Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-58/2025 21.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh oğluna qarşıözgənin əmlakını qəsdən məhv edilməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı özgənin əmlakını qəsdən məhv edilməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələbin barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iş üzrə iddiaçı X2 iddiasını müdafiə edərək iddiasının təmin edilməsini xahiş etdi. İddiaçı X2 iddia ərizəsində göstəmişdi ki, Astara rayon X3 rəyasət heyətinin 15 aprel 1994-cü il tarixli, 3 nömrəli qərarına əsasən ona Astara şəhəri, Nəriman Nərimanov küçəsində (indiki Heydər Əliyev prospekti) yerləşən torpaq sahəsi ayrılaraq üzərində 20 kvadrat metr ölçüdə tikintiyə (mağaza) icazə verilmişdir. O, da 1994-cü ildə ona verilmiş torpaq sahəsinin üzərində 4x5-20 kvadratmetr ölçüdə olan mağaza inşa etdirmiş. Həmin mağazanı fasiləsiz 15 il işlətmiş. Dövlət büdcəsinə gəlir vergisi ödəmiş. Son illər həmin mağazanı işlətməyərək bağlı vəziyyətdə saxlamış. Lakin Cavabdeh 23 noyabr 2023-cü il tarixdə ona məxsus olan mağazanı qəsdən sökərək məhv etmişdir. Bununla bağlı o, hüquq mühafizə orqanlarına müraciət etmiş. Baş vermiş hadisəsi ilə əlaqədar araşdırma aparılmış, Cavabdeh əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 232-1-ci maddəsinin tərkibi olduğundan, barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək digər sənədlərlə birlikdə baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir.Astara rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 3(018)- 260/2024 saylı qərarı ilə inzibati xəta törətmiş Cavabdeh Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə təqsirli bilərərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında, yani 2740 manat məbləğində cərimə edilmişdir. (Astara rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(018)- 260/2024 saylı qərarı ərizəyə əlavə edilir).Baş vermiş hadisəsi nəticəsində mənim xüsusi mülkiyyətimdə olan mağazasına 15500 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyanın ödənilməsini Cavabdeh Rüfat oğlundan tələb etsəm də, heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmış. Cavabdeh təqsiri nəticəsində ona dəymiş 15500 (on beş min beş yüz) manat və ödənilmiş 136,5 (yüz otuz altı manat əlli qəpik) manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh ona qarşı verilmiş iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının həmin mağazaya sənədi olmayıb. O, həmin yerdə darvaza qoymalıdır. Torpaq sahəsinə çıxarışı var. Mağazanı o, sökdürüb. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib iş materiallarında olan sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Astara Rayon Məhkəməsinin 3(018)-260/2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinib 2740 (iki min yeddi yüz qırx) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 yanvar 2025-ci il tarixli, 10/8203 № ekspert rəyindən görünür ki, mülki iş materiallarında olan məlumatlar nəzərə alınmaqla smeta üzrə aparılmış hesablamalar nəticəsində Astara şəhəri, Heydər Əliyev prospektində (keçmiş Nərimanov küçəsi) tikilmiş və sonradan sökülmüş, iddia edilən ümumi sahəsi 20 kv.m (sənəd üzrə 15,6 kv.metr) olan ticarət obyektikinin tikintisinə sərf edilmiş vəsaitin orta bazar qiymətlərinə uyğun olaraq təqribən 5099,0 manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan AZ№0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Astara RİHB-nın Astara şəhər İƏDÜN-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. Mülki iş materialına əlavə edilmiş ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edilməsi üçün 136 (yüz otuz altı) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh dəymiş ziyana görə 5099 (beş min doxsan doqquz) manat və dövlət rüsumu üçün ödənilmiş 136 (yüz otuz altı) manat məbləğində pul vəsaiti alınıb iddiaçı X1 verilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 5099 (beş min doxsan doqquz) manat və dövlət rüsumu üçün ödənilmiş 136 (yüz otuz altı) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-58/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-58/2025
21.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver