Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-546/2024 10.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X10 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “satılmış xırda buynuzlu heyvanların pulunu geri” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6500 (altı min beş yüz) manat pulun və ödənilmiş 86 (səksən altı) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddiasını müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, fermer təsərrüfatı ilə məşğuldur, fermada iribuynuzlu və xırda buynuzlu mal-qara saxlayır. Cavabdeh 5 il bundan əvvəl fermamda işləmişdir. Həmin vaxtdan onu tanıyır. Cavabdehlə münasibətləri normal olmuşdur. Cavabdeh 27 sentyabr 2022-ci il tarixdə fermaya gələrək keçi alveri ilə məşğul olmaq istədiyini bildirib ondən keçi almaq istədiyini bildirmişdir, onu tanıdığı üçün bildirmişdir ki, yalnız 64 baş keçini sata bilər. Razılığa gəlmişlər ki, Şamo 64 baş keçini 2 ay müddətinə satacaq və 7500 manat pulu ödəyəcəkdir. Oradaca şahidlərin yanında öz dəsti xətti ilə qəbz yazmış həm özü həmdə şahidlər imza etməklə qəbzi ona vermişdir. Aradan 2 aydan artıq vaxt keçəndən sonra zəng etmiş, o telefona cavab verməmişdir. Bundan sonra, cavabdeh Şamo X1 yanına göndərmişdir ki, borcunun ödənilməsinə vaxt versin. O yenədə ona vaxt vermiş. Bundan sonra cavabdeh bir neçə dəfə pulun ödənilməsinə vaxt istəmişdir. Nəhayət cavabdeh olan borcundan 1000 manat ödəmişdir. Qalan 6500 manat borcun bəhanələrlə ödəməkdən yayındığına görə məcbur olub Astara rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsi üzrə araşdırmanı Astara rayon Polis şöbəsinin İstintaq Bölməsinin müstəndiqi polis baş leytenantı X2 aparmışdır. Araşdırma zamanı Cavabdeh 64 baş keçi aldığını və 7500 manat borclu olduğunu və borcundan 1000 manat ödədiyini etiraf etmişdir. Həmçinin şahidlər dindirilmişdir. Astara rayon Polis şöbəsinin 30 yanvar 2023-cü il tarixli qərarı ilə toplanılmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir və ona tövsiyə olunmuşdur ki, yaranmış borcun tələbi ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etsin. Həmçinin, tərəfindən həmin materialları müstəqil əldə edə bilmədiyi üçün lazım olarsa məhkəmə tərəfindən tələb edilib işə əlavə edilə bilər. Beləliklə Cavabdeh aldığı 64 baş keçinin dəyəri 7500 manatdan 1000 manatını ödmiş, 6500 manat isə bəhanələrlə ödəməkdən yayındığına görə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən Astara rayonu Palikaş kəndində xx.xx.1985-ci il tarixdə anadan olmuş X4 6500 (altı min beş yüz) manat pulun və ödənilmiş 86 manat dövlət rüsumunun alınıb xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, mülki iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Beləki, iş materialında olan 30 yanvar 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Astara rayonu Təngərüd kənd sakini İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından materila üzrə cinayət təqibindən imtina edilmişdir. Həmçinin, Cavabdeh izahatında 64 (altmış dörd) baş keçinin ümumi dəyəri 7500 (yeddi min beş yüz) manat olduğunu, bacanağı Elmanın keçiləri aparmaq üçün fermaya yük avtomobili göndərdiyini,keçiləri yük avtomobilinin yük yerinə yüklədib, Kijəbə qəsəbəsində "platina" adlanan yerə apardığını və orada keçiləri avtomobildən yerə boşaltdığını, daha sonralar keçiləri Elmanın vasitəçiliyi ilə Lovayın kənd sakini Zaur adlı şəxsə satmış, kifayət qədər pulu olmadığından Müqabilin pulunu qaytarmadığını bildirmişdir. İş materiallarında olan Astara RİHB-nın Təngərüd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 137 nömrəli arayışından görünür ki, İddiaçı Astara rayonu Təngərüd kəndində yaşayır. İş materialında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli və xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 86 (səksən altı) manat dövlət rüsumu ödənilmişdir. İş materialında olan 27 noyabr 2022-ci il tarixli əlyazma kağızında qeyd olunanlardan görünür ki, Cavabdeh İddiaçı 7500 (yeddi min beş yüz) manat dəyərində keçi aldığı İddiaçı, Cavabdeh və digərlərinin şahidliyi ilə imzalanmışdır. Həmçinin, X5 qohumu Cavabdeh İddiaçı 7500 (yeddi min beş yüz) manat borclu olması qeyd edilmişdir. “İnsan Hüquqları və X7 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh İddiaçı 6500 (altı min beş yüz) manat məbləğdə borcu qalmış və həmin borcu qaytarmamışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6500 (altı min beş yüz) manat və dövlət rüsumu üçün ödənilmiş 86 (səksən altı) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 6500 (altı min beş yüz) manat və dövlət rüsumu üçün ödənilmiş 86 (səksən altı) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-546/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-546/2024
10.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver