Məhkəmə qərarları › İş №2(018)-532/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-532/2025

25.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-532/2025 25.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7760 (yeddi min yeddi yüz altmış) manat məbləğində ödəməli olduğu pulun və dövlət rüsumun ödənilməsinə görə 97.60 (doxsan yeddi manat, altmış qəpik) manatın onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddiasını müdafiə edərək, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edərək bildirdi ki, iddia ərizəsində qeyd etdiyi 7760 (yeddi min yeddi yüz altmış) manat məbləğin 760 (yeddi yüz altmış) manat hissəsini cavabdehə güzəşt edir və iddia tələbinin həcminin azaldılması barədə ərizəsini məhkəməyə təqdim etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Cavabdeh ilə aralarında xx.xx.2023-cü il tarixli Notarial qaydada bağlanılmış Kredit müqaviləsinə əsasən o, cavabdehə 6200 manat pul vermişdir. Cavabdeh isə həmin məbləği xx.xx.2024-cü il tarixədək ona geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin, cavabdeh əlavə olaraq da ondan hissə-hissə 1820 manat borc pul istəmişdir ki, meyvə-tərəvəz satışı ilə məşğul olması üçün əlində maya olaraq ona pul lazımdır. Ona da bildirmişdir ki, bu yaxınlarda evini satacaq və əlində pulu olacaq, pulları qaytaracaq. Oda ona inandığı və etibar etdiyi üçün cavabdehə əlavə olaraq da hissə-hissə olmaqla ümumi 1820 manat borc pul vermişdir. Cavabdeh isə keçən müddət ərzində həmin hissə-hissə aldığı məbləğdən sadəcə 260 manat qaytarmış, notarial qaydada aldığı puldan isə heç bir məbləğ ödəməmişdir. Beləliklə hər iki borc məbləğindən cavabdehin ona ümumilikdə 7760 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh qalıq 7760 manat borcunu qaytarmağını, verilmiş vaxtın ötdüyünü şifahi formada və telefonda whatsapp tətbiqi vasitəsilə mesajlarla bildirmişdir, lakin Cavabdeh yenə də borc aldığı məbləği geri qaytarmamışdır. Həmçinin Cavabdeh yazılı formada borcunu 10 gün ərzində ödəmədiyi halda, 10 gündən sonra qanunvericiliyə müvafiq olaraq məhkəməyə müraciət edəcəyini bildirmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən ona heç bir ödəniş edilməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsini, Cavabdeh 7760 (yeddi min yeddi yüz altmış) manat məbləğində ödəməli olduğu pulun və dövlət rüsumun ödənilməsinə görə 97.60 (doxsan yeddi manat, altmış qəpik) manatın onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iş üzrə Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddianın 7000 (yeddi min) manat hissəsini qəbul edir. Buna görədə iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, mülki iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materialında olan notarial qaydada təsdiq edilmiş 23 yanvar 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 3200 (üç min iki yüz) manat məbləğində pul borc vermiş və Cavabdeh 23 yanvar 2024-cü il tarixinədək borc verənə borcu qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. İş materialında olan notarial qaydada təsdiq edilmiş 23 yanvar 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 3000 (üç min) manat məbləğində pul borc vermiş və Cavabdeh 23 yanvar 2024-cü il tarixinədək borc verənə borcu qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər İş materiallarında olan borcun ödənilməsi ilə bağlı pretenziya məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materialında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdə anadan olmuşdur. İş materialında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 98 (doxsan səkkiz) manat dövlət rüsumu ödənilmişdir. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh İddiaçı 7000 (yeddi min) manat məbləğdə borcu vardır və həmin borcu qaytarmamışdır. Cavabdehin iddianın 7000 (yeddi min) manat hissəsini qəbul etməsi və işdə olan sənədlərdə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri və cavabdehin iiddiamı qismən qəbul edilməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7000 (yeddi min) manat məbləğdə pul və dövlət rüsumu üçün ödənilmiş 97 (doxsan yeddi) manat 60 qəpik məbləğdə pul vəsaiti tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 739-cu, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat məbləğdə pul və dövlət rüsumu üçün ödənilmiş 97 (doxsan yeddi) manat 60 qəpik məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar