Məhkəmə qərarları › İş №2(018)-530/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-530/2025

13.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-530/2025 13.11.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X13 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi və həmdə iddiaçı X1, Cavabdeh iştirakları ilə, İddiaçılar X6 və İddiaçı2 Cavabdeh qarşı dəymiş maddi ziyan və dövlət rüsumu tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar X6 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilinə dəymiş 6150 ( altı min yüz əlli) manat məbləğində maddi ziyanın və ödənilmiş 82 manat dövlət rüsumunun Cavabdeh alinaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə İddiaçı2 nümayəndəsi və həmdə iddiaçı X6 iddianı müdafiə edərək iddialarının təmin edilməsini xahiş etmdi. İddiaçılar X6 və İddiaçı2 iddia ərizəsində göstəmişdilər ki, ziyanın vurulduğu "X14 Prado" markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçılardan X2 mülkiyyətindədir (xx.xx.2016-cı il tarixli AC 586425 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi iddia ərizəsinə əlavə edilir). Həmin nəqliyyat vasitəsi iddiaçı X2 mülkiyyətində olsa da, alındığı gündən indiyədək digər iddiaçı X8 tərəfindən idarə olunmuşdur. İzah edilir ki, 15 noyabr 2024-cü il tarixdə Astara rayonunun Giləkaran kəndində, "Elvin petrol" yanacaqdoldurma məntəqəsinin qarşısında X8 qeyd olunan avtomobili təxminən 50–55 km/saat sürətlə idarə etdiyi zaman yolun sağ tərəfindən – piyada hissəsindən – bir baş inək qəflətən 3–4 metr məsafədən asfalt yola çıxmış və avtomobillə toqquşmuşdur. İddiaçı dərhal avtomobili saxlayaraq aşağı düşmüşdür. Bu zaman yolun sol tərəfindən Cavabdeh Allahverdi oğlu yolun sağ tərəfinə keçmişdir. İddiaçı hadisənin təsiri altında hərəkətsiz vəziyyətdə qaldığından cavabdehin hərəkətlərini müşahidə etmiş və həmin inəyin ona məxsus olduğunu anlamışdır. Cavabdeh narahatlıqla heyvanın kəsilməsi zərurətini bildirmiş, bıçaq əldə edərək ətrafdakılarla birlikdə heyvanın kəsilməsini təmin etmişdir. Həmin anda iddiaçı YPX əməkdaşlarına müraciət edərək hadisə barədə məlumat vermişdir. YPX əməkdaşları hadisə yerinə gəlmiş, nəqliyyat vasitəsinə baxış keçirmiş və iddiaçının sənədlərinin qaydasında olduğunu müəyyən etmişlər. 16 noyabr 2024-cü il tarixdə iddiaçı və cavabdeh YPX əməkdaşları tərəfindən izahat vermək üçün polis şöbəsinə dəvət edilmişlər. İddiaçı izahatında təxminən 50–55 km/saat sürətlə hərəkətdə olarkən cavabdehə məxsus inəklə toqquşduğunu və cavabdehin hadisə yerində olduğunu bildirmişdir. İddiaçının hərəkətlərində inzibati xəta tərkibi olmadığından onun barəsində protokol tərtib edilməmişdir. Heyvanı nəzarətsiz qoyduğu üçün isə cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə protokol tərtib edilmişdir. Lakin həmin protokol və ona əlavə edilmiş sənədlər iddiaçıya təqdim edilməmişdir. Astara RPŞ tərəfindən toplanmış materiallar Astara Rayon Məhkəməsinə göndərilmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(018)-5/2025 saylı qərarı ilə cavabdeh Əhmədov X5 Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 100 (yüz) manat məbləğində cərimə edilmişdir (qərar iddia ərizəsinə əlavə edilir). İddiaçı bu iş üzrə zərərçəkmiş şəxs olduğu üçün qərarın surəti ona təqdim edilmişdir. Hadisədən bir gün sonra – 16 noyabr 2024-cü ildə – avtomobilə vurulmuş ziyanın miqdarının müəyyən edilməsi məqsədilə Astara YPX əməkdaşları tərəfindən Lənkəran şəhərində yerləşən "xxxx" MMC-yə müraciət edilmişdir. "xxxx" MMC-nin 16 noyabr 2024-cü il tarixli rəyinə əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində qeyd edilən avtomobilə vurulmuş ziyanın məbləği zədələnmiş hissələrin dəyəri 4830 manat və təmir xərcləri 1320 manat olmaqla ümumilikdə 6150 (altı min yüz əlli) manat təşkil etmişdir (rəy iddia ərizəsinə əlavə edilir). İddiaçı qeyd edir ki, onun tərəfindən yol hərəkəti qaydaları pozulmamış və YNH-nin baş verməsinə səbəb ola biləcək heç bir hərəkətə yol verilməmişdir. İddiaçı tərəfindən dəfələrlə cavabdehə vurulmuş maddi ziyanın ödənilməsi barədə xəbərdarlıq edilsə də, cavabdeh bu ziyanı ödəməmiş, əksinə heyvanına dəymiş ziyanı iddiaçıdan tələb etmişdir. Halbuki hadisə cavabdehin təqsiri nəticəsində baş vermişdir. Cavabdehin xəbərdarlıqlara məhəl qoymaması səbəbindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Göstərilənlərə əsasən, Cavabdeh Allahverdi oğlunun iddiaçılara maddi zərər vurması aşkar olduğundan, ziyanın cavabdeh tərəfindən tam həcmdə ödənilməsi üçün hüquqi əsaslar mövcuddur. Cavabdehin qanunsuz hərəkətləri ilə nəticə arasında səbəbli əlaqə iş üzrə mötəbər sübutlarla təsdiq olunduğundan, vurulmuş maddi ziyanın tam ödənilməsi zəruri hesab edilir. Odur ki, “Toyota Land-Cruiser Prado minik” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə Cavabdeh Allahverdi oğlundan 6150 (altı min yüz əlli) manat məbləğində pulun, habelə 82 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı X3 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlərr. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyək bildirdi ki, hadisə törədən İddiaçı2 avtomavtobili sürətlə sürüb və onun sürücülük vəsiqəsi olmayıb. Hadisə nəticəsində onun inəyi ölüb və ona maddi ziyan dəyib.Hadisə zamanı heç bir araşdırma olmayıb və evakuatorla əzilmiş avtomobili tez bir zamanda aparmışlar. Göstərilənləri nəzərə alaraq, ona qarşı verilmiş iddianın rədd edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı2 nümayəndəsi və həmdə iddiaçı X4 və Cavabdeh dinləyib, iş materiallarında olan ekspert rəyini nəzərdən keçirərək, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki,iş materialında olan Astara Rayon Məhkəməsinin 3(018)-5/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardan görünür ki, Cavabdeh Allahverdi oğlu Azərbaycan Respublikası İnziabti Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 (yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 17 avqust 1957-ci il tarixdə Astara rayonu, Ərçivan kəndində anadan olmuşdur. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx xxx 1984-cü il tarixdə Astara rayonu, Ərçivan kəndində anadan olmuşdur. İş materiallarında olan Astara rayon İHB-nın Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı1 Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydiyyatdadır. İş materiallarında olan Astara rayon İHB-nın Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Möhsümov X9 qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 11-501/25 nömrəli dəymiş ziyanın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, “Toyota Land-Cruiser Prado minik” markalı **- EE-*** qeydiyyat nişanlı avtomobilin nəqliyyat vasitəsinə 4830.0 AZN ziyan dəymişdir. “Toyota Land-Cruiser Prado minik” markalı **-EE-*** qeydiyyat nişanlı avtomobilin nəqliyyat vasitəsinin təmiri üçün 1220.0 AZN vəsait tələb olunur. Beləliklə, məhkəmə iclasında müəyyən edildiki, İddiaçı1 məxsus “Toyota Land-Cruiser Prado minik” markalı **-EE-*** qeydiyyat nişanlı avtomobilin nəqliyyat vasitəsinə 4830.0 AZN ziyan vurmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. .Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 82 (səksən iki) manat ekspertiza xərci tutulub iddiaçılara ödənilməlidir. Göstərilənlərə və ekspert rəyinə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə qismən təmin edilərək, Cavabdeh dəymiş ziyana görə 6050 (altı min əlli) manat və dövlət rüsumu üçün ödənilmiş 82 (səksən iki) məbləğində pul vəsaiti alınıb iddiaçılar X6 və İddiaçı2 verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 6050 (altı min əlli) manat və dövlət rüsumu üçün ödənilmiş 82 (səksən iki) məbləğində pul vəsaiti alınıb iddiaçılar X6 və İddiaçı2 verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar