Məhkəmə qərarları › İş №2(018)-547/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-547/2025

02.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-547/2025 02.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X16 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğindən cavabdehin əmək haqqına nisbətən müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 18 dekabr 2013-cü ildə doğulmuş X4 va 01 oktyabr 2022-ci il təvəllüdlü X7 alimentin miqdarını sabit pul məbləğindən nisbətən müəyyən edilməsinə (üçdə bir məbləğdə) və rüsumunun ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddiasını müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Astara rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2(018)-836/2019 saylı qətnaməsi ilə Cavabdeh ilə rəsmi nikahımız pozulmuş və 18 dekabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh qazancının dördə bir hissəsi miqdarında aliment mayyən edilmişdir. 01 oktyabr 2022-ci il təvvüdlü X9 doğulmuşdur. Astara rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(018) 145/2024 nömrəli qətnaməsi ilə iki uşağa görə 320 manat va 01 oktyabr 2022-ci il təvəllüdlü Abdullazadə Elmir oğlunun 3 yaşana çatanadək saxlanılması uçun, 29 noyabr 2023-cü il tarixdən başlayaraq hər ay Cavabdeh 80(səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Astara rayon məhkəməsinin 08.02 2024-cü il tarixli, 2(018)-145/2024 nömrəli qətnaməsinə dair Apelyasiya şikayətinə əsasən Şirvan Apelyasiya Məhkəməsinin 2(106) -888/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsi də Astara rayon Məhkəməsinin 08 fevral 2024-cu il tarixli, 2(018) 145/2024 saylıə qətnaməsi uşaqların saxlandmasına dair cavabdehdən tutulmalı olan hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat miqdarında alimentə dair hissədə dəyişdirilərək, Cavabdeh, uşaqlar 2013-cü il təvəllüdlü X2 və 01 oktyabr 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər uşaq üçün 210 manat olmaqla, 2 uşağın saxlanılmasına cəmi 420 manat sabit pui məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Odur ki, Cavabdeh tərəfindən 18 dekabr 2013-cü ildə doğulmuş X4 va 01 oktyabr 2022-ci il təvəllüdlü X7 alimentin miqdarını sabit pul məbləğindən nisbətən müəyyən edilməsinə (üçdə bir məbləğdə) və rüsumunun ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)-888/2024 saylı qətnaməsinə əsasən Astara Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(018)-145/2024 saylı qətnaməsi uşaqların saxlanılmasına dair cavabdehdən tutulmalı olan, hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat miqdarında alimentə dair dair hissədə dəyişdirilmiş. Cavabdeh, uşaqlar 18 dekabr 2013-cü il təvəllüdlü X2 və 01 oktyabr 2022-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması, hər uşaq üçün ayda 210 manat olmaqla 2 uşağın saxlanılmasına cəmi 420 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh hal-hazırda N nömrəli hərbi hissədə hərbi qulluqçu kimi xidmət edir, onun 01 yanvar 2025-ci il tarixə aylıq pul məvacibi qanunvercilikdə nəzərdə tutulmuş bütün növ vergilər və Şirvan Apellyasiya Məhkəməsinin 20 may 2024-cü il tarixli 2(106)-888/2024 nömrəli hökmünə əsasən hər ay sabit 420 (dörd yüz iyirmi) manat 00 qəpik aliment pulu tutulduqdan sonra özünə 1082 (bir min səksən iki) manat 00 qəpik aylıq maaş köçürülür və il ərzində xidmətində nöqsanlar yol vermədiyi halda tam həcmdə ödənilən birdəfəlik pul mükafatına görə əlavə 1541 bir min beş yüz qırx bir) manat 00 qəpik təşkil edir. Mülki işə əlavə edilmiş Astara Rayon İcra Hakimiyyətinin Başçısının Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyini xx.xx.2025-ci il tarixli arayışından görünür ki, 1987-ci il təvəllüdlü İddiaçı Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydiyyatdadır və aşağıda adları qeyd olunan ailə tərkibi vardır: 1. Qızı: X8-2013, 2. X1-2022. Mülki iş materialına əlavə edilmiş ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edilməsi üçün 51 (əlli bir) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2.2-ci maddəsinə əsasən iki uşağa görə valideynin qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad alimentin ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında qanuna əsasən, 2025ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 247 manat məbləğində müəyyən edilmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə Cavabdeh rəsmi iş yerinin olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-888/2024 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq, hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda aliment alınıb İddiaçı verilməli və Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 51 (əlli bir) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-888/2024 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq, hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda aliment alınıb İddiaçı verilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 51 (əlli bir) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilsin Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar