Məhkəmə qərarları › İş №2(018)-588/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-588/2024

20.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-588/2024 20.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçi İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması tələbi» barədə iddiasına dair mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 09 aprel 2024-cü il tarixdə iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, 28 iyul 2017-ci il təvəllüdlü X3 adlı uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin miqdarının artırılıb,Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, həmçinin ödənilmiş 55 manat mediasiya xərcinin və 15 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Astara Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2(018)-659/2018 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmiş, birgə nikahlarından olan 28 iyul 2017-ci il təvəllüdlü X5 adlı uşaqların saxlanılması üçün Cavabdeh hər ay 90 (doxsan) manat sabit pul məbləğində alimentin iddiçının xeyrinə tutulması qət edilmişdir. Qətnamənin qəbul olunmasından 6 (altı) ilə yaxın müddət keçmişdir və hazırki dövrə münasibətdə həmin məbləğ uşağın saxlanması üçün real deyil. Bir uşaq üçün 90 (doxsan) manat aliment həddən artıq azdır.Tələb etdiyi məbləğdə alimentin məhkəmə tərəfindən təyin edilməməsi uşağının mənafeyinə uyğun olmaz. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi (səbəbləri) barədə Məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.5ci maddəsinə əsasən hazırki mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır:

1. Şəxsiyyət vəsiqəsinin surətindən və yaşayış yeri barədə arayışdan görünür ki, İddiaçı Astara rayonu, Şahağacı kəndində qeydiyyatdadır.

2. Şəxsiyyət vəsiqəsinin surətindən surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 28 iyul 2018-ci il təvəllüdlü X3 adlı bir uşaqları dünyaya gəlmişdir.

3. Astara Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2(018)-659/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «aliment tələbi»nə dair iddiası qismən olunaraq, Cavabdeh hər ay 90 (doxsan) manat sabit pul məbləğində aliment tutularaq 28 iyul 2017ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ödənilməsi qət olunmuşdur.

4. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 15 (on beş) manat məbləğindəki dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir.

5. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” ayarışdan görünür ki, 06 mart 2024-cü il tarixində, saat 10:00 keçirilməli olan ilkin mediasiya sessiyasında İddiaçı və Cavabdeh Sərvan oğlunun nümayəndəsi X1 iştirak etmişdir.İddiaçı 55 (əlli beş) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə müvafiq olaraq ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, hazırki dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı müvafiq xərclərin miqdarından fərqlənir. Bundan başqa uşaq böyüdükcə onun ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı da artır. Məhkəmə hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı 2018-ci ildə müəyyən olunmuş və həmin azyaşlı uşaq üçün 90 manat aliment kəsilmişdir.Hazırda uşaq məktəbli olmaqla, onun saxlanılması üçün xərclər də artmışdır. Məhkəmə iddiaçının alimentin müəyyən olunmuş miqdarının artırılması barədə iddiasının qismən təmin edilməsini, alimentin miqdarı 180 manat müəyyən olunmasını əsaslı və qanuni hesab edir. Hazırki vaxtda bir uşağın 90 (doxsan) manat aliment məbləği ilə saxlanılmasını məhkəmə uşağın saxlama xərclərinə qeyri-mütənasib hesab edir və ona görə də iddiaçının iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq maraqları, Azərbaycan Respublikası üzrə uşaqlar üçün yaşayış minimumunun məbləği nəzərə alınmaqla uşağın mənafeyinə cavabdehdən hər ay 180 manat məbləğində alimentin tutulması hazırki işin faktiki hallarına və sadalanan hüquq normalarının tələblərinə uyğun olmaqla əsaslı və ədalətlidir. Əks halda, hazırki işdə xeyrinə aliment tutulan uşağın maraqları əhəmiyyətli dərəcədə pozulmuş olar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin aliment öhdəlikləri ilə bağlı normalarında bilavasitə “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmasa da, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Uşağın minimum dolanacaq xərcləri isə “Yaşayış minumumu haqqında” Qanunla müəyyən edilmişdir. Bu baxımdan yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment tutularkən həmin qanunun tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarından müəyyən olundu ki, 06 mart 2024-cü il tarixində, saat 10:00 keçirilməli olan ilkin mediasiya sessiyasında İddiaçı və Cavabdeh Sərvan oğlunun nümayəndəsi X1 iştirak etmişdir. İddiaçı 55 (əlli beş) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Ona görə də, 55 (əlli beş) manat məbləğində olan mediasiyaya dair xərcini cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması tələbinə» dair iddiası qismən təmin edilsin.

2. Astara Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2(018)-659/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın.

3. 28 iyul 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. İddiaçı tərəfindən ödənilən 15 (on beş) manat dövlət rüsumu və 55 (əlli beş) manat məbləğində olan mediasiyaya dair xərc, cəmi 70 (yetmiş) manat pul Cavabdeh alınıb İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar