Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-531/2023 27.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Hüquqi Dəstək şöbəsinin rəisi Dilqəm Musayev iddia verərək, 29 iyul 2022-ci il tarixli, RBNPU-10082 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borcuna görə 492 (dörd yüz doxsan iki) manat, 59 (əlli doqquz) qəpik, faiz borcuna görə 36 (otuz altı) manat, 14 (on dörd) qəpik, dəbbə borcuna görə 113 (bir yüz on üç) manat, 68 (altmış səkkiz) qəpik, cəmi 642 (altı yüz qırx iki) manat, 41 (qırx bir) qəpik məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ASC-nin Baş ofisi ilə Cavabdeh arasında bağlanmış 29 iyul 2022-ci il tarixli, RBNPU-10082 saylı kredit müqaviləsinə əsasən illik 25 % dərəcəsi olmaqla 12 ay müddətinə 1000 (bir min) manat məbləğində cavabdehə kredit verilmişdir. 29 iyul 2022-ci il tarixli, RBNPU-10082 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyini icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 29 iyul 2022-ci il tarixli, RBNPU- 10082 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 29-dan gec olmayaraq hər ay 95 (doxsan beş) manat 4 (dörd) qəpik ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 29 iyul 2022-ci il tarixli, RBNPU-10082 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 492 (dörd yüz doxsan iki) manat 59 (əlli doqquz) qəpik, faiz borcuna görə 36 (otuz altı) manat, 14 (on dörd) qəpik, dəbbə borcuna görə 113 (bir yüz on üç) manat, 68 (altmış səkkiz) qəpik, cəmi 642 (altı yüz qırx iki) manat, 41 (qırx bir) qəpik təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASCnin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 29 iyul 2022-ci il tarixli, RBNPU-10082 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən illik 25% dərəcəsi olmaqla, 12 ay müddətinə 1000 (bir min) manat kredit almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh 29 iyul 2022-ci il tarixli müqaviləsinə əsasən əsas borcuna görə 492 (dörd yüz doxsan iki) manat, 59 (əlli doqquz) qəpik, faiz borcuna görə 36 (otuz altı) manat, 14 (on dörd) qəpik, dəbbə borcuna görə 113 (bir yüz on üç) manat, 68 (altmış səkkiz) qəpik, cəmi 642 (altı yüz qırx iki) manat, 41 (qırx bir) qəpik məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş əlavə ödəniş cədvəlindən görünür ki, 29 iyul 2022-ci il tarixli, RBNPU-10082 nömrəli kredit müqaviləsi üzrə isə aylıq ödəniş 95 (doxsan beş) manat, 4 (dörd) qəpik təşkil etmişdir. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 29 iyul 2022-ci il tarixli müqaviləsi üzrə borcu olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 29 iyul 2022-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 113 (bir yüz on üç) manat, 68 (altmış səkkiz) qəpik olan dəbbə pulu azaldılaraq 10 (on) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat məbləğindəki dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 29 iyul 2022-ci il tarixli, RBNPU-10082 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 492 (dörd yüz doxsan iki) manat, 59 (əlli doqquz) qəpik, faiz borcuna görə 36 (otuz altı) manat, 14 (on dörd) qəpik, dəbbə borcuna görə 10 (on) manat, cəmi 538 (beş yüz otuz səkkiz) manat, 73 (yetmiş üç) qəpik məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub İddiaçı ASC-yə ödənilsin. İddia cərimə ilə bağlı 103 (bir yüz üç) manat, 68 (altmış səkkiz) qəpik hissəsində təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (ay) keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-531/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-531/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver