Məhkəmə qərarları › İş №2(018)-599/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-599/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-599/2023 04.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «Borc tələbi barədə» iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin direktoru X2 Cavabdeh qarşı «Borc tələbi barədə» iddia verərək, 3854 (üç min səkkiz yüz əlli dörd) manat əsas kredit borcu və həmçinin iddia qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə Məhkəmə müraciət edərək hazırkı məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsinin üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında əldə olunmuş razılığa əsasən dəyərini ödəmək şərti ilə cavabdeh iddiaçıdan istehlak məhsulların qəbul etmişdir. Lakin, cavabdeh iddiaçıya əvəzi olaraq etməli olduğu ödənişi gecikdirərək öz öhdəliyini lazımınca icra etməmişdir. Nəticədə Cavabdeh banka 3854 (üç min səkkiz yüz əlli dörd) manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə tərəfin izahatını dinləyib işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 59 (əlli doqquz) manat dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş 09 mart 2021-ci l tarixli, 3425 nömrəli mövcud borcun etirafı və öhdəliyi öz üzərinə götürmək haqqında razılaşma aktından görünür ki, Cavabdeh həqiqətən onun razılaşma bağlandığı tarixə İddiaçı MMC-dən qaimə faktura əsasında götürüb sataraq əldə etdiyi istehlak məhsullarının dəyərindən İddiaçı MMC-yə 3854 (üç min səkkiz yüz əlli dörd) manat borcu qaldığını etiraf etmiş, həmin borcu iddiaçıya 3 ay ərizində hissə-hissə ödəmək barədə öhdəliyi öz üzərinə götürmüşdür. Mülki işə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 3854 (üç min səkkiz yüz əlli dörd) manat borcu vardır. Mülki işə əlavə edilmiş pretenziyadan görünür ki, iddiaçı cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, 09 mart 2021-ci l tarixli, 3425 nömrəli mövcud borcun etirafı və öhdəliyi öz üzərinə götürmək haqqında razılaşma aktına əsasən Cavabdeh həqiqətən onun razılaşma bağlandığı tarixə İddiaçı MMC-dən qaimə faktura əsasında götürüb sataraq əldə etdiyi istehlak məhsullarının dəyərindən İddiaçı MMC-yə 3854 (üç min səkkiz yüz əlli dörd) manat borcu qaldığını etiraf etmiş, həmin borcu iddiaçıya 3 ay ərizində hissə-hissə ödəmək barədə öhdəliyi öz üzərinə götürmüşdür Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçıya 3854 (üç min səkkiz yüz əlli dörd) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 59 (əlli doqquz) manat dövlət rüsumu da, İddiaçı MMC-nin xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı «Borc tələbi barədə» iddiası təmin edilsin. Cavabdeh 3854 (üç min səkkiz yüz əlli dörd) manat borc və ödənilmiş dövlət rüsumuna görə 59 (əlli doqquz) manat pul alınıb, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1(bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar