Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-569/2023 30.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsi, hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və cavabdeh X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və X3 qarşı “Borcun alınması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli şəxsi cavabdehlər Cavabdeh2 və X3 qarşı “Borcun alınması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək:
1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 30 iyun 2022-ci il il tarixli, ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv edilməsi;
2. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 30 iyun 2022-ci il il tarixli, ******* saylı kredit müqaviləsi üzrə Cavabdeh2 Banka olan 15516 (on beş min beş yüz on altı) manat, 62 (altmış iki) qəpik əsas, 1467 (bir min dörd yüz altmış yeddi) manat, 23 (iyirmi üç) qəpik faiz borcu olmaqla, cəmi 16983 (on altı min doqquz yüz səksən üç) manat, 85 (səksən beş) qəpik məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş 141 (bir yüz qırx bir) manat, 35 (otuz beş) qəpik məbləğində dövlət rüsumunun cavabdehlərdən (borclu Cavabdeh2, zamin X4) birgə qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli şəxsinin imzaladığı iddia ərizəsindən məlum olur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 30 iyun 2022-ci il il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 16% dərəcəsi, 48 ay müddətinə 16000 (on altı min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh X4 zaminlik müqaviləsinə əsasən kreditor qarşısında digər cavabdehlə birlikdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Cavabdeh2 üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh2 15516 (on beş min beş yüz on altı) manat, 62 (altmış iki) qəpik əsas, 1467 (bir min dörd yüz altmış yeddi) manat, 23 (iyirmi üç) qəpik faiz borcu olmaqla, cəmi 16983 (on altı min doqquz yüz səksən üç) manat, 85 (səksən beş) qəpik məbləğində cərimə borcu qalmışdır. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Mülki iş üzrə cavabdeh X4 iddianı qəbul etdi və məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, işləməsinə görə Cavabdeh2 zamin durmuşdur. Hal-hazırda isə işləmir. Mülki iş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməmələri səbəbi barədə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işə əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 30 iyun 2022-ci il il tarixli, ******* saylı güzəştli kredit müqaviləsindən və məxaric orderindən məlum olur ki, Cavabdeh2 illik 16% dərəcəsi, 48 ay müddətinə 16000 (on altı min) manat məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış 30 iyun 2022-ci il il tarixli, 1087390/28927 saylı zaminlik müqaviləsindən məlum olur ki, X4 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 30 iyun 2022-ci il il tarixli, ******* saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə kreditor qarşısında Cavabdeh2 ilə birlikdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Mülki işə əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 30 mart 2023-cü il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh2 30 iyun 2022-ci il il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 30 mart 2023-cü il tarixə kimi 15516 (on beş min beş yüz on altı) manat, 62 (altmış iki) qəpik əsas, 1467 (bir min dörd yüz altmış yeddi) manat, 23 (iyirmi üç) qəpik faiz borcu olmaqla, cəmi 16983 (on altı min doqquz yüz səksən üç) manat, 85 (səksən beş) qəpik məbləğində borcu vardır. Mülki işə əlavə edilmiş pretenziya məktublarından görünür ki, cavabdehlər Cavabdeh2 və X6 30 iyun 2022-ci il il tarixli, ******* saylı kredit müqaviləsi üzrə borcları olduğu barədə bildirilmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 141 (bir yüz qırx bir) manat, 35 (otuz beş) qəpik məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia təmin olunduğu üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumuna görə 141 (bir yüz qırx bir) manat, 35 (otuz beş) qəpik cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 233-cü maddələrinə əsasən QƏT ETDİ:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və X3 qarşı “Borcun alınması tələbinə dair” iddiası təmin edilsin.
1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 30 iyun 2022-ci il il tarixli, ******* saylı kredit müqaviləsi ləğv edilsin.
2. Cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada 30 iyun 2022-ci il il tarixli, ******* saylı güzəştli kredit müqaviləsi üzrə 15516 (on beş min beş yüz on altı) manat, 62 (altmış iki) qəpik əsas, 1467 (bir min dörd yüz altmış yeddi) manat, 23 (iyirmi üç) qəpik faiz borcu olmaqla, cəmi 16983 (on altı min doqquz yüz səksən üç) manat, 85 (səksən beş) qəpik məbləğində pul iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun.
3. Məhkəməyə iddia ərizəsinin verilməsinə görə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş dövlət rüsumunun 141 (bir yüz qırx bir) manat, 35 (otuz beş) qəpik məbləğində pul cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Mübariz Məmmədov.