Məhkəmə qərarları › İş №2(018)-560/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-560/2025

22.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-560/2025 22.12.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 02 noyabr 2022-ci il tarixli borc müqavilsinə görə 7000 (yeddi min) manat və 23 yanvar 2023-cü il tarixli borc müaqviləsinə görə 10000 (on min) manat borc pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 142 (yüz qırx iki) manat dövlət rüsumu olmaqla ümumillikdə 17142 (on yeddi min yüz qırx iki) manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək, iddiasının təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2022-ci ildə kommersiya işləri ilə əlaqədar tanış olmuşdur. Bir müddət sonra cavabdeh ondan digər mağaza açması üçün borc pul verməsini xahiş etmişdir. O, cavabdehin səmimiliyinə inanaraq 02 noyabr 2022-ci il tarixdə 7000 (yeddi min) manat məbləğində və 23 yanvar 2023-cü il tarixində 10000 (on min) manat məbləğində borc pul vermişdir. Borc verdiyi məbləğ barədə cavabdehlə borc müqaviləsi bağlamışdır (həmin müqavilə iddia ərizəsinə əlavə olunmuşdur). Cavabdeh almış olduğu pulu qısa müddət ərzində qaytarmağa söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə borcun qaytarılmasından imtina edir. Göstərilən səbəbdən iddiaçı ağır maddi vəziyyətə düşmüşdür. Odur ki, Cavabdeh 02 noyabr 2022-ci il tarixli borc müqavilsinə görə 7000 (yeddi min) manat və 23 yanvar 2023-cü il tarixli borc müaqviləsinə görə 10000 (on min) manat borc pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 142 (yüz qırx iki) manat dövlət rüsumu olmaqla ümumillikdə 17142 (on yeddi min yüz qırx iki) manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçıdan borc pul almayıb. O, hər hansı bir pulun alınması ilə əlaqədar qəbz yazmayıb, yazılarından heç birinin onun xəttdi olmadığını bildirdi. Ona qarşı verilmiş iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan Astara rayon İHB Astara şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 581 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 7000 manat borc pul almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 10000 manat borc pul almışdır. İş materiallarında olan AA******* seriyalı şəxsiyyət vəsiqəsindən məlum olur ki, İddiaçı xx.xx.1971-ci ildə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 4/1549 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, mülki işin 4-cü vərəqində olan 1 ədəd damadama dəftər vərəqi üzərində yazılmış "Qəbz Cavabdeh 2.11.2022 ci il tarixində İddiaçı rafiq qızından 7000 manat pul borc almışam Qısa müddət ərzində qaytaracağıma söz verirəm İmza Cavabdeh 2.11.22" yazıları və "Cavabdeh" yazılarının qarşısındakı imza; mülki işin 5-ci vərəqində olan 1 ədəd dama-dama dəftər vərəqi üzərində yazılmış "Qəbiz Cavabdeh xx.xx.2023. tarixində. İddiaçı rafiq qızından 10000. manat pul borc almışam Dükan işlətdiyimçün qışa müddət ərzində qaytaracağıma söz verirəm. Qəbzi imzamla təsdiq edirəm İmza Cavabdeh xx.xx.2023" yazıları və "Cavabdeh" yazılarının qarşısındakı imza - Cavabdeh tərəfindən icra edilmisdir. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qnunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmədə müəyyən edildi ki, Cavabdeh 17000 (on yeddi min) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 142 (yüz qırx iki) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 71 (yetmiş bir) manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənləri və cavabdehin iddianı qismən qəbul etməsininəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 17000 (on yeddi min) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 142 (yüz qırx iki) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Cavabdeh 17000 (on yeddi min) manat məbləğində borc pul və dövlət rüsumu üçün ödənilmiş 142 (yüz qırx iki) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar