Məhkəmə qərarları › İş №2(018)-57/2023

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-57/2023

09.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-57/2023 09.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh “Astara Çay-3”-ATSC-yə qarşı «əldə edilmiş gəlirlərdən divident almaq» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Astara Çay-3” ATSC-yə qarşı «əldə edilmiş gəlirlərdən divident almaq» tələbinə dair Astara Rayon Məhkəməsində iddia qaldıraraq, “Astara Çay-3”-ATSCdən və onun hüquqi varisi Açıq Səhmadar Cəmiyyətindən əldə edilmiş gəlirlərdən dividentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclası zamanı məlum oldu ki, mülki mübahisə tərəflərin sahibkarlıq fəaliyyəti ilə əlaqədardır. Belə ki, İddiaçı məhkəmə iclasında bildirmişdir ki, 30 may 2001-ci il tarixdə Cavabdeh “Astara Çay-3” ATSC-nin1280 ədəd adi səhmini açıq hərracda alaraq səhmdarı olmuşdur. Cavabdeh “Astara Çay-3” ATSC 11 noyabr 2000-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində D-3156 saylı qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir. Həmin sənədə əsasən 30 may 2001-ci il tarixli, 053/03 saylı protokolda qeyd edilən səhmlərin sahibidir. Göründüyü kimi cavabdeh “Astara Çay-3” ATSC-i hüquqi şəxslər olduğu və mübahisənin xarakteri sahibkarlıqla əlaqədar olduğu üçün hazırki işin məhkəmə aidiyyəti üzrə Astara Rayon Məhkəməsində deyil, Şirvan Kommersiya Məhkəməsində baxılması qanuni və əsaslıdır. Ona görə də hazırki mülki işin mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, iş üzrə tərəfləri dinləyərək belə nəticəyə gəlir ki, hazırkı iş məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 16 noyabr 2017-ci il tarixli AA35646799 saylı “X1”dan məlum olur ki, İddiaçı “Astara Çay-3” ATSC-nin özəlləşdirilməsi üçün 1280 ədəd adi səhm qiymətli kağız qoymuşdur. Cavabdeh “Astara Çay-3” ATSC 11 noyabr 2000-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində D-3156 saylı qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahiəsələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tərəflər arasında yaranan mübahisə sahibkarlıq fəaliyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə (kommersiya mübahisəsi) olduğu üçün mülki işin aidiyyəti üzrə Astara Rayon Məhkəməsində baxılması yolverilməzdir. Buna görə də hazırki işə məhkəmə aidiyəti üzrə Şirvan Kommersiya Məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-32 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “Astara Çay-3”-ATSC-yə qarşı «əldə edilmiş gəlirlərdən divident almaq» tələbinə dair 2(018)-57/2023 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün ərzində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar