Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-56/2023 29.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc verilmiş pulun geri tələbi barədə” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “borc verilmiş pulun geri tələbi barədə” məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 6200 (altı min iki yüz) manat və ödənilmiş 132 (bir yüz otuz iki) manat dövlət rüsumunun alınıb xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, 2021-ci ilin sentyabr ayında həmkəndlisi X5 Cavabdeh ilə onun yanına gələrək ondan Cavabdeh 3 ay müddətə qaytarmaq şərti ilə 1300 (bir min üç yüz) manat borc pul verməyi xahiş etmişdir. O, da Cavabdeh vədinə inanaraq ona 1300 (bir min üç yüz) manat borc pul vermişdir. Sonra Cavabdeh 30 sentyabr 2021-ci il tarixdə saat 17:00 radələrində onun yanına gələrək uşağının müalicəsi üçün ondan 2000 (iki min) manat borc pul verməyi xahiş etmişdir. O, həmçinin 01 ədəd qızıl boyunbağını göstərib, onu girov qoymasını bildirdi. O, Cavabdeh inanıb, 01 ədəd qızıl boyunbağını girov olaraq götürüb, ona 2000 (iki min) manat borc pul vermişdir. Bundan sonra Cavabdeh 02 oktyabr 2021-ci il tarixdə saat 18:00 radələrində onun yanına gələrək bacısı qızının xəstə olmasını bildirib, onun müalicəsi üçün ona 01 ədəd qızıl bilərziyi girov qoyaraq ondan 1500 (bir min beş yüz) manat borc almışdır. Bundan sonra Cavabdeh 26 oktyabr 2021-ci il tarixdə saat 16:00 radələrində onun yanına gələrək ona 01 ədəd qızıl boyunbağını girov qoyaraq ondan 700 (yeddi yüz) manat borc almışdır. Bundan sonra Cavabdeh 11 noyabr 2021-ci il tarixdə saat 18:00 radələrində onun yanına gələrək avtomobilinin təmiri üçün ona 01 ədəd qızıl onluq girov qoyaraq ondan 500 (beş yüz) manat borc almışdır. Bundan sonra Cavabdeh 18 yanvar 2022-ci il tarixdə saat 13:00 radələrində onun yanına gələrək 02 aya qaytarmaq şərti ilə ona 01 ədəd qızıl boyunbağı girov qoyaraq ondan 200 (iki yüz) manat borc almışdır. Cavabdeh borc götürdüyü həmin pullara görə ona qəbzdə yazıb vermişdir. Bundan əlavə Cavabdeh ona verdiyi sonuncu qəbzdə isə ondan 4500 (dörd min beş yüz) manat borc almasını, aprel ayının 02-dək həmin pulu qaytarmadığı halda girov qoyduğu bütün qızılları sata bilməsini bildirmişdir. Belə olan halda o, həmin qızılları satmaq istəmişdir. Lakin zərgərlər həmin qızılların saxta olmasını bildirmişlər. Ona görə də polis şöbəsinə şikayət etmişdir. Bütün bunlara əsasən o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. İddiaçı vəkili və nümayəndəsi X4 da məhkəmə iclasında əsasən İddiaçı izahatına uyğun izahat verməklə, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, o, müxtəlif vaxtlarda qızıl əşyaları girov qoyaraq İddiaçı müxtəlif məbləğlərdə pul bor almışsdır. Ancaq o, borcunu tamamilə qaytarmış olsada İddiaçı girov qoyduğu qızıl əşyaları ona qaytarmamışdır. Həmççinin o, 2021-ci ilin sentyabr ayında və 02 oktyabr 2021-ci il tarixdə olan qəbzlərdəki “1300 manat” və “1500 manat” sözlərindəki “1” rəqəmini o yazmamış, belə ki, o həmin vaxtı müvafiq olaraq “300 manat” və “500 manat” borc pul almışdır. Həmin qəbzlərdə ki, “1” rəqəmi İddiaçı tərəfindən yazılmışdır. Ona görə də müvafiq ekspertiza keçirilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və Astara rayon İHB-nın Şiyəkəran kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 20 may 1949-cu il tarixdə anadan olmuş və Astara rayonu, Şiyəkəran kəndində yaşayır. Mülki işə əlavə edilmiş qəbzlərdən məlum olur ki, Cavabdeh 2021-ci ilin sentyabr ayında 3 ay müddətə qaytarmaq şərti ilə İddiaçı 1300 (bir min üç yüz) manat, 30 sentyabr 2021-ci il tarixdə 2000 (iki min) manat, 02 oktyabr 2021-ci il tarixdə 1500 (bir min beş yüz) manat 26 oktyabr 2021-ci il tarixdə 700 (yeddi yüz) manat, 11 noyabr 2021-ci il tarixdə 500 (beş yüz) manat, 18 yanvar 2022-ci il tarixdə 02 aya qaytarmaq şərti ilə 200 (iki yüz) manat borc almışdır. Cavabdeh ona verdiyi sonuncu qəbzdə isə ondan 4500 (dörd min beş yüz) manat borc almasını, aprel ayının 02-dək həmin pulu qaytarmadığı halda girov qoyduğu bütün qızılları sata bilməsini bildirmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2023-cü il tarixli, 4/61910 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 6-cı vərəqində olan borc qəbzinin “1500” rəqəmində olan “1” rəqəmi, mülki işin 9-cu vərəqində olan borc qəbzinin “1300” rəqəmində olan “1” rəqəminin İddiaçı tərəfindən, Cavabdeh tərəfindən icra olunub, olunmaması haqqında təhqiqat prossesinin təsviri hissəsinin göstərilən səbəblərindən müəyyən etmək mümkün olmadı. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 132 (bir yüz otuz iki) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh iddiaçı İddiaçı müxtəlif vaxtlarda, qızıl-zinnət əşyaları girov qoymaq müqabilində müxtəlif məbləğlərdə cəmi 6200 (altı min iki yüz) manat borc pul almışdır. Cavabdeh aldığı borcun müqabilində müvafiq qəbzlərdə vermişdir. Ancaq Cavabdeh həmin borc qəbzlərindən “1500” rəqəmində olan “1” rəqəmini, “1300” rəqəmində olan “1” rəqəminin yazmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddia tələbindən 2000 manat pul çıxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsində qeyd olunub ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə görə isə borc müqaviləsi şifahi bağlanır, tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Sadalanan qanunvericilik aktı normalarını və işin faktiki hallarını nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və ona görə də, qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 124.1-ci maddəsinə müvafiq olaraq işə baxılması iləəlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin olunduğu və dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyi üçün iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş ödənilmiş dövlət rüsumunun 70 (yetmiş) manat hissəsi cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, ekspertiza xərcini təşkil edən 124 (bir yüz iyirmi dörd) manat məbləğində olan pul İddiaçı alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE ******************** X2, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 115-ci maddəsinə əsasən ekspertiza xərci məhkəmə xərclərinə aiddir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “borc verilmiş pulun geri tələbi barədə” iddiası qismən təmin olunsun. Cavabdeh 4200 (dörd min iki yüz) manat borc pul və ödənilmiş dövlət rüsumunun 70 (yetmiş) manat hissəsi alınıb iddiaçı X3 verilsin. İddia borc tələbinə dair hissəsinin 2000 (iki min) manat hissəsində və ödənilmiş dövlət rüsumunun 62 (altmış iki) manat hissəsində təmin edilməsin. Ekspertiza xərcini təşkil edən 124 (bir yüz iyirmi dörd) manat məbləğində olan pul İddiaçı alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE ******************** X2, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-56/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-56/2023
29.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver