Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-558/2023 25.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə 8771,46 (səkkiz min yeddi yüz yetmiş bir ) manat, 46 (qırx altı) qəpik məbləğində əsas borcun, 5210,85 (beş min iki yüz on) manat, 85 (səksən beş) qəpik məbləğində faiz borcunun, 200, 86 (iki yüz) manat, 86 (səksən altı ) qəpik məbləğində cərimə borcunun, cəmi 14183,17 (on dörd min yüz səksən üç ) manat, 17 (on yeddi) qəpik borcun və 129 (yüz iyirmi doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək, iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddialarının təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC idddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli Kredit müqaviləsinə əsasən bank borcluya 48 ay müddətinə, illik 24% (faiz) olmaqla 10500 (on min beş yüz) manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “ödəniş cədvəlinə” əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər.Odur ki, Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və İddiaçı ASC-nin xeyrinə 8771,46 (səkkiz min yeddi yüz yetmiş bir ) manat, 46 (qırx altı ) qəpik məbləğində əsas borcun, 5210,85 (beş min iki yüz on) manat, 85 (səksən beş) qəpik məbləğində faiz borcunun, 200, 86 (iki yüz) manat, 86 (səksən altı ) qəpik məbləğində cərimə borcunun, cəmi 14183,17 (on dörd min yüz səksən üç ) manat, 17 (on yeddi) qəpik borcun və 129 (yüz iyirmi doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 sentyabr 2019-cu il tarixli MK/21690/71/16 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 48 ay müddətinə, illik 24% ödəmək şərtilə 10500 (on min beş yüz ) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 tələbkar təşkilata 8771,46 (səkkiz min yeddi yüz yetmiş bir ) manat 46 (qırx altı ) qəpik məbləğində əsas borc, 5210,85 (beş min iki yüz on) manat 85 (səksən beş) qəpik məbləğində faiz borc, 200, 86 (iki yüz) manat 86 (səksən altı ) qəpik məbləğində cərimə borcu vardır. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh1 10500 (on min beş yüz) manat kredit verilmiş və aylar üzrə ödəniş məbləğləri müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-cü il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC iddia ərizəsinə görə 129,40 manat dövlət rüsumu ödəmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında İddiaçı ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı ASC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 129 (yüz iyirmi doqquz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli MK/21690/71/16 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, müştərək qaydada, 8771 (səkkiz min yeddi yüz yetmiş bir ) manat 46 (qırx altı ) qəpik məbləğində əsas borc, 5210 (beş min iki yüz on) manat 85 (səksən beş) qəpik məbləğində faiz borcu, 10 (on) manat 86 (səksən altı ) qəpik məbləğində cərimə borcu, cəmi 13993 (on üç min doqquz yüz doxsan üç ) manat 17 (on yeddi) qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 129 (yüz iyirmi doqquz) manat məbləğində pul vəsaiti tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, müştərək qaydada, 8771 (səkkiz min yeddi yüz yetmiş bir ) manat 46 (qırx altı ) qəpik məbləğində əsas borc, 5210 (beş min iki yüz on) manat 85 (səksən beş) qəpik məbləğində faiz borcu, 10 (on) manat 86 (səksən altı ) qəpik məbləğində cərimə borcu, cəmi 13993 (on üç min doqquz yüz doxsan üç ) manat 17 (on yeddi) qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 129 (yüz iyirmi doqquz) manat məbləğində pul vəsaiti tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-558/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-558/2023
25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver