Məhkəmə qərarları › İş №2(018)-551/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-551/2025

23.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-551/2025 23.10.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6830 (altı min səkkiz yüz otuz) manat ziyanın və ödənilmiş 88 manat 30 qəpik dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 25 dekabr 2024-cü il tarixdə, saat 13:40 radələrində Astara rayonu Vaqo kənd sakini Cavabdeh sürücülük hüququ və etibarnaməsi olmadan idarə etdiyi Eksvalator-yükləyici markalı, AZ07T121 dövlət qeydiyyat nişanlı texnika ilə Astara rayonu Maşxan kənd yolunda əks istiqamətli hərəkət zolağına çıxmaqla (sola dönərkən) onun idarə etdiyi Mersedes Sprinter yük markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avomobillə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı edərkən maddi ziyana səbəb olan yol nəqliyyat hadisəsi törədilmişdir. Həmin hadisə nəticəsində ona məxsus Mersedes Sprrinter yük markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avomobilə ciddi ziyan dəymişdir. Amma eksvalator-yükləyici markalı, AZ07T121 dövlət qeydiyyat nişanlı texnikaya heç bir ziyan dəyməmişdir. Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməyi barədə xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol tərtib edilmiş və o xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarla 100 manat cərimə edilmişdir. Astara Rayon Məhkəməsinin 3(018)-1093/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən hazırki iş üzrə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tədbiq edilmişdir. Cavabdeh tərəfindən inzibati xətanın törədilməsi (qanunazidd hərəkətlər) nəticəsində ona məxsus Mersedes Sprrinter yük markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avomobilin qabaq kapot, sağ krela, sol krela, kapotun petləsi, sağ bakavina, izbar ekran, kum, qabaq sol qapı, sağ qabaq qapı, sol lis, sağ lis, sağ-sol styoyka, 2 ədəd güzgü, 1 oded təkər, 2 ədəd fara, 2 ədəd dönmə işığı, su radiator, alın şüşə, hava filteri, 100-lük akumlyator, 2 ədəd amartizator, alt sol-sağ tarelka, 2 ədəd saffa, tiyaqa, ralka, qabaq buffer, ön dövlət qeydiyyat nişanı zədələnmişdir və avtomaşının təmirbərpa işlərini (dəmirçi işi, rənglənmə işi və əzilmiş ehtiyyat hissələrinin sökülüb yenisi ilə əvəzlənməsi işi) nəzərə alsaq ümumilikdə ona 6830 (altı min səkkiz yüz otuz) manat məbləğində ziyan vurulmuşdur. Hadisə zamanı eksvalator-yükləyici markalı, AZ07T121 dövlət qeydiyyat nişanlı texnikanın icbari sığortası olmadığı üçün hər hansı bir sığorta şirkəti tərəfindən ona vurulmuş zərərin əvəzi ödənilməmişdir. Amma buna baxmayaraq cavabdeh də vurulmuş zərərin əvəzini ödəməkdən imtina edir. Astara Rayon Məhkəməsinin çıxartdıgı 3(018)-1093/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinsə də vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə məsələyə baxılmamışdır. Cavabdeh isə vurulmuş zərərin əvəzini ödəməkdən imtina edir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh ekspert rəyinə uyğun olaraq 6928 manat ziyanın və ödənilmiş 88 manat 30 qəpik dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş, ekspertiza xərcinin tərəfindən ödənildiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, həqiqətən də 25 dekabr 2024-cü il tarixdə idarə etdiyi Eksvalator-yükləyici markalı, AZ07T121 dövlət qeydiyyat nişanlı texnika ilə maddi ziyana səbəb olan yol nəqliyyat hadisəsi törədilmişdir. O, iddiaçıya dəymiş ziyanı ödəməkdən boyun qaçırmır, lakin imkanı olmadığından ödəyə bilmir. Hissə-hissə də olsa həmin məbləği ödəyəcəkdir. Ancaq ekspert rəyində dəymiş ziyanın qiyməti daha çox hesablanmışdır. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İddiaçı 25 dekabr 2024-cü il tarixdə Astara rayonu Maşxan kənd yolunda baş vermiş yol nəqliyyat hadisəsinə görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətdiyi üçün 100 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 3(018)-1093/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş ƏN-V 303380 nömrəli xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, “Mercedes Sprinter” yük markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyətçi X3 tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququ ilə İddiaçı verilmişdir. İş materiallarına əlavə edilmiş 26 dekabr 2025-ci il tarixli aktdan görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində “Mersedes Benz” yük markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği ümumilikdə 6830 manat hesablanmışdır. İş materiallarına əlavə edilmiş 12 sentyabr 2025-ci il tarixli "xxxx" MMC-nin mütəxəssis rəyindən görünür ki, “Mercedes Sprinter” yük markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği ümumilikdə 6928 manat hesablanmışdır. İş materiallarına əlavə edilmiş 27 yanvar 2025-ci il tarixli Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 89 manat dövlət rüsumu ödənilmişdir. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək müəyyən etdiki, İddiaçı istifadəsində olan “Mercedes Sprinter” yük markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cavabdeh idarə etdiyi “Eksvalator-Yükləyici” markalı, AZ 07T121 dövlət qeydiyyat nişanlı texnika toqquşmuşdur. İddiaçı Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətdiyi üçün barəsində inzibati tənbeh tədbirləri görülmüşdür. Qərar mübahisələndirilməmiş, qanuni qüvvəsini almışdır. "xxxx" MMC-nin mütəxəssis rəyindən görünür ki, “Mercedes Sprinter” yük markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği ümumilikdə 6928 manat müəyyən edilmişdir. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, Cavabdeh idarə etdiyi “Eksvalator-Yükləyici” markalı, AZ 07T121 dövlət qeydiyyat nişanlı texnikanı idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, nəticədə iddiaçının avtomobilinə maddi zərər vurmuşdur. Cavabdehin təqsirli olması Astara Rayon Məhkəməsinin 3(018)-1093/2024 saylı, xx.xx.2024-cü il tarixli qərar ilə təsdiq edilmiş və o, İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının əmlakına zərər vurulmuş, bununla da cavabdehin təqsirli hərəkəti ilə nəticə arasında səbəbli əlaqə olmuşdur. Belə ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan mütəxəssis rəyinə əsasən, yol nəqliyyat hadisəsi nəticəsində “Mercedes Sprinter” yük markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın məbləği ümumilikdə 6928 manat müəyyən edilmişdir. Mütəxəssis rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, eləcə də, cavabdeh məhkəmə iclasında mütəxəssis rəyi ilə razı olmadığını bildirsə də, o, mütəxəssis rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə mütəxəssis rəyini daha mötəbər sübut hesab edir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, avtomobilin təmir-bərpa xərci olaraq mütəxəssis rəyi ilə müəyyən edilmiş 6928 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrində iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 88.30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1,1091-ci Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 6928 manat məbləğində dəymiş ziyan və 88.30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar