Məhkəmə qərarları › İş №2(018)-581/2024

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-581/2024

13.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-581/2024 13.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X1 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi ilə, İddiaçı Astara rayon İcra Hakimiyyəti Başçısının Astara şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Cavabdeh qarşı avto qəza nəticəsində vurulmuş zərərin bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Astara rayon İcra Hakimiyyəti Başçısının Astara şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Cavabdeh qarşı avto qəza nəticəsində vurulmuş zərərin bərpa edilməsi tələbinə dair iddia ərizəsi ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclası 13 may 2024-cü il tarixə təyin edilmişdir. İş üzrə iddiaçı Astara rayon İcra Hakimiyyəti Başçısının Astara şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi ərizə ilə məhkəməyə müraciət edərək işin baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İş üzrə iddiaçının nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iddiaçı Astara rayon İcra Hakimiyyəti Başçısının Astara şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin iddia ərizəsinin baxılmamış saxlanması barədə ərizəsini ərizənin qaytarılması kimi qəbul edərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı Astara rayon İcra Hakimiyyəti Başçısının Astara şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Astara rayon İcra Hakimiyyəti Başçısının Astara şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Cavabdeh qarşı avto qəza nəticəsində vurulmuş zərərin bərpa edilməsi tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər iddiaçı Astara rayon İcra Hakimiyyəti Başçısının Astara şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar