Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-562/2025 25.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tairxli bore müqaviləsinə görə 11000 (on bir min) manat bore pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 124 (bir yüz iyirmi dörd) manat dövlət rüsumu olmaqla ümumilikdə 11124 (on bir min yüz iyirmi dörd) manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılamsını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh ondan 11000 (on bir min) manat borc pul almış və bu barəfdə qəbz yazmışdır. Cavabdehin vəkili məhkəmədə cavabdehin qəbz vermədiyini bildirdi və məhkəmə tərəfindən cavabdehin məhkəmə iclaslarına gəlməsini və imza verərək ekspertiza keçirilməsi təklifinə cavabdehin məhkəmə iclasına gələcəyini bildirsə də, cavabdeh məhkəmə iclasılarına qəsdən gəlməmişdir. Cavabdeh Mövsümov Zaur məhkəmə iclasına qəsdən gəlmir ki, qəbzin onun tərəfindən yazılması bir daha təsdiq ediləcək. Göstərilənləri nəzərə alaraq, iddiasının təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2023-ci ildə kommersiya işləri ilə əlaqədar tanış olmuşdur. Bir müddət sonra cavabdeh ona işi ilə əlaqədar borc pul verməyi xahiş etmişdir. O, cavabdehin səmimiliyinə inanaraq ona xx.xx.2023-cü il tarixdə 11000 (on bir min) manat məbləğində borc vermişdir. Borc verdiyi məbləğ barədə cavabdehlə borc müqaviləsi belə bağlamışdır. (həmin müqavilə idda ərizəsinə əlavə olunub) Cavabdeh almış olduğu pulu qısa müddətə kimi qaytarmağa söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Odur ki, Cavabdeh xx.xx.2023-cü il tairxli bore müqaviləsinə görə 11000 (on bir min) manat borc pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 124 (bir yüz iyirmi dörd) manat dövlət rüsumu olmaqla ümumilikdə 11124 (on bir min yüz iyirmi dörd) manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılamsını xahiş etmişdir. Məhkəmədə Cavabdeh nümayəndəsi və vəkili Vəkil bildirdi ki, cavabdeh iddiaçıdan borc almamış və borc barəsində qəbz imzalamamışdır. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 11000 manat borc pul almışdır. İş materiallarında olan AA******* seriyalı şəxsiyyət vəsiqəsindənməlum olur ki, İddiaçı xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Astara rayon İHB-nın yanında Astara şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Astara şəhəri, S.Vurğun küçəsi ev 7/38-də yaşayır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** №-li mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsiylə əlaqədar 123 (yüz iyirmi üç) manat rüsum ödəmişdir. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qnunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmədə müəyyən edildi ki, İddiaçı Cavabdeh qəbz əsasında 11000 (on bir min) manat borc pul vermiş, lakin Cavabdeh borcu vəd verdiyi vaxtda iddiaçıya qaytarmamışdır. Cavabdehin nümayəndəsi cavbdehin iddiaçıdan borc almamasını və heç bir qəbzə imaza etmədiyini bildirsə də, bu barədə sübutları məhkəməyə təqdim etmədi və bundan başqa cavabdehin məhkəmə iclasına gələrək sərbəst imzasını verəcəyini və iş üzrə xətşünaslıq ekspertizasının təyin edilməsini bildirsə də, cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 71 (yetmiş bir) manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənləri və cavabdehin iddianı qismən qəbul etməsininəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 11000 (on bir min) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 123 (yüz iyirmi dörd) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Cavabdeh 11000 (on bir min) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 123 (yüz iyirmi dörd) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 01(bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-562/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-562/2025
25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver