Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-566/2023 30.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsi, hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh qarşı “Borcun alınması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli şəxsi Cavabdeh qarşı “Borcun alınması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 aprel 2022-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 4115 (dörd min yüz on beş) manat, 70 (yetmiş) qəpik əsas, 253 (iki yüz əlli üç) manat, 32 (otuz iki) qəpik faiz borcu olmaqla, cəmi 4369 (dörd min üç yüz altmış doqquz) manat, 02 (iki) qəpik məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş 64 (altmış dörd) manat, 10 (on) qəpik məbləğində dövlət rüsumunun Cavabdehdn tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli şəxsinin imzaladığı iddia ərizəsindən məlum olur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 aprel 2022-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 14% dərəcəsi, 24 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh 4115 (dörd min yüz on beş) manat, 70 (yetmiş) qəpik əsas, 253 (iki yüz əlli üç) manat, 32 (otuz iki) qəpik faiz borcu olmaqla, cəmi 4369 (dörd min üç yüz altmış doqquz) manat, 02 (iki) qəpik məbləğində cərimə borcu qalmışdır. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələri səbəbi barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işə əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 aprel 2022-ci il tarixli, ******* saylı güzəştli kredit müqaviləsindən və məxaric orderindən məlum olur ki, Cavabdeh illik 14% dərəcəsi, 24 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 30 mart 2023-cü il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh 30 aprel 2022-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 30 mart 2023-cü il tarixə kimi 4115 (dörd min yüz on beş) manat, 70 (yetmiş) qəpik əsas, 253 (iki yüz əlli üç) manat, 32 (otuz iki) qəpik faiz borcu olmaqla, cəmi 4369 (dörd min üç yüz altmış doqquz) manat, 02 (iki) qəpik məbləğində borcu vardır. Mülki işə əlavə edilmiş pretenziya məktublarından görünür ki, cavabdehlər Cavabdeh və X1 30 aprel 2022-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə borcları olduğu barədə bildirilmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 64 (altmış dörd) manat, 10 (on) qəpik məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia təmin olunduğu üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumuna görə 64 (altmış dörd) manat, 10 (on) qəpik cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 233-cü maddələrinə əsasən QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Borcun alınması tələbinə dair” iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh 30 aprel 2022-ci il tarixli, ******* saylı güzəştli kredit müqaviləsi üzrə 4115 (dörd min yüz on beş) manat, 70 (yetmiş) qəpik əsas, 253 (iki yüz əlli üç) manat, 32 (otuz iki) qəpik faiz borcu olmaqla, cəmi 4369 (dörd min üç yüz altmış doqquz) manat, 02 (iki) qəpik məbləğində pul iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Məhkəməyə iddia ərizəsinin verilməsinə görə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş dövlət rüsumunun 64 (altmış dörd) manat, 10 (on) qəpik qəpik məbləğində pul Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-566/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-566/2023
30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver