13101 (on üç min bir yüz bir) manat, 77 (yetmiş yeddi) qəpik əsas kredit borcu, 67 (altmış yeddi) manat, 51 (əlli bir) qəpik kreditdən istifadəyə görə faiz borcu və 01 (bir) manat 65 (altmış beş) olmaqla, cəmi 13170 (on min bir yüz yetmiş) manat, 93 (doxsan üç) qəpik və ödənilmiş dövlət rüsumuna görə 129 (bir yüz iyirmi doqquz) manat 51 (əlli bir) qəpik pul alınıb, İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1(bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-513/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-513/2023
17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver